Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

ABŞ-dan Güney Qafqazda müharibə anonsu

By Vüsal Rafiqoğlu
24.05.2025 4 Min Read

Vaşinqton Azərbaycanla Ermənistan arasında münaqişə üçün hələ də risk görür; nə qədər ki, sülh sazişi imzalanmayıb…

İstənilən yarımçıq sülhün, yaxud atəşkəsin alternativi müharibədir. Bu qaydanı hələ heç kim dəyişməyib. Əgər tərəflər arasında anlaşma bu və digər səbəbdən gecikirsə, arxayınlıq üçün əsas bir o qədər azalır. Azərbaycanla Ermənistan arasında müharibə çoxdan bitsə də, əfsus ki, sülh müqaviləsi hələ də imzalanmayıb. Motiv bəllidir. Azərbaycanla bağlı hər hansı səbəb yoxdur, qalmayıb. Necə deyərlər, “top” çoxdan Ermənistanın meydanındadır.

İrəvan isə vasitəçilərsiz-filansız sülh sənədini imzalamaq üçün yaranan unikal şansı düzgün qiymətləndirmək əvəzinə, yenə “nala-mıxa vurma” siyasətini davam etdirir, hansısa üçüncü dövlətə, gücə ümid bəsləyir. Qiymətli zaman isə gedir.

“Azərbaycanla bağlı əsas diqqətimiz bu ölkə ilə Ermənistan arasında sülhün əldə olunmasına yönəlib”. Bu sözləri ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr komitəsi qarşısında ifadəsi zamanı deyib.

Amerika baş diplomatına görə, münaqişə üçün hələ də real risk mövcuddur və onlar bunun qarşısının alınması üçün çalışırlar.

Qeyd edək ki, Rubio dövlət katibi vəzifəsi ilə yanaşı, müvəqqəti olaraq Trampın milli təhlükəsizlik müşaviri vəzifəsini də icra edir. Bəs o, yuxarıdakı sözlərlə nəyə işarə edir və ya nəyin mesajını verir? ABŞ doğrudanmı yeni hərbi toqquşmadan narahatdır?

Rusiya XİN başçısı Sergey Lavrovun son İrəvan səfəri göstərdi ki, Moskva bölgəyə iddialı şəkildə qayıtmağı hədəfə seçib. Bu qayıdış nə dərəcədə Kremlin istəyinə uyğun təmin ediləcək və yaxud Azərbaycanla Ermənistan arasında yeni toqquşma riskini artıracaq? Moskvanın geri dönüşü Bakı ilə İrəvan arasında sülh prosesinin xeyrinə olacaq, yoxsa?

“Ümumiyyətlə, bu gün qlobal məkanda hər keçən gün daha da gərginləşən proseslərin şahidi oluruq. Bu gərginləşmələr isə yerləşdiyimiz Cənubi Qafqaz regionundan da yan keçmir”.

Vüqar İskəndərov: İranla Ermənistan arasında dostluq utancverici bir  mənzərədir

Vüqar İskəndərov

Bu fikirləri “Yeni Müsavat”a deputat Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh sazişinin hələ də imzalanmaması region üçün narahatlıq doğurur: “O mənada ki, Ermənistanda biz yenə də revanşist fikirlər eşidirik. Digər tərəfdən ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr komitəsi qarşısında ifadəsi zamanı ”Azərbaycanla bağlı əsas diqqətimiz bu ölkə ilə Ermənistan arasında sülhün əldə olunmasına yönəlib” deməsi, həmçinin münaqişə üçün hələ də real riskin mövcud olduğunu bildirməsi sıradan bir məsələ deyil”.

Deputatın qənaətinə görə, son vaxtlar Rusiyanın regionda yenidən fəallaşması müşahidə edilir: “Təbii ki, bu fəallaşma da müəyyən narahatlıqlar da yaradır. Çünki Moskva bölgəyə qayıtmaq üçün Ermənistanda belə deyək, özünə tabe olan qüvvələri yenidən hərəkətə gətirə bilər. Bu qüvvələrin isə əsasən ”müharibə partiyası” qrupuna daxil olması, onların vaxtı ilə Azərbaycanın torpaqlarının işğalında iştirak etməsi diqqətdən qaçmamalıdır”.

Rəşad Bayramov.jpg (80 KB)

 Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri Rəşad Bayramov isə Rusiya-Ermənistan yaxınlaşmasından və ABŞ-ın bölgəyə durmadan artan maraqlarından söz açıb: “Məlumdur ki, ABŞ dövlət katibi məlum bəyanatı, daim öz ermənipərəst mövqeyi ilə tanınan konqresmen Kristofer Smitin erməni maraqlarını önə çəkən və Azərbaycanı entik təmizləmədə ittiham edən sualına cavab olaraq səsləndirmişdi. Smitin məqsədi ABŞ-ın diqqətini yenidən bölgəyə cəlb etməkdən və Ermənistana dəstəyin davam edirməsinin vacibliyini önə çəkməkdən ibarət idi. Rubio isə ayrı-ayrı ölkələrlə ABŞ-ın milli maraqları əsasında münasibət qurulmasının və milli maraqlarla diplomatiya arasında tarazlıq qurulmasının vacibliyini bildirərək bir növ ABŞ-ın öz xarici siyasətinə bundan əvvəl olduğu kimi Ermənistan maraqları kontekstində yanaşmayacağını göstərmiş oldu”.

R.Bayramovun fikrincə, Rubionun Azərbaycan və Ermənistan arasında münaqişə riski ehtimalı ilə bağlı dediklərinə gəldikdə isə burada bir neçə məqsəd var: “Birincisi, ABŞ dövlət katibi bununla Azərbaycan və Ermənistan arasındakı münasibətləri diqqətdən kənarda qoymadıqlarını, tərəflərin sülh əldə etməsi üçün səy göstərdiklərini, yəni ABŞ-ın dünyada sülhə dəstək verdiyinin görüntüsünü yaratmağa cəhd etdi. İkinci bir tərəfdən isə regionun gələcəyini müəyyənləşdirəcək Azərbaycan və Ermənistan arasında danışıqlarda Birləşmiş Ştatların da rol almasını qabartmaq istədi”.

Onun bildirdiyinə görə, Ukrayna və Rusiya arasında sülhün əldə edilməməsi fonunda indi ABŞ üçün hər hansı bir istiqamətdə ölkələr arasında sülh sazişinə nail olmaq özünün imici baxımından önəmlidir: “Rubionun bu bəyanatı özündə həmçinin sülh olmayacaqsa müharibə ehtimalı hər zaman var mesajının çatdırılmasını da ehtiva edir və bu mənada həmin bəyanat daha çox sülh üçün lazım olan şərtlərin icrası istiqamətində addım atmayan Ermənistana yönəlik mesaj kimi də qəbul etmək olar. Başqa sözlə desək, Rubio müvafiq bəyanatları ilə bir tərəfdən konqressdəki erməni dəstəkçilərini sakitləşdirməyə və regiou diqqətdən kənarda qoymadıqlarını göstərməyə çalışdı, digər tərəfdən isə sülh üçün tərəflərlə işləyəcəyinin mesajını vermis oldu. Xüsusilə də indiki məqamda, yəni Ermənistan-Rusiya münasibətlərində istiləşmə fonunda ABŞ-ın bölgəyə diqqətini artıracağı şübhəsizdir. ABŞ və Rusiya arasında müəyyən yaxınlaşmanın müşahidə olunmasına baxmayaraq, Trampın Rusiyanın Ermənistanda daha da möhkəmlənməsinə seyrçi yanaşacağı inandırıcı deyil. Cənubi Qafqaz regionu ABŞ üçün bir sıra məsələlərə görə prioritet regionlardan biridir”.

Politoloq qeyd edib ki, birincisi, həm Azərbaycan, həm də Ermənistanın İranla həmsərhəd olması, ikincisi isə bölgəmizin Orta Asiya ilə Avropanı birləşdirən qapı olması əsas amillərdir: “Orta Asiyaya xüsusilə Çinin təsir imkanlarını zəiflətməyi hədəfləyən ABŞ-ın, təbii ki, bu maraqlar kontekstində bölgəyə diqqəti artıracağı şübhəsizdir. Mən hələ regionun təbii ehtiyatlarının ABŞ üçün nə dərəcədə cəlbedici olduğunu demirəm. Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında hər hansı formada iştirak isə ABŞ-a regin ölkələrinə təsir imkanı verə bilər. Rubio da öz mesajları ilə bu istiqamətdə fəaliyyət göstərəcəklərinin anonsunu vermiş oldu”.

R.Bayramov hesab edir ki, Rusiya isə Ermənistanı kiminləsə bölüşmək niyyətində olmadığını sübut etməyə çalışır: “Lavrovun İrəvana səfəri, verilən bəyanatlar və əldə olunan razılaşmalar göstərdi ki, Moskva üçün bütün üzdə görünən fikir ayrılıqlarına baxmayaraq Cənubi Qafqazdakı əsas müttəfiq məhz Ermənistandır. Rusiya-Ermənistan münasibətlərindəki yaxınlaşma isə təbii ki, yaxşı heç nə vəd etmir. Keşmiş təcrübə bunu bariz olaraq sübut edir. Lavrovun ”Ermənistan Azərbaycanın yeddi rayonunu Rusiyadan verilən silahlar nəticəsində almışdı” bəyanatı da bu iki ölkənin yaxınlaşmasının bölgə üçün yaxşı nəticələr vəd etmədiyini sübut edir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Misir Mərdanovdan nazirə çağırış – “Uşaqları “şikəst” edirsiniz…”

Next

Postsovet ölkələrinə sensasion hədə – Rusiya SSRİ-ni “dirildir”

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv