Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Hökmdarın əhdi və vəliəhdi

By Vüsal Rafiqoğlu
05.05.2025 3 Min Read

Bununla neçənci dəfədir ki, rusiyalı jurnalistlər Putindən onu prezident postunda əvəz edəcək şəxsin kim ola biləcəyini soruşurlar, o da diplomatik cavab verir, ad çəkmir, deyir, əsas seçimi xalq edəcək, qərarı seçicilər verəcək.

Putinin niyə ad çəkmədiyi iki səbəbdən ola bilər: ya kiməsə əbəs yerə ümid vermək istəmir, ya da gözaltıladığı adamı qoruyur. Ayıların canavarlarla boğuşduğu, Pələnglərin yaquarlarla cırmaqlaşdığı, cürbəcür yırtıcıların pələsəng vurduğu meşədə ad çəkməkmi olar? Vallahi, üç gün çəkməz adamı didik-didik edərlər, məsələn, saunada şalvarsız-fatasız, özü də çoxcinsli ortamda videosunu çəkərlər, maşınına bomba qoyub partladar, suçu Zelenskinin üstünə atarlar, canım sizə desin, nikahdankənar övladlarını tapıb brifinq keçirtdirərlər və sair və ilaxır.

O vaxt Putinin sələfi Yeltsin hərdən kiminsə adını potensial varisi kimi çəkirdi, yaxşı olurdumu? Boris Nemtsova barmaq tuşladı, adamı torbasını tikdilər, Sergey Kiriyenkonu qabağa çəkdi, yazığı keçəl elədilər, Yevgeni Primakova etimad göstərdi, “məndən sonra budur” dedi, amma 3-4 aydan sonra peşman oldu, vəzifəsindən götürdü. Çünki adam prezident kürsüsünə oturan kimi Yeltsinin özünü də, bütün qohum-əqrəbasını da yaman günə qoyacaqdı. Axırda Yeltsin heç kəsə demədən Putini varis seçdi və onun başının tezlikə yeyilməməsi üçün tez vəzifəsindən istefa verdi, məsələ bitdi.

Yoxsa Putinin varis-vəliəhd olaraq başını girləməsi çətin olardı. Rusiya Səudiyyə Ərəbistanı deyil ki, vəliəhd-şahzadənin əlinin üstündə əl olmaya, sözünün qabağından söz deyilməyə. Rusiya inqilablar, çevrilişlər, üsyanlar ölkəsidir.

Putin özü 2008-ci ildə mədəni və demokratik dövlətlərdə olduğu kimi, guya “ik müddətdən artıq prezident olmamaq” ənənəsinə riyaət edərək, baş nazir Dmitri Medvedyevi varis seçdi, onu öz yerinə prezident təyin etdi, amma 2012-də dedi, ta bəsdir prezidentlik etdin, gəl təzədən baş nazir ol.

Medvedyevin də ağzına şirə dəymişdi, sammitlərdə-zadda ona “cənab prezident” demişdilər, Obama ilə, Berluskoniylə, Sarkoziylə oturub-durmuşdu, xoşuna gəlmişdi, ona görə bir ara istədi ki, müqavimət göstərsin, sonra gördü ki, yox, Putinin bir barmağının işarəsi ilə onu ala-şalvar edəcəklər, prezident mandatını öz yiyəsinə qaytardı. Hazırda o, Təhlükəsizlik Şurasının katibinin müavinidir, bütün günü Ukrayna və Qərbi nüvə müharibəsi ilə hədələyir. Axırıncı dəfə deyib ki, elə edəcəksiniz, Kiyevdə 10 may səhəri açılmayacaq. Yəni Xirosima-Naqasaki məsələsi…

Ona görə də Putin əhd edib ki, bu dəfə öz varisini seçərkən dəmdəməki, bambılı adamın üstündə dayanmasın. “Mən həmişə bu barədə düşünürəm”, – deyib Putin və əlavə edib ki, mümkün namizədləri izləyir, onların potensialını qiymətləndirir.

Belə deyərkən, o, təvazökarlıq da edib, deyib, amma mənim səsim, iradəm həlledici deyil, yeni lideri xalq seçəcək.

Əlbəttə, əsas xalqın iradəsidir. İntəhası, birinci Pyotrdan axırıncı Dmitriyə qədər hələ Rusiyada xalq bir dəfə də özünə qanuni və dürüst şəkildə rəhbər seçməyib, sadəcə, seçilənlərlə razılaşıb.

Amma bu uzun söhbətdir, aydınlıq olması üçün gərək Lenindən Qorbaçova qədər SSRİ tarixini danışaq. O tarix isə ömrümüzə oturub, 34 ildir ha yazırıq, qurtarmır.

Bu məsələdə bir yəqinlik var ki, dediyinə baxmayın, Putin heç vaxt varis seçməyəcək, səhhəti yol versə, 90 yaşında da özü prezident olacaq.

Bir o deyil, Belarusun prezidenti Lukaşenko da o niyyətdədir. Hərçənd o balaca oğlu Nikolayı düz 5 yaşından yanına salıb gəzdirə-gəzdirə prezident postuna hazırlayır. Gədə də xeyli yekələnib, təcrübə toplamış ola bilər.

Təcrübə demişkən, Nazarbayevin təcrübəsi göstərdi ki, prezident postunu yad adama, heç kürəkənə də vermək olmaz. Necə olsa, o da yad oğludur. O vaxt kürəkəni Rahat Əliyev Nazarbayevi çox narahat etdi. Hərçənd deyirdilər, guya Elbaşının varisi Rahat olacaq. Olmadı. Adam Vyanada türmədə intihar etdi. Nəticədə Nazarbayev postunu qanından, canından olmayan Tokayevə verdi. Bəs o, nə etdi? Ağsaqqalı bircə türməyə basmadığı qaldı. Bütün imtiyazlarını ləğv etdi, qohum-qardaşını tutdurdu, əmlaklarını müsadirə etdirdi və sair və ilaxır.

Putin o qədər də sadəlövh adam deyil ki, padşahlığını kiməsə verə, sonra onun üstünə əfv ərizəsi yaza.

Samir SARI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Valideynlərin NƏZƏRİNƏ: Sabahdan başlayır

Next

Şəhid atası meşədə İTKİN DÜŞDÜ

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv