Hadisə 

Faciəli şəkildə həyatını itirdi

Ağsuda yol qəzasında xəsarət alan şəxs xəstəxanada vəfat edib.

1992-ci il təvəllüdlü Ramin Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobil mayın 25-də yoldan çıxaraq aşıb.

R.Abdullayev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, mayın 29-da vəfat edib./Oxu24.com

Daha çox xəbərlər