Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Nazirlik liseylərlə bağlı qərarını dəyişdi

By Vüsal Rafiqoğlu
30.05.2025 3 Min Read

İstisna kimi yalnız bu il V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək

Lisey və gimnaziyalara qəbul imtahanlarına sayılı günlər qalmış imtahan qaydalarında edilən gözlənilməz və sərt dəyişikliklər valideynlər arasında böyük narazılıq və etiraz dalğası yaradıb.

Yeni qaydaya görə  lisey və gimnaziyalara qəbul prosesinin VI sinifdə təhsil alan (yəni növbəti il VII sinfə keçəcək) şagirdlərlə məhdudlaşdırılmasını nəzərdə tutur. “Bu dəyişiklik lisey və gimnaziyalara şagirdlərin daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində qəbulunu təmin etmək məqsədi daşıyır. Beynəlxalq təcrübələr göstərir ki, təmayül əsaslı seçimlər erkən yaşlarda deyil, müəyyən baza bilikləri formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr əldə edilir. Nəzərdə tutulduğu kimi, lisey və gimnaziyaların VII siniflərinə qəbul əvvəlcədən elan olunduğu qaydada keçiriləcək. Digər yaş qrupları üzrə qəbul prosedurlarına dair əlavə məlumatlar isə yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək” , – deyə Elm və Təhsil Nazirliyindən bildirilib. Bu  əlbəttə ki, minlərlə  valideynin övladları ilə bağlı planlarını alt-üst edib.

“Lisey və gimnaziyaların qəbul qaydalarına olunan anlaşılmaz dəyişikliklərə izah verən yoxdur. Yayılan məlumatdan belə aydın olur ki, artıq 4-cü və 5-ci sinif şagirdləri builki imtahanlarda iştirak edə bilməyəcəklər. Amma bizim uşaqlar iki ildir ki, imtahana hazırlaşırdılar. Niyə bu qərar ilin əvvəlində yox, imtahana bir neçə gün qalmış verilib?” – deyə şikayətçi valideynlərdən biri bildirib. “Hər ay nazirlik sınaq imtahanları təşkil edib, hər şagirddən nə qədər pul yığılıb. Repetitorlara il ərzində nə qədər pul xərclənib. İndi isə imtahana sayılı günlər qaldıqda ləğv olunur – adını Təhsil İnstitutu qoyan qurum niyə bu qərarı təhsil ilinin əvvəlində verməyib?” – deyə digər valideyn həmkarını dəstəkləyib.

***

Günün sonunda bəlli olub ki, şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük marağını və tədris ili boyunca imtahanlara hazırlığını nəzərə alaraq, Təhsil İnstitutu yeni qərar verib. Belə ki, 2025-2026-cı tədris ili üçün istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək.

Bu barədə “Azpolitika.info” xəbər verir ki, Təhsil İnstitutu lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı yaydığı yeni açıqlamada bildirib. Qeyd olunur ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinif şagirdləri (yəni 2025-2026-cı ildə V, VI və VIII sinfə keçəcək) iştirak edə biləcəklər.

Xatırladaq ki, daha əvvəl yalnız VI sinif şagirdlərinin qəbul ediləcəyi bildirilmişdi. Halbuki əvvəlki illərdə qəbul V, VI, VII və VIII sinifləri əhatə edirdi. Bu dəyişiklik cəmiyyətdə ciddi narazılıq yaratmış, valideynlər, müəllimlər və şagirdlər etirazlarını media və sosial şəbəkələrdə geniş şəkildə ifadə etmişdilər.

Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzi də məsələ ilə bağlı bəyanat yayaraq, bu qərarı tənqid edib. Bəyanatda bildirilir ki, bu addım təhsil sistemində ciddi problemlərə səbəb ola bilər:

– Bu qərar beynəlxalq təcrübəyə ziddir. İnkişaf etmiş ölkələrdə – Finlandiya, Cənubi Koreya, Sinqapur, Almaniya və Fransada – istedadlı uşaqlar erkən mərhələdə seçilir və onlara uyğunlaşdırılmış təhsil imkanları yaradılır.

– İstedadlı uşaqların yalnız bir sinif üzrə qəbul imkanının məhdudlaşdırılması onların inkişaf potensialını zəiflədə bilər.

Mərkəz hesab edir ki, sözügedən qərar şagirdlərin yaş xüsusiyyətləri və pedaqoji ardıcıllıq pozulur: “5-8-ci sinif şagirdləri arasında psixoloji və intellektual inkişaf baxımından mühüm fərqlər var. Pedaqoji ardıcıllıq baxımından liseylərə erkən mərhələdə keçid etmək:

– İstedadlı uşaqların inkişafını sürətləndirir;

– Tədris proqramını daha dərindən mənimsəmələrinə imkan verir;

– Akademik uyğunlaşma daha rahat təmin olunur”.

Mərkəz hesab edir ki, yalnız VII sinif üzrə qəbulun tətbiqi minlərlə şagirdin və valideynin uzunmüddətli planlarını puç edir. Bundan başqa, bu qərar sosial ədalət prinsiplərinə ziddir. İllərlə aztəminatlı ailələrin övladları üçün ödənişsiz təhsil imkanları təmin edən bu sistemin dəyişdirilməsi:

– Sosial bərabərliyə və təhsil hüququna ziddir;

– Ailələrin hazırlıq kurslarına sərf etdiyi maddi vəsaiti mənasız edir;

– Müəllimlərin dərs saatları və iş yerlərini təhlükə altına salır.

Bəyanatda həmçinin qeyd olunur ki, 2023 və 2024-cü illərdə valideynlər və şagirdlər mərkəzləşdirilmiş imtahanlara ciddi maddi və mənəvi sərmayə qoyublar. Bu qərarın ictimai müzakirə edilmədən tətbiqi:

– Valideyn-məktəb münasibətlərində inam böhranı yaradır;

– Təhsil sisteminin şəffaflığına və proqnozlaşdırıla bilməsinə ziddir.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Faciəli şəkildə həyatını itirdi

Next

Elm və təhsilə ayrılan pula etirazlar

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv