Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Müttəfiq, yoxsa düşmən? – Rusiyanın riyakar siyasətinin arxasında HANSI SƏBƏBLƏR DAYANIR?

By Vüsal Rafiqoğlu
30.06.2025 3 Min Read

Rusiyada digər xalqlara qarşı şovinist əhvali-ruhiyyənin, diskriminasiyanın hökm sürməsi tarixin bütün mərhələlərində özünü göstərib. Təəssüf ki, bu gün də Rusiya bu tendensiyanı azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər millətlərin nümayəndələrinə qarşı davam etdirir. Hətta iş o yerə çatıb ki, hazırda sözügedən ölkədə baş verənlər Stalin dövrünü belə kölgədə qoyur. Bu isə Rusiyanın hələ də imperiya xislətindən əl çəkmədiyindən xəbər verir. Elə iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması bunu bir daha bunu təsdiq edir. 

Baş vermiş bu olayı diqqətlə analiz edəndə aydın olur ki, digər millətlərin nümayəndələrinə qarşı həyata keçirilən şovinist, diskriminasiya və islamofob siyasətin başında Ukrayna xalqına qarşı qəddar siyasət yürüdən və miqrantların Rusiya tərəfindən döyüşməsinə ciddi cəhdlər göstərən Rusiya rəhbərliyi, bilavasitə prezident Putin durur. Bu mənada demək olar ki, bu gün ötən əsrin 90-cı illərindəki maskalanmış skinhedlərə də ehtiyac yoxdur. Şübhəsiz, bu, humanizmdən dəm vuran, amma etnik təmizləmə üçün zəmin yaradan Rusiya dövlətinin faciəsidir.

Təbii ki, Rusiya soydaşlarımıza qarşı törətdiyi bu əməlləri yenə də özünüməxsus şəkildə cavablandırmağa səylər göstərəcək. Elə hadisənin üstündən iki gün keçməsinə baxmayaraq Rusiya rəsmilərinin üzrxahlığını olmaması belə deməyə əsas verir. Amma Rusiya hüquq-mühafizə orqanlarının soydaşlarımıza qarşı qəddar davranışına heç bir halda haqq qazandırıla bilməz. Çünki bu beynəlxalq insan hüquqlarının açıq pozuntusudur. Digər tərəfdən, Rusiyada yaşayan soydaşlarımız heç vaxt destruktiv mövqedə olmayıb, yaşadıqları ölkənin qanunlarına, milli-mənəvi dəyərlərinə həmişə hörmətlə yanaşıblar. Bu mənada demək olar ki, Yekaterinburqda soydaşlarımıza qarşı edilənlər insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Ən əsası isə bu məsələdə Rusiya dövlətinin əlinin olmasıdır. Bu mənada Yekaterinburq olayını bəşəri cinayət də adlandırmaq olar.

Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini tələb edib. Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib. Azərbaycanlılara qarşı törədilən zorakılığa görə Rusiya Baş nazirinin müavini Aleksey Overçukun bu ay ölkəmizə nəzərdə tutulan səfərinin ləğvi də göstərir ki, Azərbaycan hökuməti yaranmış vəziyyətdə onun və ya digər rəsmi şəxsin səfərində heç bir əhəmiyyət görmür. Azərbaycan Mədəniyyət Nazirliyi isə Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə ölkəmizdə keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edib. Bir məlumatı da diqqətinizə çatdıraq ki, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə parlament nümayəndə heyəti Rusiyanın Moskva şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclasında iştirak etməyəcək.

Ümumiyyətlə, 20 Yanvar faciəsini törətmiş, Xocalı soyqırımında fəal iştirak etmiş, Azərbaycan torpaqlarının işğalında və 30 ilə yaxın işğal altında saxlanmasının arxasında dayanmış Rusiya son zamanlar ölkəmizə qarşı yersiz qəzəb və qərəzlərini gizlədə bilmir. Şübhəsiz, bu, Rusiyanın son illər Azərbaycanın uğurlarına qısqanc yanaşmasından xəbər verir. Bu Rusiya mediasında, bəzi rus ekspertlərinin, o cümlədən Vladimir Solovyovun müxtəlif platformalarda ikrah hissi ilə səsləndirdikləri fikirlərdə, Həştərxanda keçirilən tədbirə dəvət olunmuş millət vəkilimizin Rusya ərazisinə buraxılmamasında, Azərbaycanın informasiya resurslarına qarşı kiberhücumunda, həmçinin ötən il dekabrın 25-də AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı hələ də günahkarların cəzalandırılmamasında, müvafiq kompsesasiyaların ödənilməməsində açıq-aydın görünür. Bütün bunlar isə 2022-ci ilin 22 fevralında imzalanmış Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin konkret müddəalarına və əlaqələrin ruhuna tamamilə ziddir. Görünür, Qərbə bütün istiamətlərdə uduzan, Ukrayna bataqlığına düşərək buradan çıxa bilməyən Rusiya artıq başını itirib.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Nəm salfetlər təhlükəlidirmi?

Next

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv