Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Ekspertlərin “savadsız müəllim” davası – haqlı kimdir?

By Vüsal Rafiqoğlu
26.06.2025 3 Min Read

2025-ci ildə müəllimlərin sertifikasiya imtahanları ətrafında yaranan müzakirələr təhsil sistemindəki problemlərin miqyasını bir daha üzə çıxardı. Bu proses təkcə pedaqoji bacarıqların yoxlanması deyil, eyni zamanda cəmiyyətin təhsilə baxışını, ictimai gözləntiləri və sistemin struktur problemlərini üzə çıxaran güzgüyə çevrildi. İki əsas mövqe arasında sərt fikir qarşıdurması yaranıb: biri savadsız müəllimlərin sistemdən çıxarılmasını tələb edir, digəri isə sosial ədalət və dəstək zərurətini vurğulayır. Haqlı tərəfi müəyyənləşdirmək isə asan deyil.

Təhsil eksperti Kamran Əsədov imtahan nəticələrinin acınacaqlı mənzərə yaratdığını və bəzi müəllimlərin elementar biliklərə belə sahib olmadığını bildirir. Onun sözlərinə görə, 50 sualdan cəmi 30-na belə cavab verə bilməyən şəxsə “müəllim” demək mümkün deyil: “Bu adamlar təhsil vermir, vaxt öldürürlər. Onların sinif otağında qalması uşağın potensialını və gələcəyini oğurlamaq deməkdir. Təhsil sistemini bu cür məsuliyyətsiz insanlardan təmizləmək bizim borcumuzdur. Əgər bir müəllim imtahandan keçə bilmirsə və bunu sualların çətinliyi ilə izah edirsə, o zaman bu illər ərzində şagirdlərinə nə öyrədib?”

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR | Modern.az

Kamran Əsədov 

Kamran Əsədov güzəşt çağırışlarına sərt cavab verir: “Sertifikasiya təhsil sistemində son ümid nöqtəsidir. Bu imtahanı zəiflətmək, keçid balını azaltmaq, sualları sadələşdirmək istəyənlər təhsilin deyil, savadsızlığın tərəfdarıdırlar. Əgər bir müəllim öz fənnindən xəbərsizdirsə, o, artıq bu sistemdə yer almamalıdır. Məktəb sosial yardım yeri deyil. Orada yalnız bilikli, əxlaqlı və işinə məsuliyyətlə yanaşan müəllimlər olmalıdır”.

Sosioloq Lalə Mehralı isə məsələnin başqa bir tərəfinə diqqət çəkir. O, müəllimlərin imtahana psixoloji və sosial cəhətdən hazır olmadığını vurğulayır. Onun sözlərinə görə, bir çox pedaqoqlar dərs prosesini yarımçıq qoyaraq testə fokuslanmağa məcbur olublar: “İllərlə ucqar kəndlərdə çalışan, az imkanlarla tədris aparan müəllimləri, sadəcə, bir imtahana əsasən ”savadsız” elan etmək nə dərəcədə doğrudur? Əlbəttə ki, yüksək nəticə göstərənlər təqdir olunmalıdır. Amma 30-40 bal toplayanları aşağılamaq, sistemdən uzaqlaşdırmaq yanlışdır”.

Bayağı parodiyalar bir təhsil ocağının səhnəsinə yaraşmadı' — Lalə Mehralı

Lalə Mehralı 

O bildirir ki, məsələ yalnız müəllimlərin bacarığında deyil. Əgər ali məktəbdən məzun olmuş, 10 il dövlət məktəbində işləyən müəllim bu gün 30 bal toplaya bilmirsə, burada sistemin də ciddi payı var: “Pedaqoji təhsil, metodika, ixtisasartırma kursları və təkmilləşmə mexanizmləri köklü şəkildə yenilənməlidir. Müəllimi günahlandırmadan əvvəl onu yetişdirən mexanizm sorğulanmalıdır”.

