Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Putinə “Pautina” mesajı – Bir süpürgəlik canı olan hörümçək torunun “milçək”ləri

By Vüsal Rafiqoğlu
02.06.2025 3 Min Read

“Novar”çıların sözü olmasın, müharibə pis şeydir. Faciədir. Gənc insanların ömrünün yarıda qırılmasıdır, yetim-yesirin, dul qadınların artmasıdır, dağıntıdır, fəlakətdir, bir sözlə, başdan-ayağa dəhşətdir. Lap kəsə desək, ən böyük cinayətdir.

Müharibəyə yalnız bircə halda haqq qazandırmaq olar – o da özünü, torpağını, evini, ana-bacının namusunu qorumaq üçün aparanda. Müharibə etmək məqsədilə öz sərhədindən kənara çıxmaq birmənalı cinayətdir.

O vaxt bizim “novar”çılar bir az səhv salmışdılar, ordumuz dədə-baba yurdumuz Şuşanı qaytarmaq üzrə olanda özlərini lezvalayırdılar ki, hərbi əməliyyatları dayandırmaq lazımdır, çünki müharibə pis şeydir.
İndi xəbər gəlir ki, Ukrayna “Hörümçək toru” adlanan bir əməliyyat keçirib və Rusiyanın aerodromlarındakı onlarla hərbi təyyarəni dronlarla məhv edib.

Əslində Rusiya tərəfi bu haqq-hesaba görə bir az məmnun olmalıdır ki, həmin təyyarələrin içində adam olmayıb. O vaxt bizim Molla Nəsrəddin oxlanmış çuxasına baxıb şükür eləmişdi ki, nə yaxşı, çuxanın içində olmamışam.

Baxmayın, ilin-günün bu vədəsində gedib Şimali Koreyadan, Kolumbiyadan pilot gətirəsi olacaqdılar. O da əsgər deyil ki, çağırış edəsən, pula görə 5 mini birdən gələ. Pilot yetişdirmək uzun işdir.

O gün bir video yayılmışdı: kadrlarda görünürdü ki, Ukrayna tərəfinin əsir götürdüyü bir taqım “rus əsgəri”nin içində bir nəfər də rus yoxdur. Əsirlərin içində hər millətdən döyüşçü vardı, hətta biri slavyan mənşəli idi. Onlar pozuq rus dilində ad-soyadlarını, ölkələrinin adlarını söyləyirdilər. Deyəsən, hallarından məmnun idilər. Ən azı ona görə ki, onları güllələyib üst-üstə yığmamışdılar.

Müharibədə belə şeylər tez-tez olur. Qulağın dibindən vıyıldayıb gedən güllə və ya qəlpə beyini pozur, gözü döndərir, ona görə də gülləsi qurtardığından əlini qaldırıb əsir düşənlər ən azı şillələnir. Güllələnməkdənsə şillələnmək istər-istəməz məmnunluq yaradır.

Bu, heç. Olan şeydir. Belə epizodlar müharibənin hər günündə, saatında var.

Ancaq hələ 2022-ci ilin 24 fevralında “3 günə təslim olacaq” kimi xəbərin felinə mübtəda olan, cari il başlayandan bəri azı 100 dəfə kapitulyasiya sazişi imzalayacağı gözlənilən olkənin birdən-birə qayıdıb Rusiya aerodromların ABŞ-nin Perl-Harbor bazasının gününə qoyması sıradan bir şey deyil.

Bilənlər bilir, bilməyənlər üçün qeyd edim ki, bu vaqiə 1941-ci ilin dekabr ayının 7-də olub. Yaponiya qırıcıları ABŞ hərbi dəniz qüvvələrinin Sakit okean donanmasının Havay arxipelaqına daxil olan Qaxu adasında yerləşən Perl-Harbor limanındakı mərkəzi bazasını amansızcasına bombardman, daha sonra isə işğal edib.

Yaponiyanın bu hücumunun axırda nəylə qurtardığını, Xirosima və Naqasakı məsələsini bilirsiniz, ona görə də təfsilata varmıram.

İndi qorxasan ki, Rusiyanın generallarının başı çönə, deyələr, “qisas qiyamətə qalmamalıdır”.
Zatən, RF-nin prezidenti (2008-2012) olmuş Dmitri Medvedyev Ukraynada “xüsusi hərbi əməliyyat” başlanandan bu günə qədər eyzən Kiyevə və Qərb ölkələrinə nüvə zərbəsi endirməkdən danışır. Ayda ən azı iki dəfə deyir, elə etməyin ki, Rusiya son çarəyə əl atsın.

Baxarsınız, elə bu gün Medvedyev yenə ballistik raketləri Kiyevə və Qərbə “tuşlayacaq”. Bəlkə də artıq tuşlayıb, mənim xəbərim yoxdur.

İndi bəzi dostlar deyirlər ki, Ukrayna o qədər hazırlıq işi aparıb, ilyarım ərzində əməliyyat hazırlanıb, yüzlərlə dron yük maşınlarına yığılıb, konteynerlər Rusiya ərazisində yüzlərlə, minlərlə kilometr məsafə qət ediblər, amma Rusiyanın hərbi və mülki kəşfiyyatının xəbəri olmayıb.

Bu da olan şeydir. Sadəcə, həmişə bizə elə gəlir ki, Rusiya kəşfiyyatçıları əjdahadır, hamısı Ştirlitsdir, yerin altını da bilirlər, üstünü də, hər şeydən xəbər tuturlar, hər yanda “şpion”ları (“casus” bir az boş çıxır) var. O qədər də deyil. Biz indiyədək Rusiyanın “uğurlu kəşfiyyatçılar”ının kinosuna baxmışıq, Moskvanın “bismillah” deməmiş yaxalanan yüzlərlə kəşfiyyatçısı olub. DTK-nın mərkəzi qərargahından məxfi məlumatları ABŞ MKİ-sinə, Britanıya Mİ6-sına ötürən, sonra da ələ keçmədən ölkəni tərk edənlər də az olmayıb. Belələrinin filmini çəkmirlər.

Ola bilər, “Hörümçək toru” haqq-hesabında Ukraynaya işləyən casusların da rolu var. Onsuz olmaz. Məhz onların sayəsində bir süpürgəlik canı olan hörümçək toru 40-dan artıq “milçəyi” məhv edib.
Yenə də söhbəti onunla yekunlaşdıraq ki, müharibə pis şeydir, faciədir, cinayətdir.

P.S. Hörümçək toruna rusca PAUTİNA deyirlər. Sözdən A hərflərini çıxaranda, görün, yerdə nə qalır.

Samir SARI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Məşhur aptekə protokol tərtib edildi – Dərmanları…

Next

İlham Əliyev: İtaliya-Azərbaycan Universiteti əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv