Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

DİN-dən vətəndaşlara daha bir çağırış – soyğun zənglərinə yox deyin!

By Vüsal Rafiqoğlu
30.05.2025 3 Min Read

Əvvəllər soyğunçular maska ilə gəlirdi. İndi isə maskaya, qapınıza gəlməyə, qarşınızı kəsib gözlərinin qarşısında bıçaq hərləyib pul tələb etməyə ehtiyac qalmayıb. Bir telefon zəngi kifayət edir ki, kartınızdakı pul sizinlə danışan naməlumun kartına transfer olunsun.

Mexanizm də çox sadədir. Siz tanımadığınız nömrədən gələn zəngə “alo” deməklə soyğunçu ilə təmasa girirsiniz və az sonra min bir fırıldaq işlətməklə bank kartınıza aid məlumatları alıb hesabınızda “təmizlik” işləri aparırlar.

Daxili İşlər Nazirliyi növbəti dəfə vətəndaşlara xəbərdarlıq edir ki, xarici nömrədən şübhəli zəng gəlirsə, telefonu açmayın, mesajı oxumayın, linkə klikləməyin. Həmin nömrələri dərhal bloklamaq tələyə düşməmək üçün ən uyğun yoldur. Əksini edib danışacaqsızsa, soyğunçuların növbəti qurbanı elə siz olacaqsız.

DİN-dən verilən 29 may tarixinə aid rəsmi məlumatda qeyd olunur ki, təkcə bir gündə onlarla vətəndaşın bank kartından 2250, 1200, 1145, 350, 170, 155, 80, 58, 50, 25 manat olmaqla müxtəlif məbləğlərdə vəsait oğurlanıb. Bu rəqəmlər sadəcə statistikadır.

Balansında pulu olmayanların kredit limiti varsa, onu da boşaldırlar. Vətəndaş həm pulunu itirir, həm də adına borc yazılır.

NATİQ.jpg (75 KB)

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, vəziyyətdən çıxış yolu vətəndaşların mütəmadi maariflənməsi və tövsiyə olunan qaydalara riayət etmələrindən keçir:

“Bu, artıq fərdi məsuliyyət deyil. Bu, dövlət, banklar və cəmiyyət olaraq kollektiv mübarizə tələb edən bir təhlükədir. Hər bir vətəndaş bilməlidir ki, CVV/CVC kodları, OTP parolları, kart nömrəsi və son istifadə tarixi şəxsi məlumatdır. Heç bir bank və ya dövlət qurumu bu məlumatları sizdən tələb etmir.

Zəng gəlirsə və bank adından danışılırsa, qətiyyən inanmadan rəsmi qaynar xəttə zəng edin və məlumatı yoxlayın. Telefon və mesajlar vasitəsilə verilən vədlər – xəyali qazanc, sığorta təklifi, “hesabınız təhlükədədir” kimi qorxu mesajları – hamısı klassik sosial mühəndislik texnikalarıdır, dələduzluqdur. Məqsəd sizi qorxudub şəxsi məlumatları almaqdır”.

N. Ələsgərov bildirib ki, bankların da bu işdə məsuliyyəti danılmazdır:

“Bəli, bir tərəfdə vətəndaşın diqqətsizliyi varsa, digər tərəfdə bankların texniki müdafiəsizliyi, sürətli transfer sistemlərində təhlükəsizlik mərhələlərinin olmaması və ya SMS-lə OTP kodlarının zəif qorunması problemi dayanır.

Bankların böyük əksəriyyəti təhlükəsizlik tədbirləri barədə sadəcə reklam bannerləri ilə kifayətlənir. Amma real mühafizə sistemi məsələn, iki faktorlu autentifikasiya, dinamik CVV texnologiyası, təhlükəli tranzaksiyalara avtomatik bloklama mexanizmi hələ də bir çox bank sistemlərində ya yoxdur, ya da qeyri-aktivdir.

Bir insan bir neçə saniyə ərzində xarici IP-dən kart məlumatlarını daxil edib pul çıxarırsa, burada bank sistemində avtomatik xəbərdarlıq sistemi işə düşməlidir. Çox təəssüf ki, Azərbaycan banklarında belə hallarda xəbərdarlıq sistemi işə düşmür. Belə olduqda sual yaranır ki, niyə vətəndaşlar bu qədər rahatlıqla aldadılır? Çünki bank sistemləri proaktiv yox, reaktiv işləyir. Zərər baş verdikdən sonra hərəkətə keçirlər.

Azərbaycanda bank təhlükəsizlik sistemləri yenilənməlidir. Dinamik CVV texnologiyası tətbiq olunmalıdır. Yəni hər alış-veriş üçün dəyişən CVV kodu olmalıdır. Şübhəli əməliyyatlar üçün real vaxtda avtomatik bloklama mexanizmləri qurulmalıdır. Müştəriyə “təhlükəli əməliyyat” barədə dərhal bildiriş getməlidir.

Maarifləndirmə kampaniyaları sistemli olmalıdır. Dövlət və banklar birgə, əyani və virtual maarifləndirmə aksiyaları keçirməlidir”.

Natiq Ələsgərov təhlükənin qarşısının alınması üçün məktəblərdə və universitetlərdə rəqəmsal təhlükəsizlik dərsləri təşkil edilməsini də təklif edir:

“Vətəndaşın maliyyə savadlılığı artırılmalıdır. Sadə vətəndaş bilməlidir ki, “sənə pul göndərmək istəyirik, kart nömrəni yaz” ifadəsi təhlükənin ilk cümləsidir.

Kibercinayətlərlə bağlı daha sərt cəzalar müəyyənləşdirilməli, kart məlumatlarını satan və ya istifadə edən şəxslər mütləq məsuliyyətə cəlb edilməlidir. Bu, sadəcə texniki məsələ deyil. Bu, vətəndaşların təhlükəsizlik məsələsidir. Çünki hər oğurluq bir vətəndaşın bank sisteminə, hüquq-mühafizə sisteminə inamını azaldır. Banklar bu məsuliyyətdən qaça bilməz. Bu təhlükəni görməməzdən gələ bilməzlər.

Elə bir sistem qurulmalıdır ki, vətəndaş bu oyunların qurbanı olmasın!”

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Məşhur marmeladlarda narkotik aşkarlanması xəbərinə rəsmi REAKSİYA-“Narahatlığa əsas yoxdur”

Next

Savaşda YENİ DÖVR: Müharibə davam etdikcə…

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv