Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Xarici düşməni var, daxili düşməni var – Kremlə ta nə lazımdır?

By Vüsal Rafiqoğlu
06.06.2025 3 Min Read

Ötən ilin martından başlayaraq, Rusiyada miqrantlarla mübarizəninin kəskin, repressiv xarakter almasına dair mediada vaxtaşırı yazılar dərc olunur. RF mətbuatında miqrantlara qarşı yeridilən siyasətə haqq qazandırmaq cəhdləri nə qədər yoğun olsa da, həqiqəti yazanlar, sadəcə, faktları konstatasiya edənlər də var.

Bütün bunlar Rusiyada miqrantlarla mübarizə sahəsindəki real mənzərəni ortaya qoyur və aydın olur ki, Kreml Ukrayna cəbhəsində necə döyüşürsə, miqrantlarla cəbhədə də bənzər “əzmlə vuruşur”.

Rusiya Federasiyası Ali Məhkəməsinin məhkəmə departamenti xəbər verir ki, xarici vətəndaşların ölkədən çıxarılmasını təmin edən müvəqqəti saxlama mərkəzlərinin kontingenti artırılır. Çünki buna zərurət yaranıb. Qovulanlar çox, onları müvəqqəti təcrid etmək üçün yerlər azdır, nəzarətçilər isə çox deyil.

Üstəlik, necə olubsa, keçən ildən bəri ağır cinayətlərin törədilməsi ittihamı ilə mühakimə olunan müttəhimlərin sırasında mühacirlərin xüsusi çəkisi də artıb. Bunu məhkəmə statistikası da təsdiqləyir. Daha əvvəl onlar daha çox miqrasiya qaydalarını pozduqlarına görə inzibati cəzalara məruz qalırdılar, indi hər cür cinayətlərə görə mühakimə edilirlər. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərin sayı 8,1 min nəfərə yüksəlib.

Eyni zamanda, ötən il uzunmüddətli cəzalar (5 ildən 15 ilədək) alan mühacirlər 2019-cu ildən 2023-cü ilə qədər olan hər hansı bir illə müqayisədə, demək olar ki, iki dəfə çox olub.

Bu, şübhə doğuran statistikadır. Necə ola bilər ki, asiyalı mühacirlər 4 il Rusiyada qanunlara riayət edə-edə yaşayıblar, ancaq “Krokus-siti”də törədilmiş terror aktından sonra ölkənin qanunlarını kütləvi şəkildə pozmağa başlayıblar?

Bu məsələdə medianın xüsusi destruktiv rolu var. Hər gün Rusiyada baş verən ağır cinayətləri (qətllər, quldurluqlar, zorlamalar, qarətlər) törədənlərin yüzdə doxsanı haqqında səthi məlumat verilsə də, miqrantların iştirakı ilə törədilən cinayətlərdə xəbər başlığına mütləq “miqrant” sözü çıxarılır. Bu, ictimai rəydə onların haqqında mənfi rəy yaradır, nifrət obyekti edir.

Neytral müşahidəçilərin fikrincə, miqrantlarla bağlı kriminal statistikanın artmasında şərləmə hallarının da rolu var. Hüquq-mühafizə orqanları əllərinə düşən hər bəhanədən yararlanır, hüquqsuz vəziyyətə salınmış, şikayət edəcək yerləri olmayan mühacirləri açılmamış cinayət işləri ilə “yükləyir”lər, onların səsini isə eşidən olmur.

Xarici vətəndaşların Rusiyadan çıxarılması ilə bağlı məhkəmə qərarlarının əhəmiyyətli dərəcədə artması təbiidir. Kremldən əmr verilib, Dumada anti-miqrant qanunları qəbul olunub, məsələ bitib. 2023-cü ildə 129,6 min mühacirə RF-dən deportasiya edilmişdisə, 2024-cü ildə bu rəqəm 174 minə çatıb. Bu, həm də son doqquz ilin rekordudur. Ona qədər Rusiyadan bu sayda mühacir çıxarılmayıb.

Məhkəmələr tərəfindən ölkədən qovulma barədə qərar çıxarılan işlərin 93,5 faizində bu, ya ölkəyə gəlmə və yaşama qaydalarının pozulması, ya da qeyri-qanuni əmək fəaliyyəti olub. Bu da o deməkdir ki, Rusiyanın əlaqədar qurumları əcnəbi işçilərin Rusiyaya axınının iqtisadi faydasını (ağır iş, ucuz işçi qüvvəsi) nəzərə alaraq bu kimi hallara göz yumurmuşlar, indi isə qanunu bütün sərtliyi ilə tətbiq edirlər. Nəticədə ölkədən qovulma halları bağlı qərarların sayı 35% artıb. Bu, həm də onu göstərir ki, on minlərlə mühacir müvafiq məhkəmə qərarlarını gözləmədən, dəyişmiş dövranın tələblərinə uyğun olaraq, könüllü şəkildə RF-ni tərk etsələr də, dirəşərək Rusiyada qalmağa çalışan əmək miqrantları da çoxdur. Onlar “hansısa bir yol ilə” ölkədə qala biləcəklərini, işlərini sahmana qoyacaqlarını düşünürlər.

O da məlum olub ki, qovulmağa “məhkum olunanların” bir hissəsi ona etiraz etməyə çalışıb, şikayət ediblər. Son bir ildə bu cür məhkəmə qərarlarından şikayətlərin artımı 40 faizə yaxın olub. Ancaq həmin müraciətlərin 80 faizindən çoxu rədd edilib, birinci məhkəmə instansiyasının qərarı qüvvədə saxlanılıb. Məhkəmələr nəzərə alırlar ki, dövlətin miqrasiya siyasəti belədir və ona qarşı çıxmaq kampaniyanın obyektivliyini və ədalətliliyini şübhə altına almaq olmaz.

Moskva Vəkillər Kollegiyasının “Minushkina and Partners” sədri Anna Minuşkina mediaya bildirib ki, miqrasiya qanunvericiliyində əhəmiyyətli dəyişikliklər 2024-2025-ci illərdə qüvvəyə minib: əcnəbilərin Rusiya Federasiyasında qalma müddəti azaldılıb, uydurma nikahlara qarşı mübarizə gücləndirilib, nəzarətdə olan şəxslərin reyestri yaradılıb.

Belə anlaşılır ki, artıq Rusiyada yerləşmək üçün saxta nikah sazişləri bağlamaqla yanaşı, miqrantların rus qadınlarla gerçəkdən ailə qurması da çətinləşib. Hüquq-mühafizə orqanları bu aktların qanuniliyini şübhə altına alırlar.

Bununla belə, Minuşkinanın sözlərinə görə, 2025-ci ilin statistikası fərqli ola bilər. Rusiya Federasiyası Prezidentinin 1126 nömrəli fərmanı ilə əlaqədar olaraq inzibati xaricetmələrin sayı azalmalıdır. Bu fərman “Xarici vətəndaşların müəyyən kateqoriyalarının hüquqi statusunun tənzimlənməsi üzrə müvəqqəti tədbirlər haqqında” adlanır.

2025-ci il yarı olmaqdadır, ancaq həmin fərmandan irəli gələn tədbirlərin görülməsi nəzərə çarpmır. Miqrantlara dair gələn xəbərlər əsasən cinayət törətmələri, hansısa hüquqdan məhrum edilməliəri, ölkədən qovulmaları, kütləvi reydlərə məruz qalmaları, cərimələnmələri barədədir.

Bir sözlə, Rusiyanı idarə edənlər xlaqın hiddət və nifrətini həm xarici (Qərb, Ukrayna, pis qonşular), həm də daxili düşmənə (miqrantlar, müsəlman terrorçular) yönəltməyi bacarıblar.

Araz Altaylı, Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sabah Bakıda şimşək çaxacaq, yağış yağacaq – PRONOZ

Next

Ermənistan MTX: İki yeniyetmə azaraq Azərbaycan ərazisinə keçib

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv