Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Paşinyana milli qəhrəman adı… ölümündən sonra

By Vüsal Rafiqoğlu
21.06.2025 3 Min Read

Erməni baş nazir Türkiyəyə səfər etməklə yenə təəccübləndirdi-Hərdən Paşinyanın bəzi qərarlarının arxasında “üç dörd daha qiymətli baş” olduğundan şübhələnirsən…

Paşinyanın  Ermənistan baş naziri kimi Türkiyəyə səfəri  əlbəttə ki, nəticəsindən asılı olmayaraq, tarixə keçəcək. 500 il davam edən Osmanlıda imperiyanın milli tərkibinə  hansı zəfərdən sonra qoşulublarsa, 1915-ci il  köçündən sonra Türkiyəyə, türk etnosuna düşmən kəsiliblər. O talesiz hadisələrdən sonra da yüz minlərlə erməni bugünədək də Türkiyədə dinc yaşayır, öz dillərində qəzeti, kilsəsi, diasporası var.

Ağrı dağının ətəyindəki dövlətlə erməniləri birləşdirən əsrlik tarix var. Ermənilər Osmanlıda baş verən hadisələrdən sonra  türklə düşmənçiliyi seçdilər, uşaqlarını bu ruhda böyütdülər, “var olma səbəblərini” türkü öldürməklə şərtləndirdilər. SSRİ adlı ittifaq dağılanda da 30 il Azərbaycan türkünün torpaqlarını işğal altında saxlayıblar, altını üstünə çeviriblər.

Dünyanın dörd bir tərəfində yaydıqları saxta soyqırım hekayələrinin bir sonu mütləq olacaqdı. Ona görə Paşinyanın bir günlük İstanbul səfəri Ermənistanın müasir tarixinə, tarix kitablarına da yazıla bilər, əgər bu xalq nəhayət ki,  türk düşmənçiliyinin faydasızlığını  və zərərini anlasınlar, özləri də bu tarixin bir parçası olsunlar…

Paşinyan təkcə içəridəki  müxalifəti deyil, erməni lobbisini də əsrlik “çörəyini” əlindən alır, saxta soyqırım, anti-Türkiyə təbliğatı üçün hər ay topladıqları milyon dollarların qarşısını kəsir. Bir çox varlı ermənilər daha türk düşmənçiliyini maliyyələşdirmək istəmirlər.

Reaksiyalar gözlənilən kimidir. Müxalifət və revanşist dairələr erməni baş nazirinin İstanbul səfərini və görüşlərini həzm edə bilmir, ortaya atdıqları tezislər də bir-birinə oxşardır: “Paşinyan Türkiyə və Azərbaycanın tələb etdiyi kimi sülh müqaviləsi imzalamaq istəyir”, “hakimiyyətdə qalmaq üçün Ermənistanın maraqlarını satır” və sairə…

Vaxtilə Ermənistanı danışıqlarda təmsil edən, hətta bir az da ağıllı diplomat təsiri bağışlayan, indi isə revanşist hislərlə alışıb-yanan  Vardan Oskanyan səfər haqda dediklərinə diqqət  etmək kifayətdir: “Erməni xalqı bu yol xəritəsini seçməyib. Onlar ağrılarını, hüquqlarını və tarixini silən bir prosesə razı olmadılar. Erməni əsirlərin azad edilməsinə zəmanət verməyən, artsax ermənilərinin geri qayıtmaq hüququna məhəl qoymayan və Azərbaycan qoşunlarının Ermənistan torpaqlarında qalmasına imkan verən hər hansı saziş legitim sayıla bilməz”.

Paşinyana xüsusi rəğbətim yoxdur, amma riskli tipdir, 2018-də rukzakını belinə taxıb İrəvanda inqilab edəndən bəlli idi ki, bu, bazardan alınan ürəyi qızardıb yeməklə əmələ gələsi cəsarət  deyil. Gərək ki, ən əvvəl şəxsi cəsarətin olsun, siyasi iradə sonrakı işdir. Paşinyanın hakimiyyəti “Qarabağı Ermənistana birləşdirən” terrorçubaşı Sərkisyandan alanda heç kimin ağlına gəlməzdi ki, bir gün Türkiyəyə işgüzar səfər edəcək, burada ədəb-ərkanla qarşılanacaq.

Paşinyan Türkiyəyə getmək qərarı ilə yenə təəccübləndirdi. Hərdən düşünürəm ki, çox da uzaq olmayan tarixdə “Qarabağ Ermənistandır” deyən bir erməni necə oldu ki, bu qədər dəyişdi? Ona görə Paşinyanın bəzi qərarlarının arxasında “üç dörd daha qiymətli baş” olduğundan şübhələnirsən. Amma haradan baxırsan bax, bir erməni hakimiyyəti lideri kimi etdiyi qəhrəmanlıqdır. Bizim üçün yox, erməni xalqı üçün…Erməni xalqı nə vaxtsa onun apardığı siyasəti anlasa, türk qanı axıdanlara deyil, ona milli qəhrəman adı verməlidir, hətta ölümündən sonra olsa da…

Ərdoğan-Paşinyan görüşü başa çatdı

Ərdoğanla görüş haqda xüsusi təfərrüat yoxdur, ümumi sözlərdir. Bildirilir ki, Paşinyan Ermənistanın regionda sülh və sabitliyin bərqərar olması prosesinə sadiqliyini qeyd edib və qonşuları ilə münasibətlərin normallaşdırılması siyasətini davam etdirmək öhdəliyini vurğulayıb. İki ölkənin liderləri birbaşa təmasları və dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər. Ermənistan və Azərbaycan arasında sülh prosesi, eləcə də Ermənistan Respublikası hökumətinin “Sülhün kəsişməsi” layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

Paşinyan Ərdoğandan öncə İstanbulda erməni icmasının nümayəndələri ilə görüşüb. Onun məscidə baş çəkməsi maraqlı idi. Ermənilər işğal illərində Azərbaycanın məscidlərini dağıdıblar, donuz saxlayıblar. Paşinyan və yanındakılar isə dünən qaydalara uyğun olaraq məsciddə ayaqqabısız idilər. Sərkisyanlar, Köçəryanlar həm də buna görə Paşinyanın regionda sülh istəklərini rədd edirlər…

Nazim SABİROĞLU,
Musavat.com   

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Azərbaycan müxtəlif balneoloji qruplara aid olan çoxlu sayda mineral sularla məşhurdur”

Next

Onlayn kredit götürmək istədi, qarşı tərəfin dələduzluğunun qurbanı oldu

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv