AAYDA-nın şöbə rəisindən Koroğlu körpüsündəki çatlarla bağlı AÇIQLAMA – VİDEO
“Qeyd edilən əraziyə mütəxəssislər tərəfindən baxış keçirilib. Məlum oldu ki, burada hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yarada biləcək qəza amili yoxdur”.
Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Süni Qurğuların İstismarı və Təmiri Şöbəsinin rəisi Asim Məmmədli deyib.
O bildirib ki, paylaşılan görüntülərdəki hissə aşırım qurğusunun konsol dayaq üzərində temperatur tikişlərinin yeridir ki, bu da konstruksiyalarda temperatur dəyişikliyinə, genişlənmə və sıxılma amillərinə şərait yaradır:
“Bununla da konstruksiyanın sərbəst işləməsinə zəmin yaradır. Hər hansı qəzalı vəziyyətdən söhbət gedə bilməz”.