AQTİ-də sahibkarların qəbulu keçiriləcək
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədri və onun müavinləri həftə içi hər gün institutun inzibati binasında sahibkarları qəbul edəcəklər.
Bu barədə AZƏRTAC-a AQTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri onları maraqlandıran məsələlərlə bağlı qəbula yazıla bilərlər. Qəbula öncədən yazılmaq mütləqdir.
Qəbulda iştirak etmək istəyən şəxslər “1003 – Çağrı Mərkəzi”, həmçinin (012) 377-00-20 və ya (012) 565-12-72 (daxili 562) nömrələri ilə əlaqə saxlaya bilərlər.