Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

SOS: Qız uşaqlarının sayı kəskin azalıb – Bir rəqəmin arxasındakı gerçək

By Vüsal Rafiqoğlu
05.07.2025 4 Min Read

Sosioloq selektiv abortların geniş yayılmasını cəmiyyətin kişi mərkəzli təbiəti ilə əlaqələndirir

2025-ci ilin yanvar-iyun ayları ərzində 46 437 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunub və ödəniş edilib. Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Müavinət ödənişləri 21 765 nəfər qız, 24 672 nəfər oğlan uşağına görə aparılıb.

Rəqəmlərdən görünür ki, yeni doğulan qız uşaqlarının sayında kəskin azalma var. Sosioloqlar bildirir ki, cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması da aiddir.

Sosioloqlar isə düşünür ki, adətən qız uşaqlarına olan istəksizlik inkişaf etməmiş, partriarxal cəmiyyətlərdə özünü göstərir. Buna səbəb isə ailələrin qızları zəif hesab etməsidir. Belə ki, bu sayaq cəmiyyətlərdə qadınların hüquqları daha çox pozulur. Qız uşaqları qəbul edilmədiyi və tək uşaq istəyi səbəbindən tez-tez götürülür.

Azərbaycanda selektiv abort geniş yayılıb. Doğrudur, qanunvericilikdə cinsi mənsubiyyətinə görə ayrı-seçkilik yolverilməzdir. Bununla belə, Azərbaycan selektiv abortların ümumi mənzərəsinə görə dünyada liderdir. Bir çox ailələrdə qadınların reproduktiv sağlamlıq hüquqları qorunmur, ailə üzvlərinin istəyinə əsasən qadın hamiləliyi süni şəkildə dayandırmağa məcbur edilir. Bəzən də qadın yalnız qız uşaqları dünyaya gətirdiyi üçün tərk edilir.

Amma bəzi mütəxəssislərə görə, ölkəmizdə oğlan uşaqlarının sayının çox olmasının müsbət tərəfləri çoxdur. Birinci növbədə ordumuz üçün vacibdir. Həmçinin güc strukturlarında və müxtəlif ağır işlərdə kişilərin sayının çox olması şərtdir. Bu məsələnin mənfi tərəfi odur ki, bəzi analar öz övladlarını dünyaya gətirmədən tələf edirlər. Yəni selektiv abortla bağlı problemlər də var. Bu isə birbaşa mənəviyyat məsələsidir. Yəni valideyn öz övladının qətlinə razı olur. Bu baxımdan həmin valideynlərin özlərində də psixoloji dəyişikliklər olur və cəmiyyətə neqativ enerji ötürürlər. Ümumiləşdirsək, təbii yolla oğlan uşaqlarının sayının artımı müsbət haldır, azalması təhlükədir.

Boşanmalarda təşəbbüskar qadınlardır! - Sosioloq ÜSYAN ETDİ | Modern.az

Üzeyir Şəfiyev 

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb. Sosioloq selektiv abortların Azərbaycanda geniş yayılmasını cəmiyyətin kişi mərkəzli təbiəti ilə əlaqələndirib. O, bildirib ki, bu sahədə Azərbaycan dünyada lider ölkələrdən biridir: “Selektiv abort statistikasına görə biz dünya üzrə, hətta ən çox əhalisi olan Çin Xalq Respublikasını belə üstələyirik. Hətta Çin selektiv abortlara görə Azərbaycandan geri qalır.

Selektiv abortlar Azərbaycan cəmiyyəti üçün spesifikdir. Çünki Azərbaycan ənənəvi, kişi mərkəzli cəmiyyətdir. Burada patriarxal düşüncə mövcuddur və belə bir cəmiyyətdə oğlan uşaqlarına daha çox üstünlük verilir. Bu, qeyd etdiyim kimi, cəmiyyətimizin kişi mərkəzli təbiətindən irəli gəlir. Ona görə də selektiv abortlar, təəssüf ki, bu gün aktualdır”.

Sosioloq qeyd edib ki, oğlan uşaqlarına yönəlik bu üstünlük qədim zamanlardan bəri formalaşan arxetipik düşüncələrin nəticəsidir:

“Selektiv abort cəmiyyətimizdə arxetip yanaşmalarla bağlıdır. Yəni məlum olduğu kimi, cəmiyyətimizdə hər zaman oğlanlara ”düşmən çəpəri” kimi yanaşıblar. Bu, orta əsr düşüncəsindən irəli gəlir. Hətta orta əsr və daha əvvəlki dövrlərdə də bu var idi. Bizim “Dədə Qorqud” eposunda da buna rast gəlirik. Məsələn, qız uşağı olanları qara çadra, oğlan uşağı olanları isə ağ çadra göndərirdilər. Yəni zaman-zaman bu arxetip yanaşma nəsildən-nəslə ötürülərək yaşayıb.

Bu gün də görürük ki, statistikaya əsasən, əhali arasında 25-30 yaşa qədər oğlanlar üstünlük təşkil edir. Lakin 30-35 yaşdan sonra artıq qadınların sayı yavaş-yavaş artmağa başlayır. Eləcə də ahıllar arasında qadınlar üstünlük təşkil edir.

Ümumiyyətlə, məlum olduğu kimi, qızlar doğularkən daha güclü immunitetə malik olur, oğlan uşaqlarının isə həyatda qalma ehtimalı daha az olur. Müharibələr zamanı, nəqliyyat qəzalarında da daha çox kişilər həlak olur. Çünki nəqliyyatdan istifadə daha çox kişilərin payına düşür.

Eyni zamanda kişilər arasında ölümlə nəticələnən dava-dalaş halları da daha çox müşahidə olunur. Beləliklə də, 30 yaşdan sonra kişilər və qadınlar arasında say nisbəti qadınların xeyrinə dəyişir”.

Üzeyir Şəfiyev abortlarla bağlı qanunvericiliyə də toxunaraq bildirib ki, mövcud qanunlar daha çox qadın hüquqlarını mərkəzə alır:

“Abortların qadağan olunması ilə bağlı bəzi qanunlar var, amma bu qanunların özü də qadın mərkəzlidir. Məsələn, abortla bağlı qanunlara diqqət yetirdikdə, həm Nazirlər Kabinetinin qərarına, həm də digər normativ sənədlərə baxanda görürük ki, bu qanunlar daha çox qadınlar üçündür. Dölün abort edilməsi ilə bağlı yalnız ananın hüququ tanınır. 12 həftədən 22 həftəyə qədər yalnız sosial və tibbi əsaslarla aborta icazə verilir. Yəni görürük ki, bu məsələ ilə bağlı qanun və qadağalar uşaq mərkəzli deyil, qadın mərkəzlidir. Bu baxımdan hesab edirəm ki, selektiv abortlarla bağlı daha uşaq mərkəzli qərarlar verilməlidir.

Doğrudur, Nazirlər Kabinetinin qərarı var ki, uşağın doğulmasına qədər cinsiyyətinin müəyyən edilməsi ilə bağlı qadağa qoyulub. Ancaq hesab edirəm ki, bu qərarların icrası üzərində nəzarət mexanizmi gücləndirilməlidir”.

Sosioloq təklif edir ki, Cinayət Məcəlləsinə də bu istiqamətdə dəyişiklik edilə bilər:

“Bəlkə də abortlarla bağlı Cinayət Məcəlləsində dəyişiklik etmək olar ki, ana bətnində dölün bəlli bir müddətdən sonra öldürülməsi insan qəsdi kimi dəyərləndirilsin. Bu, daha çəkindirici ola bilər.

Daha bir məsələ: çox yaxşı olardı ki, maarifləndirmə işləri də genişləndirilsin. Doğrudur, bir sosioloq kimi deyə bilərəm ki, orta perspektivdə Azərbaycanda bu problem olmayacaq. Çünki ailə planlaşdırılmasında artıq çoxuşaqlı ailələrə üstünlük verilmir. Uzağı bir və ya iki uşaq planlaşdırılır. Birinci uşağın abort edilməsi ehtimalı çox aşağıdır. Çünki birinci uşağı abort etdirmək çox risklidir. İkinci və üçüncü uşaqlarda isə artıq selektiv abort ehtimalı artır. Hesab edirəm ki, bununla bağlı bir qədər qərar və qanunlarda da təkmilləşdirmə aparmaq mümkündür.

Elə qızlar var ki, oğlanlardan daha bacarıqlıdır, valideynə qarşı daha qayğıkeş və diqqətlidir. Hesab edirəm ki, bu fikir ətrafında maarifləndirmə işləri aparmaq lazımdır.

Beləliklə, hazırda qızların sayının az olmasını sosial siqnal kimi qarşılamıram. Çünki qeyd etdiyim kimi, qızların azlığı əsasən 30 yaşa qədər müşahidə olunur. 30 yaşdan sonra isə statistikada qızlar, yəni qadınlar üstünlük təşkil etməyə başlayır.”

Xalidə Gəray,
“Yeni Müsavat”

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rus turistlərin Azərbaycan seçimi – Bu yay şimaldan Bakıya…

Next

Şimal-Cənub Dəhlizi bağlansa… – ortaq layihələr təhlükədə?

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv