Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

16 ildir kresloda – Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır?

By Vüsal Rafiqoğlu
14.05.2025 2 Min Read

Xəbər verdiyimiz kimi, son günlərdə Bakının Nərimanov rayonunda yerləşən Sərhəddin Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə baş verən hadisə ölkənin təhsil sistemindəki problemləri bir daha gündəmə gətirib. Məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısında, “Son zəng” tədbiri üçün hər bir şagirddən 150 manat məbləğində pul tələb edildiyi eşidilir. Bu tələbin yerinə yetirilmədiyi təqdirdə, şagirdlərin tədbirdə iştirak etməyəcəkləri bildirilib. Valideynlər bu tələblə razılaşmayaraq etirazlarını bildiriblər və məsələ ictimaiyyət arasında  geniş müzakirələrə səbəb olub.

Hadisə ilə bağlı araşdırma aparan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, direktorun fəaliyyətində yol verdiyi nöqsanlara görə onu vəzifəsindən azad edib. Agentlik, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunmasının və şəffaflığın artırılmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.

Yalnız bu hadisə  deyil, zaman-zaman müxtəlif məktəb direktorları, məllimləri ilə bağlı narazıqlar olur. Bəs  problemin həlli nədədir?

Ağ Partiya Mərkəzi Aparatının üzvü, ekspert Malvina Amirova mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:

“Hər dəfə bir məktəbdə baş verən haqsızlıq, rüşvət, ayrı-seçkilik məsələsini dilə gətirəndə deyirlər ay aman, bu bir məktəbə aiddir. Xeyr, bu, bütün Azərbaycan məktəblərinin qanayan yarasıdır. Direktor kreslosunda oturanların bir çoxu özünü təhsil rəhbəri yox, özəl müəssisə sahibi kimi aparır. Valideynin cibinə baxır, müəllimin kimliyinə baxır, şagirdin potensialına yox, ailəsinin maddi durumuna baxır. Bu gün məktəblərdə pul verən uşaq öndə gedir, verə bilməyən isə “sən kimsən ki?” münasibəti ilə son sıraya atılır. Bu bir faktdır. İstər Bakıda olsun, istər rayonlarda, istərsə də qəsəbələrdə. Rüşvət universal bir silaha çevrilib, müəllimə diqqət istəyirsən, pul ver. Uşağın sinif rəhbərindən yaxşı münasibət istəyirsənsə, pul ver, tədbirdə iştirak etmək, dəyər verilmək, diqqət görmək istəyirsənsə, yenə də pul ver. Pulun yoxdursa, sus, otur, səni görən yoxdur. Bəs Elm və Təhsil Nazirliyi hara baxır? Bu qədər ictimai narazılıq, bu qədər fakt, bu qədər şikayət niyə nəticə vermir? Direktorlar niyə illərlə eyni məktəbdə padşah kimi qalırlar? Niyə heç bir şəffaflıq, heç bir nəzarət sistemi yoxdur? Çünki sistem özü rüşvətlə nəfəs alır. Valideynlərin bir qismi rüşvət sisteminə qarşı çıxmaq əvəzinə, onu özləri də dəstəkləyir və genişləndirirlər. Hər sinifdən 5-6 imkanlı valideyn övladını qabağa çəkmək üçün pul verir, 70-85% kasıb valideynin uşağı isə bu oyunun qurbanına çevrilir. Bu ədalətdirmi? Bu təhsildir? Bu gələcəyin qurulmasıdır?!”

Ekspert əlavə edib ki, məktəb direktorları üçün mütləq şəkildə protokol hazırlanmalıdır: “Bütün fəaliyyətləri şəffaf sistemə bağlanmalıdır. Valideynin cibi yox, uşağın haqqı əsas götürülməlidir. Direktor kreslosuna oturub rüşvət şəbəkəsi quranlar qanun qarşısında cavab verməlidir. Bildiyim qədər, məktəb direktorları müəyyən müddətdən bir rotasiya olunmalıdır. Amma görünür, bəzi şəxslər üçün bu qayda keçərli deyil.

Məsələn, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 139 nömrəli Elxan Həsənov adına məktəbin direktoru İntizar Əhməd qızı İsmayılova, artıq 16 ildir kresloya yapışıb, buraxmaq fikrində də deyil. Elə bil, bu vəzifə ömürlük ona verilib. Rotasiya prinsipi kağız üzərində yox, real həyatda tətbiq olunmalıdır. Təəssüf ki, bu prinsip selektiv şəkildə tətbiq olunur və nəticədə illərlə eyni vəzifədə qalan direktorlar mövcudluğunu qoruyur. Cəmiyyətə zərər verən direktorların əməllərinə susmaq, şərik olmaqdır. Təhsil haqdır, alver yox”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Mirzoyan və Kaya Kallas Azərbaycan-Ermənistan sülh sazişindən danışıblar

Next

Beynəlxalq analitik şirkət Azərbaycan internetindən yazdı

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv