Cəmiyyət 

İstanbulda zəlzələdə xəsarət alanlar var? – Rəsmi açıqlama

İstanbulda baş verən şiddətli zəlzələdən sonra xəsarət alma ilə bağlı 112 – təcili tibbi yardım briqadasına və xəstəxanalara heç bir məlumat daxil olmayıb.

Bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.

“Nazirlik olaraq bütün əlaqədar qurumlarımızla tam koordinasiyalı şəkildə prosesi yaxından izləyirik”, – məlumatda bildirilib.

Qeyd edək ki, bu gün İstanbulda ard-arda bir neçə zəlzələ baş verib./Milli.az/

Daha çox xəbərlər