Cəmiyyət 

Ötən ay 50 minə yaxın vətəndaşın müraciəti cavablandırılıb

Bu ilin aprel ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 49 min 166 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.

Bu barədə AZƏRTAC-a DSMF-in mətbuat xidmətindən məlumat verilib.

Həmin vətəndaşların 167-si fondun rəhbər şəxsləri tərəfindən, 1 633-ü fondun Aparatının Qəbul Mərkəzində, 3 min 380-i mərkəzi, 43 min 986-sı isə regional filiallarda qəbul edilib.

Daha çox xəbərlər