Təhsil eksperti Elmin Nuri isə məsələni daha obyektiv və texniki baxımdan qiymətləndirir. Onun fikrincə, imtahandan kəsilən müəllimlərə geniş imkanlar yaradılıb. İkinci dəfə imtahan vermək, ödənişsiz təlim və seminarlar, hətta minimal keçid balı ilə belə işdə qalmaq imkanları tanınıb: “60 sualdan 30-na cavab verən müəllim yalnız işində qalmaqla kifayətlənmir, həm də maaş artımı qazanır. Bundan artıq hansı humanist addım ola bilər? Əgər bu qədər imkan yaradıldıqdan sonra müəllim hələ də nəticə göstərə bilmirsə, onun məktəbdə qalması təhsilin özünə ziddir”.

Bu cür ciddi təhsil problemi tamamilə kölgədə qalıb-Elmin Nuri

 Elmin Nuri 

E.Nuri qeyd edir ki, hazırda sertifikasiyadan keçə bilməyən 7 min müəllim var və bu müəllimlər on minlərlə şagirdin həyatına təsir edir. “Sertifikasiya savadsızların qarşısını almağa yönəlib. Bu təkcə yoxlama deyil, həm də seçim və inkişaf vasitəsidir. Bu gün bəziləri emosiyalara qapılıb müəllimləri müdafiə edir, amma heç kim düşünmür ki, həmin müəllimlərin sinfində təhsil alan uşaqların taleyi nə olacaq. Təhsildə güzəştin yeri yoxdur”, – deyə ekspert bildirir.

Keyfiyyətli təhsil olmadan elm inkişaf edə bilməz-Rizvan Fikrətoğlu |  Informator informasiya portalı

Rizvan Fikrətoğlu 

Elm və təhsil üzrə ekspert Rizvan Fikrətoğlu isə məsələni innovasiya və texnoloji tərəfdən qiymətləndirir. Onun fikrincə, bəzi müəllimlər texnologiyaya bələd olmamaq bəhanəsi ilə aşağı nəticə göstərdiklərini iddia edirlər: “Amma bu gün müəllim yeni texnologiyaları bilməlidir. Əgər imtahandan əvvəl hazırlıq müddəti verilibsə, niyə bu vaxtdan istifadə edilməyib? Təhsil texnoloji və metodik baxımdan daim yenilənir. Müəllim bu dəyişikliklərə uyğunlaşa bilmirsə, artıq peşəkar fəaliyyət göstərə bilməz. Sertifikasiya həm də bu uyğunlaşmanı təmin edən əsas vasitədir”.

2025-ci ildə keçirilən imtahanların statistikası da bu yanaşmaları təsdiqləyir. İl ərzində 35 mindən çox müəllim sertifikasiyaya cəlb olunub. Onların 68%-i keçid balını toplayaraq uğur qazanıb. Təxminən 40%-i 51 baldan yuxarı nəticə göstərərək 35% maaş artımı hüququ əldə edib, 28%-i isə 10% artım qazanıb. Lakin 32% müəllim 30 balı belə toplaya bilməyib. Bu rəqəmlər təkcə fərdi uğursuzluğu deyil, həm də sistemin keyfiyyət problemlərini əks etdirir.

Bu gün Azərbaycan təhsilində dəyişiklik zəruridir. Bu dəyişiklik yalnız biliklə deyil, həm də yanaşma ilə olmalıdır. Sertifikasiya sadəcə imtahan deyil – həm də güzgüdür. O güzgüdə kimin nə qədər hazırlıqlı olduğunu görmək və düzgün nəticə çıxarmaq gələcəyimizin təminatıdır.

Şahanə RƏHİMLİ,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qaravəlli kimi – “heç-heçə” bitmiş “oyun”un “qalib”ləri

Next

Rusiya İrəvandakı çevriliş planında – elə sujet verdilər ki…

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv