Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Putindən postsovet ölkələrinə hədə – Bakıdan reaksiya

By Vüsal Rafiqoğlu
24.06.2025 3 Min Read

Kreml liderinin “Rus əsgərinin ayaq basdığı bütün ərazilər Rusiyanındır” sözləri təhlükəli revanşizmdir

Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı ilə təkcə iqtisadi gündəmi yox, siyasi mənzərəni də silkələdi. Rusiya lideri çıxışı zamanı tarixin tozlu arxivlərindən çıxarılmış imperialist tezisləri səhnəyə daşıdı:

“Rus əsgərinin ayaq basdığı bütün ərazilər Rusiyanındır. Ruslar və ukraynalılar eyni xalqdır. Bu mənada bütün Ukrayna bizimdir”.

Bu sözlər artıq sadəcə ritorika deyil. Bu, beynəlxalq hüququn, dövlət sərhədlərinin, xalqların suverenliyinin üstündən xətt çəkən açıq imperialist manifestdir.

Putinin çıxışı onu göstərir ki, Kreml hələ də SSRİ-nin dağılması ilə barışmayıb. İllərdir “rus dünyası” ideyası ilə ideoloji zəmin hazırlayan Moskva bu gün artıq bu siyasəti açıq şəkildə hərbi və siyasi ritorikaya çevirib. Yeni dünya nizamında “köhnə xəyal” yenidən baş qaldırıb.

Ukraynaya hücum bu planın ilk mərhələsi idi. Və artıq heç kim şübhə etmir ki, növbədə kimlərin olduğu Kreml divarları arxasında deyil, Putinin dilindədir.

Belarus Kreml tərəfindən faktiki udulub. Qazaxıstan siyasi və informasiya hücumları altındadır. Moldova Dnestryanı bufer ərazisi kimi saxlanılır. Baltikyanı ölkələr daim “rusdilli əhali” bəhanəsi ilə təhdid olunur. Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə “açıq yara” vəziyyətindədir. Putin öz “ayaq izi doktrinası” ilə bu ərazilərə açıq iddia ortaya qoyur.

Rusiya prezidentinin bu açıqlamasına ilk sərt cavab təbii ki, Ukraynadan gəldi. Prezident Volodimir Zelenski bəyan etdi: “Putin rus əsgərlərinin ayaqları haqda danışarkən Belarusu, Baltikyanı ölkələri, Moldovanı, Qafqazı, Qazaxıstanı da nəzərdə tutur. Onun üçün rus qatillərinin əli çatan hər yer onlarınkıdır”.

Zelenskinin bu çıxışı təkcə Ukraynanın cavabı deyil, postsovet ölkələrinə ünvanlanan xəbərdarlıqdır. Kreml yalnız sərhədləri yox, dövlətlərin mənəviyyat və tarixi yaddaş sərhədlərini də silməyə çalışır.

Rusiyanın davranışları 19-cu əsr imperiyalarının “gücə əsaslanan hüququ”nu xatırladır. Diplomatiya, beynəlxalq hüquq, müqavilələr – bunların heç biri Moskvanın “rus əsgərinin ayağı” arqumentindən daha üstün tutulmur.

Bu, sadəcə, imperializm deyil. Bu, təhlükəli revanşizmdir. Rusiya 20-ci əsrin əvvəllərində itirdiklərini XXI əsrin ortasında güclə qaytarmaq istəyir.

Amma dünya artıq dəyişib. İndi ölkələr öz ərazilərini təkcə silahla deyil, siyasi iradə və beynəlxalq həmrəyliklə qoruyurlar.

Rusiyanın necə təhlükəli qonşu olduğunu Kreml sahibi son açıqlamasıyla ortaya qoyub. “Belə bir qədim qayda var. Rus əsgərinin ayağının dəydiyi yer bizimdir” – deyən Rusiya Prezidenti Vladimir Putin cümləsini bu şəkildə genişləndirib: “Rus əsgərinin ayaq basdığı bütün ərazilər Rusiyanındır. Rus və ukraynalılar eyni xalqdır. Bu mənada bütün Ukrayna bizimdir”. Görəsən, Vladimir Putinin bu açıqlamasına Ermənistanın baş naziri Nikol Paşinyanın reaksiyası necə olar? Çünki Kreml sahibinin məntiqindən çıxış etsək, Rusiyanın Ermənistanda hərbi bazası olduğuna görə bu ölkə Rusiyaya məxsusdur.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Rusiyanın necə təhlükəli qonşu olduğunu Kreml sahibi son açıqlaması ilə ortaya qoyub: “Putinin məntiqindən çıxış etsək, Rusiyanın Ermənistanda hərbi bazası olduğuna görə bu ölkə Rusiyaya məxsusdur. Rusiyanın Tacikistanda da hərbi bazası var, bu ölkə də Rusiyaya məxsusdur? Bu, imperialist açıqlamadır. Rusiya Prezidenti bu cür məntiqsiz açıqlamalarıyla həm Ukraynaya qarşı müharibəyə haqq qazandırır, həm də qonşu ölkələrə xəbərdarlıq mesajı göndərir. Putin deyir ki, rus və ukraynalılar eyni xalqdır. Rus və ukraynalılar necə eyni xalqdır ki, 4 ildən çoxdur bir-birlərini öldürürlər. Putin həm imperialist, həm də ziddiyətli açıqlamalar verir. O, belə açıqlamalarla Rusiyanın gücünü şişirdir. Rusiya elə böyük gücə sahib olsaydı, müharibə 4 il uzanmazdı. Qısa müddətdə hədəfinə çatardı. Ukrayna öz bütövlüyü uğrunda dirəniş göstərir. Putin isə bunu əsaslandırmaq üçün əsassız açıqlamalar səsləndirir. Rusiya Gürcüstana qarşı müharibə edib, Çeçenistanla iki dəfə müharibəsi olub, lakin bəzi hədəflərinə çətinliklə nail olub. Ona görə də Putin bu gücü son dərəcə şişirdir. Ukrayna cəbhəsində Rusiyanın gündəlik itkiləri 1000 nəfəri keçir. Bu, Rusiya üçün böyük rəqəmdir. İşçi qüvvəsini və gənc nəsli itirir. Bunun mənfi təsiri özünü 20-30 il sonra büruzə verəcək”.

Analitik qeyd etdi ki, SSRİ Rusiyadan daha güclü dövlət idi, amma dağıldı: “Putin sinəsinə çox döyməsin, Rusiyada bir gün mərkəzdənqaçma meyilləri güclənə bilər”.

Politoloq bildirdi ki, Rusiyada yaşayan müxtəlif millətlərin müharibə fonunda narazılıqları artır: “Rusiyada kiçik millətləri Ukrayna ilə müharibədə ölümə göndərirlər. İnquşlar Rusiyada yaşayan azsaylı xalqdır. İnquşetiyada müharibədən sonra qəbiristanlıqların sayı artıb. Ağsaqqallar Putinə müraciət edərək bildirirlər ki, xalq olaraq yox ola bilərlər. Çünki gənc nəsil müharibədə ölür. Bu, təkcə inquşlara aid deyil, Rusiyanın özündə də müharibə nəticəsində qəbiristanlıqların sayı artıb. Rusiya hakim dairələri imperiya həvəsi ilə yaşaya bilər, amma bunu reallaşdırmaq mümkün deyil. Ona görə də sivil dünya Rusiyanın Ukraynanı işğal etməsinin əleyhinədir. Rusiyanın müharibədə məğlub olmasını istəyir ki, Ukrayna ərazi bütövlüyünü təmin etsin. Çünki rusiya ukraynanı işğal etsə, gözünü strateji tərəfdaş adlandırdığı Qazaxıstana, Cənubi Qafqaza gözünü dikəcək”.

E.Şahinoğlu vurğuladı ki, Azərbaycan zamanında rus hərbçilərini ölkəmizdən çıxarmaqla mümkün təhlükəni aradan qaldırdı: “Nə yaxşı ki, hazırda Azərbaycanda rus əsgəri yoxdur”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıya qarşı məkrli plan: çirkin kampaniya hansı “emalatxana”da hazırlanmışdı?

Next

Kremldən İrəvana şok təhdid: ya biz, ya da…

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv