Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycanın Latın Amerikası ilə fəallaşan diplomatiyası

By Vüsal Rafiqoğlu
14.05.2025 4 Min Read

Ermənilər öz “beşiklərində boğulur…”; rəsmi Bakı əsas hədəflərini gerçəkləşdirir

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilməyi və etibarlı tərəfdaş kimi özünü doğrultmağı bacarıb. Bu gün Azərbaycanın Avropa, Asiya, Şimali Amerika, Afrika ölkələri Ilə qurduğu münasibətlər daha da inkişaf edir.

Acı reallıq ondan ibarətdir ki, erməni lobbisi dünyanın bütün bölgələrində siyasi dairələrə nüfuz edərək, onlardan siyasi məqsədləri üçün istifadə etməyi bacarıb. Elə qondarma “erməni soyqırımı”nın ayrı-ayrı ölkələrin parlamentlərində qəbul etdirilməsi bunun nəticəsi olub.

Ona görə də Prezident İlham Əliyev erməni lobbisinin siyasi oyunlarının qarşısının alınması və Azərbaycanın milli maraqlarının təmin edilməsi məqsədilə dünyanın bütün regionlarının ölkələri ilə səmərəli əlaqələrin qurulmasına istiqamətlənmiş xarici siyasət yürütməkdədir.

Bunun nəticəsidir ki, son illər ərzində Azərbaycanın Latın Amerikası ölkələri ilə də münasibətləri inkişaf etməkdədir.  Azərbaycanın, xüsusilə də böyük erməni icmalarının yaşadığı Argentina, Braziliya, Uruqvay kimi dövlətlərlə səmərəli əməkdaşlıq əlaqələri qurulmaqdadır.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bəzi Latın Amerikası ölkələrinə səfərləri diqqət çəkib. E.Əmirbəyov Çili Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri, Milli Konqresinin Senatının sədri, Deputatlar Palatasının sədri, hər iki palatada Çili-Azərbaycan Parlamentlərarası Dostluq Qruplarının sədrləri və digər rəsmi şəxslərlə görüşlər keçirib. E.Əmirbəyov, həmçinin Çilinin aparıcı beyin mərkəzlərindən olan Müdafiə Nazirliyi nəzdində Siyasi və Strateji Araşdırmalar Milli Akademiyasının (ANEPE) və Xarici işlər Nazirliyinin “Andres Bello” Diplomatik Akademiyasının rəhbərliyi və elmi işçiləri ilə görüşüb, yerli KİV nümayəndələrinə müsahibə verib.

Elçin Əmirbəyov yaxın aylarda Argentinaya işgüzar səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabinetinin rəhbəri, xarici əlaqələr, beynəlxalq ticarət və etiqad naziri və digər rəsmilərlə ikitərəfli əlaqələr, regional və beynəlxalq təhlükəsizliyə dair görüşlər keçirib. “Argentina Latın Amerikasında Azərbaycanın əsas tərəfdaşlarından biridir və Bakı azad edilmiş ərazilərə bu ölkədən investisiyaların cəlb edilməsində maraqlıdır” – Elçin Əmirbəyov Argentinaya səfəri çərçivəsində rəsmi şəxslərlə görüşü zamanı bildirib.

Elçin Əmirbəyov Meksikada da olub və bir sıra məhsuldar görüşlər keçirib.

Akif Nağı: Əsas meyar din deyil, milliyətçilikdir

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı ermənilərin hələ də özlərini təsdiq etməyən toplumlar sırasında olduğunu söylədi: “Hər bir millət özünün müxtəlif inkişaf mərhələlərini keçir. Bu gün də hər bir millətin inkişafı onun özünütəsdiqi ilə bağlıdır. Müxtəlif yollarla da millətlər özünü dünyaya təqdim edirlər. Kimlərsə iqtisadi, kimlərsə hərbi yolla, qəhrəmanlıqla, müharibələrlə, kimlərsə də siyasi, ideoloji, yeni ideyaların meydana gətirilməsi kimi yollarla dünya sistemində yerini tutur. Ermənilər özünü təsdiq formasını tapa bilməyən toplumlardan biridir. Onlar 1915-ci ilin qondarma soyqırımı ilə özlərini dünyaya tanıtdılar. Həmin vaxta qədər nə onları tanıyan var idi, nə də dövlətləri olmamışdı. Heç bir hərbi uğurları da yox idi. 1915-ci ildə Osmanlı imperiyasını arxadan vurmaq niyyəti ilə mülki əhaliyə qarşı vəhşiliklər törədiblər və nəticədə onların həmin ərazilərdən köçürülməsi prosesi həyata keçirilib. İğtişaşı törədənlərin rəhbərlərinin bəziləri tutulmuşdu. Bu tarix də onların özlərini dünyaya təqdim etmək üçün bir vasitəyə çevrildi. Olmayan bir hadisənin üzərindən uydurma soyqırımı hadisəsi yaratmağa çalışdılar. Yalançı tarixlərini genişləndirdilər. İndi diqqət edin, görün əvvəl erməni toplumu olub, yoxsa qondarma soyqırımı. Yalançı bir nağıl uydurublar və sonradan bunu dünyaya göstərməyə çalışıblar. Dünyanın hansı yerinə gedirlərsə, dərhal guya vaxtilə zülmə məruz qaldıqları görüntüsünü yaratmağa çalışırlar. O formada tanınandan sonra başqa işlərini görürlər, parlamentə və müxtəlif yerlərə səpələnirlər. Latın Amerikası bunların mövqelərə sahib olduqları yerlərdən biridir. Orada yavaş-yavaş icmalarını yaradıb hərəkətə başlayıblar. Oradakı dövlət başçılarının rəhmini qazanmağa çalışıblar. Elə onların qondarma soyqırımlarını birinci Uruqvay tanıyıb. Sonradan da ora yaxın yerlərə bunu yaymağa başladılar. İndi bunların qarşısını almaq üçün Azərbaycan bütün dünyada işlərini qurmalıdır. İlk olaraq, onların yalanları ifşa olunmalı, dünyaya həqiqətlər çatdırılmalıdır. Hiss edirəm ki, Azərbaycan təmsilçiləri oradakı fəaliyyətə böyük önəm verirlər. Orada çoxsaylı görüşlər keçirilir. Belə əhval-ruhiyyə yaradılmışdı ki, orada erməni lobbisi çox güclüdür, gedib fəaliyyət göstərməyin mənası yoxdur. Amma indi Azərbaycan diplomatiyasının, Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində artıq erməniləri öz yuvalarında boğuruq, onları artıq orada ifşa edirik. Avropada kifayət qədər ifşa olunublar. Artıq həqiqətləri hər kəs bilir. Latın Amerikasında bu proses çətin keçdi. Çünki orada çox möhkəmlənmişdilər. Bir sözlə, Latın Amerikası ölkələrini yalanlarına inandırmağa nail olmuşdular. Azərbaycan, Anadolu türklərinə qarşı daim nifrət ediblər”.

A.Nağı bir məsələni də xüsusi olaraq diqqətə çatdırdı: “Latın Amerikasında türklərə bir rəğbət var. Osmanlı dövründə əlaqələri olub. Bilirsiniz ki, indiki ərəb dünyasının əraziləri vaxtilə Osmanlının tərkibində olub. Onlar müxtəlif yerlərə köç edəndə Osmanlı pasportu ilə gedirdilər. Onu da qeyd edim ki, bu sahədə Türkiyə bir az boşluq verdi, Latın Amerikasını ermənilərin ixtiyarına vermişdi. Amma indi Azərbaycan fəal şəkildə proseslərə daxil olub. Latın Amerikası ölkələrini Azərbaycanla ticari əlaqələrdə maraqlandırırlar. Braziliya inkişaf etmiş böyük region ölkələrindən biridir. XX əsrin sonlarında çox fərqli siyasət yeritdilər. Daxili bazarı inkişaf etdirdilər. Orta biznesi yüksəltdilər. Onun üçün də Azərbaycan Latın Amerikasının bu və ya digər ölkələri ilə yaxın əlaqələr qurmaqda maraqlıdır. Həmin ölkələr də Azərbaycanla əlaqələr qurmaqda maraqlıdır. Qarşılıqlı olaraq səfərlər ən müxtəlif sahələr üzrə olmalıdır. Latın Amerikasının əksəriyyəti ispan və portuqal dillidir. İspaniya ilə tələbə mübadiləmiz var. Yəni deməyim odur ki, dil baryeri olmamalıdır, bu problemi aradan qaldırmaq çətin deyil. Neft sahəsində də ciddi uğurlar qazanmaq mümkündür. Hesab edirəm ki, hazırda Latın Amerikasında ermənilərin mövqeləri çox zəifləyib və bundan sonra da tamamilə yoxa çıxacaq. Onların yalanları ilə artıq hər kəs tanış olacaq. Bu istiqamətdə qurulan işlər artıq öz nəticəsini sürətlə verməkdədir. Bundan sonra bunun daha çox nəticələrini görəcəyik”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir

Next

Plastik cərrahların böyük pullar uğrunda yeni savaşı

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv