Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Yeniyetmə və gənclər arasında artan aqressiya – Övladlarımızı necə qoruyaq?

By Vüsal Rafiqoğlu
17.05.2025 2 Min Read

Gəncədə 18 yaşlı Elgün İbrahimovun naməlum şəraitdə ölməsi cəmiyyətdə müəyyən fərziyyələrin irəli sürülməsinə səbəb olub. Sözügedən hadisə valideynlər arasında narahatlıq yaradıb. Bir çox ziyalı, ictimaiyyət nümayəndəsi məsələ ilə bağlı öz mövqeyini ortaya qoyub.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, qeyd olunan cinayət işi üzrə hadisə yerinin baxışı və əldə edilən ilkin sübutlar əsasında bütün mümkün versiyalar, o cümlədən intihar, ehtiyatsızlıqdan ölümə səbəb olma, habelə şəxsin yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi yoxlanılır.

Bəs görəsən, yeniyetmə və gənclər arasında aqressiyanın artmasının səbəbləri nədir? Valideynlər övladlarını qorumaq və düzgün tərbiyə etmək üçün nə etməlidirlər?

Hadisənin ictimai rezonansa səbəb olması fonunda Oxu.Az məsələ ilə bağlı psixoloq Elmir Əkbərin fikirlərini öyrənib.

Ekspert vurğulayıb ki, yeniyetməlik dövrü həm psixoloji, həm də fizioloji baxımdan çox həssas və ziddiyyətli bir mərhələdir:

“Bu yaşda baş verən hormonal dəyişikliklər emosional tarazlığı poza bilər. Bu dəyişikliklərin şiddət və cinayət davranışlarına çevrilməsində cəmiyyətin hazırkı vəziyyətinin də rolu az deyil. Artıq hər şeyin tempi, kəmiyyəti və keyfiyyəti dəyişib. Aqressiyanın səbəblərindən biri ailə və məktəb mühitində psixoloji yanaşmanın zəifliyidir. Valideynlər övladlarını peşəkar psixoloq və psixoterapevtlərin konsultasiyasına aparmaqdan çəkinməməlidirlər”.

Onun sözlərinə görə, bu məsələdə məktəb psixoloqları da vacib rol oynamalıdırlar:

“Məktəb psixoloqları klinik müalicə həyata keçirməsələr də, erkən mərhələdə riskli davranışları aşkarlayıb valideynləri xəbərdar edə bilərlər. Ağır psixi pozuntular, narkotik və qumar marağı, eləcə də cinayətə meyillilik məhz bu yaş mərhələsində başlayır.

Bəzi valideynlərin səhlənkarlığının, laqeydliyinin və biganəliyinin nəticəsidir ki, övladları cinayətlərə imza atırlar. Ona görə də düşünürəm ki, yetkinlik yaşına çatmayan uşaqların törətdiyi cinayətlərə görə ailə üzvləri də araşdırılmalıdır. Valideynlərin səhlənkarlığı, biganəliyi aşkarlanarsa, cinayət məsuliyyətinə cəlb edilməlidirlər”.

Mütəxəssis bildirib ki, cəmiyyətdə ümumi biganəlik və səhlənkarlıq halları artıb, bu tendensiya gənclərin məsuliyyətsiz davranışlarına şərait yaradır:

“Əvvəllər küçədə iki adam mübahisə edəndə insanlar yaxınlaşıb aydınlaşdırırdı. İndi isə heç kimin vecinə deyil, biri yıxılıb ölsə belə, camaat baş qoşmaq istəmir”.

Psixoloq aqressiyanın artmasında sosial şəbəkələrin roluna da diqqət çəkib:

“TikTok”, “Instagram” və “Facebook” – bu üç sosial şəbəkə Azərbaycan gəncliyini baltalayan platformalardır. Cinayət törədənlər həmin platformalarda qəhrəmanlaşdırılırlar. Əvvəllər insanlara alimlər, astronavtlar örnək kimi göstərilirdisə, indi canilər, həbsxanaya düşənlər nümunə göstərilir”.

Elmir Əkbər əlavə edib ki, hüquq-mühafizə orqanları sosial şəbəkələrə nəzarəti gücləndirməlidir:

“Qanunlar sərtləşdirilməlidir. Yüngülvari cərimələr yetərli olmur. İnkişaf etmiş ölkələrdə sosial şəbəkələrdə kiminsə saxta profillə təxribat aparması mümkün deyil, çünki hər şey nəzarətdədir. Bizdə isə bu yoxdur və nəticədə gənclər pozulur”.

Psixoloq son olaraq valideynlərə çağırış edib:

“Övladının gələcəyini ilk növbədə valideyn düşünməlidir. Günahkar axtarmaq çıxış yolu deyil. Sabah uşağın başına iş gələndə onun ağrısını nə məktəb, nə də cəmiyyət yaşayacaq. Ən sonda bütün ağrını, iztirabı valideyn yaşayacaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Cərrahi əməliyyata gedən qazinin komaya düşməsinin səbəbi AÇIQLANDI

Next

XƏBƏRDARLIQ: Azərbaycanda kartof bir daha BU QİYMƏTƏ OLMAYACAQ – SƏBƏB

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv