Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Kişilər Turan qurur” deyənlər görür ki… – onlar ayaqda sağlam DURAN birlik qururlar

By Vüsal Rafiqoğlu
04.07.2025 3 Min Read

Regionda ciddi siyasi proseslər gedir: yeni-yeni bloklar, müttəfiqlik büsatları qurulur, dövlətlərarası münasibətlər ayırd edilir, gələcək inkişaf yolları müəyyən olunur və s.

Bütün bunların əsas məqsədi odur ki, nəhayət, Qafqaza, Ön və Orta Asiyaya sülh gəlsin, sabitlik yaransın, qonşu dövlətlər dinc, yanaşı, mehriban qonşuluq şəraitində yaşamağa, inkişaf etməyə başlasınlar.
Türk Dövlətləri Təşkilatının üzvü olan dövlətlərin məramı, son illərdə yeritdiyi siyasətin qayəsi budur.

Bu təşkilat yeni-yeni formalaşmağa başlayanda ağız büzənlər, birliyin perspektivinə şübhə ilə yanaşanlar, hətta “kişilər Turan qururlar” deyə lağ edənlər çox idi.

Bəziləri düşünürdü ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan liderləri bir-iki dəfə görüşüb, söhbət edib, dağılışacaqlar, “Turan” söhbəti də birdəfəlik unudulacaq.

Ancaq TDT ölkələri liderlərinin görüşləri intensivləşdikcə, bu ölkələrin müxtəlif şəhərlərində toplantıların təşkil edilməsi mütəmadi xarakter alınca, əndişələnənlər, əks-təbliğata, müəyyən pozuculuq işlərinə start verənlər oldu.

Belə pozuculuq işlərindən biri kimi TDT üzvü olan ölkələrə ayrı-ayrılıqda müxtəlif cür təzyiq göstərilməsi, bəzilərinin dilə tutulması, başqa birliklərə cəlb edilməsi təşəbbüslərini göstərmək olar.

Məsələn, elə bu günlərdə Avrasiya İqtisadi İttifaqının Minskdə keçirilən forumunda həm Rusiya prezidenti Vladimir Putin, həm də Belarus lideri Aleksandr Lukaşenko Özbəkistan prezidenti Şavkat Mirziyoyevi israrla Aİİ üzv olmağa dəvət edib, sözlü təzyiq göstəriblər. O da onları, yumşaq desək, yola verib.

Qırğızıstandan “rus dilinə xüsusi status verilməsi”, bu ölkələrdə yaşayan slavyan mənşəli insanların yerli dövlət dilini öyrənmək məcburiyyəti olmaması tələbləri davam edir.

Qazaxıstan “ölkənin şimal vilayətlərində yaşayan slavyan çoxluğun hüquqlar”ı amili ilə vaxtaşırı şantaj edilir.

Azərbaycanın məruz qaldığı təxribatları, təhdidləri bu yazıda sadalamaq artıqdır. Bunu oxucularımızın hamısı bilir.

Ancaq bütün maneələrə baxmayaraq, TDT ağır yüklü karvan kimi öz mənzil başına doğru aram və əmin addımlarla irəliləyir.

Bir sıra dairələrin “Turan xofu” bu üzdəndir. Əslində onlar da bilirlər ki, dünya üzərində dövlətlərin artdığı bir dönəmdə müstəqil türk dövlətləri öz suverenliklərindən imtina edərək, “Turan” və ya başqa adlı federativ dövlətdə birləşməyəcəklər. Onları narahat edən bu adda və tərkibdə hərbi-siyasi blokun yaranmasıdır.

Bu, böyük güc deməkdir. Təkcə Pakistan və Türkiyənin aparıcı dövlət olduğu hərbi blok özünü və üzv dövlətləri bütün təhlükələrdən qorumağa qadirdir.

Azərbaycanın, Özbəkistanın və Qazaxıstanın zəngin maddi sərvətlərini, iqtisadi inkişaf potensiallarını bunun üzərinə gələndə regionda yeni güc mərkəzinin qüdrəti həlledici olacaq.

Ən ümdəsi, TDT-yə daxil olan ölkələr qonşularına və ya başqa dövlətlərə təhlükə törətmir, heç kimi təhdid etmirlər. Qırğızıstan Tacikistanla arasındakı münaqişəyə son qoyub, Azərbaycan Ermənistanla problemini faktiki olaraq həll edib, sülh sazişi bağlamağa çalışır. Qazaxıstan və Özbəkistan öz qapı-pəncərələrini eyni zamanda həm Avropaya, həm də Asiyaya (xüsusilə də Çinə) açıb.

Ortalığı qarışdıran, silsilə zorakılıqlara, məkrli təxribatlara əl ataraq, regionu tərəkəmə nehrəsi kimi çalxalayanlar olmasa, bu dövlətlərin yolu və məramı aydındır: konsolidasiya, yardımlaşma, inkişaf, qüdrətlənmə.

TDT ölkələrinin liderlərinin Xankəndidəki görüşünün, toplantısının dünyaya verdiyi əsas mesaj da elə budur.

Ayrıca, İran prezidenti Məsud Pezeşkianın və Pakistanın baş naziri Şahbaz Şərifin son aylarda ikinci dəfə ölkəmizə gəlmələri, Xankəndiyə təşrif buyurmaları da indiki həssas dövrdə çox əhəmiyyətli və əlamətdardır.
Azərbaycan bütün qonşu dövlətlərlə sülh içində, mehribanlıq ortamında yaşamaq istəyir. Bu, bir gerçəkdir. Dövlətimizin siyasətinin sadə devizi belədir: hamıya yaxşı olsun, biz də içində.

Bu baxımdan vaxtilə “kişilər Turan qurur” deyə lağ edənlərin məyusluğu anlaşılandır. Çünki ortaya çıxdı ki, qurulan müttəfiqlik büsatının adı “Turan” olmasa da, ərsəyə gətirdikləri birlik ayaqda sağlam DURAN ittifaq olmağa doğru gedir.

Xalid KAZIMLI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Büdcənin icrası təsdiqləndi

Next

“Şou-biznesin “Diva”sı var, niyə də “Afrodita”sı olmasın?”

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv