Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

12 günlük savaşın daha bir dərsi – BMT təcili islahatlara getməsə…

By Vüsal Rafiqoğlu
27.06.2025 3 Min Read

İsraill-İran hava savaşı 12-ci günündə dayandı. Bölgə xalqları, dünya qismən rahat nəfəs aldı. Amma hələlik. Çünki 2025-ci ilin ilk və ən dağıdıcı hərbi qarşıdurmasına gətirən əsas səbəb aradan qalxmayıb.Tezliklə ortadan qalxana da deyəsən oxşamır.

Məsələ ondadır ki, baş verənlərdən hamıdan birinci nəticə çıxarmalı olan tərəf – qonşu İran da özünü qalib hesab edir. Qəribədir, deyilmi? Ölkəyə yeni fəlakət vəd edən bir siyasətə düzəliş etmək əvəzinə, ona davam şansı qazanmaq qələbə adlanmağa layiqmi?..

“İsrail və İran arasında hərbi toqquşmanın əsas geosiyasi nəticəsi budur ki, beynəlxalq hüquq, – bizim indiyədək qəbul etdiyimiz şəkildə, – artıq faktiki olaraq mövcud deyil. XXI əsrdə də güclünün hüququ üstünlük təşkil edir və həm uydurma, həm də real bəhanələrlə suveren dövlətə qarşı hərbi təcavüz mümkündür. Bu mənzərəni İsrailin İrana ilk zərbə endirməsi ilə aydın şəkildə gördük”.

Bu sözləri rusiyalı tanınmış hərbi analitik, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko 12 günlük münaqişəsinin yekununu şərh edərkən bildirib (Axar.az).

Öncə yada salaq ki, İqor Korotçenko Sergey Markov, Maksim Şevçenko, Oleq Kyznetsov kimi Azərbaycana obyektiv münasibəti ilə seçilən azsaylı rus ekspetlərindəndir. Ancaq görəsən o, eyni sözləri öz dövləti – 4 ildir beynəlxalq hüququ heçə sayıb suveren Ukraynaya qarşı işğalçı və ədalətsiz müharibə aparan Rusiya haqda da söyləyə bilərmi? Axı XXI əsrdə beynəlxalq hüquq normalarını, BMT Nizamnaməsini bunca ayaqaltı edən ilk dövlət elə Rusiyadı. Həm də uydurma bəhanələrlə.

Korotçenko belə bir etirafı edərsə, ən yaxşı halda “xarici agent” kimi damğalanar. Ən pis halda isə həbs edilər. Nədən ki, Kreml və onun hazırkı rəhbəri üçün beynəlxalq hüquqdan qabaq öz “hüququ”, öz “həqiqəti” mövcuddur. Ancaq belə bir müdrik deyim var: “Hər kəsin yalanı ola bilər, amma hərənin öz həqiqəti ola bilməz. Həqiqət birdir”.

Yəni sırınan “həqiqətlərin” çoxu əslində yalandır, blefdir, ilğımdır. Bəşəriyyətin faciəsi də elə bundadır – güclünün həmişə özünü haqlı sayması. Doğrudur, güclü də haqlı ola bilər. Əfsus ki, belə hallar barmaqla sayılası qədərdir.

Acı gerçək belədir ki, məhz “güclü həmişə haqlıdır” arxaik məntiqinin aparıcı olması üzündən bəşəriyyət faktiki üçüncü dünya müharibəsinin astanasına gəlib. Hətta onun artıq başladığı iddia olunur. Ola bilsin, BMT və onun Təhlükəsizlik Şurası vaxtında dövrün tələblərinə uyğun şəkildə köklü islahatlara gedib işlək beynəlxalq quruma çevrilsəydi, veto hüququ olan 5 dövlətin girovluğundan çıxsaydı, indiki vəziyyət ysranmazdı…

12 günlük hərbi konflikt bu mənada dərindən düşünmək, qlobal sülhü və ümumbəşəri dəyərləri xilas naminə bəlkə də son dəfə götür-qoy etmək üçün unikal fürsətdir. Ən əvvəl də “nüvə çamadanı” olanlar üçün. Nə yazıq ki, belə “çamadan”ın arzusunda olan dövlətlər az deyil. Onlardan biri də İran hesab edilir. Rəsmi etiraf olmasa da.

Bəs Tehran doğrudanmı yalnız öz milli təhlükəsizliyi üçün atom silahına can atır? Axı hər şey niyyətə bağlı. Sirr deyil ki, İran yəhudi dövlətini Yer üzündən silmək planlarından əl çəkməyib. Hər halda bunu cənub qonşumuzun yüksək çinli rəsmilərinin müharibə sonrası açıqlamaları da təsdiqləyir. Eyni zamanda bəyan edirlər ki, nüvə silahı haramdır. Elə isə “o nə turşu, bu nə pəhriz?”

Demək ki, Rusiya lideri Putinin dediyinin əksinə olaraq, İran-İsrail davası heç də keçmişdə qalmayıb. Havada barıt qoxusu qalır. Demək, daimi atəşkəsə hələ var. Sadəcə, domino termini ilə yazsaq, oyunda “ağ qoşa” qoyulub…

Bu arada CNN məlumat yayıb ki, ABŞ İranın uranın zənginləşdirilməsindən imtina etməsinin qarşılığında dinc nüvə proqramı üçün 30 milyard dollarlıq kömək etmək imkanını müzakirə edir. Böyük sülh naminə böyük bazarlıq? Tehran razılaşarmı?

Əsas sual isə budur: 24 iyundan sonrakı olayları necə oxuyaq, bu, həlledici döyüş öncəsi pauzadır, yoxsa…

Analitik xidmət,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sabah 37 dərəcə isti olacaq

Next

Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv