Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Təhsil və ailə: Uşaqların ailə dəstəyindən faydalanaraq uğur qazanması

By Vüsal Rafiqoğlu
05.05.2025 3 Min Read

Müasir dünyada təhsilin fərdi və ictimai inkişaf üçün əsas prioritetlərdən biri olduğu artıq qəbul edilib. Lakin təkcə məktəb və müəllimlərin səyi ilə yüksək nəticələr əldə etmək bəzən mümkün olmur. Burada ailənin – uşağın ilk sosiallaşma mühiti və mənəvi dayağının rolu əvəzolunmazdır. Ailə yalnız övladının yemək, geyim və sığınacaq kimi fiziki ehtiyaclarını ödəyən bir institut deyil, həm də onun emosional, intellektual və sosial inkişafına yön verən ən mühüm təsir faktorudur. Uşağın uğurla məktəbə başlaması, dərslərə münasibəti, müəllimlərlə və həmyaşıdlarla ünsiyyəti ailədə aldığı ilk təlim və tərbiyənin davamıdır.

Araşdırmalar göstərir ki, ailə tərəfindən dəstəklənən uşaqlar təhsil həyatında daha motivasiyalı, özünə inamlı və məsuliyyətli olurlar. Əksinə, ailə mühitində diqqətdən kənarda qalan və ya psixoloji təzyiqlərə məruz qalan uşaqlar məktəbdə özlərini ifadə etməkdə çətinlik çəkir, sosial izolyasiya yaşayır və dərs müvəffəqiyyətləri zəifləyir. Bu səbəbdən təhsilin keyfiyyəti ilə ailə dəstəyi arasında birbaşa əlaqə vardır.

Təhsildə uğur qazanan uşaqlar daha sonra əmək bazarına, ictimai həyata və ailə həyatına daha hazırlıqlı şəkildə daxil olurlar. Bu baxımdan ailə, təkcə uşağın bu günü üçün deyil, onun gələcəkdə formalaşacağı şəxsiyyət üçün də mühüm məsuliyyət daşıyır. Birləşmiş Millətlər Təşkilatının tövsiyələri də göstərir ki, hər bir uşağın inkişaf hüququnu reallaşdırmaq üçün ailə ilə dövlət və məktəb qurumları arasında sıx əməkdaşlıq vacibdir.

AZƏRTAC bu yazıda ailənin uşaqların təhsil və uğurlarında oynadığı rolu, ailə dəstəyi ilə uşağın inkişafı arasındakı əlaqəni təhlil edir.

Ailə münasibətləri və uşağın psixososial inkişafı

Sağlam ailə münasibətləri uşağın emosional və psixoloji inkişafında əsaslı rol oynayır. Güvən, sevgi, qarşılıqlı hörmət və qayğı mühiti olan ailədə böyüyən uşaq özünü dəyərli hiss edir. Belə bir mühitdə yetişən uşaqlar sosial baxımdan daha aktiv, təşəbbüskar və intellektual inkişaf baxımından daha açıq olurlar. Əksinə, ailə daxilindəki zorakılıq, laqeydlik, sevgi və diqqət əskikliyi uşağın özünəinam hissinin sarsılmasına, psixoloji travmalara və hətta aqressiv davranışlara səbəb ola bilər.

Araşdırmalar göstərir ki, uşağın erkən dövrdə yaşadığı ailə təcrübələri onun böyüyəndə formalaşacaq şəxsiyyətinə və sosial davranışlarına dərin iz buraxır. Sosial öyrənmə nəzəriyyəsinə əsasən, valideynlərin öz uşaqlarına qarşı davranışları onların gələcəkdə başqalarına qarşı münasibətlərində model rolunu oynayır. Əgər uşaq erkən yaşlarından pis rəftara məruz qalıbsa, gələcəkdə eyni davranışları başqalarına qarşı göstərmə ehtimalı artır. Ailədə baş verən itkilər, boşanmalar və ya münaqişələr isə uşağın emosional sabitliyini sarsıdaraq, onun akademik və sosial həyatına mənfi təsir göstərə bilər.

Ailənin məktəb uğuruna təsiri və gələcək həyat üçün rolu

Təhsil yalnız məktəbdə qazanılan biliklərlə məhdudlaşmır. Valideynin uşağa verdiyi dəstək, onun dərslərə münasibətindən tutmuş, gələcəyə olan baxışına qədər hər şeyi formalaşdırır. Ailədə müsbət təhsil mühiti yaradılarsa, yəni, uşaq motivasiya edilərsə, sorğulama və öyrənmə ruhu təşviq olunarsa, bu, onun məktəb müvəffəqiyyətinə bilavasitə təsir edir. Tədqiqatlar göstərir ki, valideynlərin təhsil prosesində aktiv iştirakı, övladlarının dərslərində daha uğurlu olmasına gətirib çıxarır.

Eyni zamanda, ailə uşağın gələcəkdəki peşə seçimindən tutmuş həyatdakı qərarlarına qədər bir sıra istiqamətləndirici funksiyalar yerinə yetirir. Uşaqlar ailədən aldıqları dəyərlərlə həyatda qarşılaşdıqları çətinlikləri aşmaq bacarığı qazanır və təhsil uğurunu daha da möhkəmləndirirlər. Ailə daxilində demokratik və sevgi dolu münasibətlər, uşağın məktəb uğurunun əsas meyarlarından biridir. Ailənin təhsildə rolu təkcə fərdi inkişaf deyil, həm də sosial ədalət və davamlı inkişaf baxımından həlledici əhəmiyyət daşıyır. Valideynlərin təhsilə verdiyi dəstək uşağın gələcək həyat keyfiyyətinə, əmək bazarındakı yerinə və cəmiyyətə faydalı bir fərd kimi formalaşmasına dərin təsir göstərir.

Nəticə etibarilə, ailə uşağın şəxsiyyətinin, psixoloji rifahının və təhsil uğurunun formalaşmasında əvəzolunmaz rola malikdir. Uşağın sağlam psixososial inkişafı və məktəbdəki nailiyyətləri birbaşa ailədə aldığı dəyərlər, gördüyü münasibət və qazandığı həyat təcrübələrindən asılıdır. Ona görə də valideynlərin övladlarına sadəcə maddi deyil, mənəvi və psixoloji dəstək göstərməsi həyati əhəmiyyət kəsb edir. Ailə təhsilin ilk dayaq nöqtəsidir və bu, nə qədər möhkəm olsa, uşağın gələcəyi də bir o qədər parlaq olar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin elan etdiyi müsabiqəyə təqdim olunur.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan müdafiə naziri Türkiyə MMU-nun rektorunu qəbul edib – VİDEO

Next

Bakı-Moskva əlaqələrində U dönüşü – nə baş verir?..

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv