Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Zəngəzur dəhlizi Qafqazın “düyün nöqtəsi”nə çevrilir: Qlobal güclər bu regionu da yenidən dizayn etməyə çalışırlar

By Vüsal Rafiqoğlu
07.07.2025 4 Min Read

Rusiya və İran istisna olmaqla, Zəngəzur dəhlizi həm iki qütəni, həm də Cənubi Qafqazı təmsil edən bütün dövlətlərin marağındadır… Ona görə də, bu regiona nəzarət uğrunda mübarizənin yekun nəticələri həm də böyük ehtimalla Zəngəzur dəhlizinin gələcək taleyini təyin edəcək…

Cənubi Qafqaz ətrafında geopolitik qarşıdurma intensivləşməkdə davam edir. İndi bu region öz tarixinin ən qəliz dövründən keçir. Çünki dünya nəhəngləri Cənubi Qafqazın strateji əhəmiyyətinə yenidən baxmağa başlayıblar. Ona görə də, bu regiona nəzarət indi əsas qlobal aktorların geostrateji prioritetləri sırasına daxil edilmiş kimi görünür. Və bu, yalnız dünya nəhəngləri arasında qarşıdurmanın güclənməsi deyil, həm də Cənubi Qafqaz dövlətlərinə qarşı olduqca ciddi təhlükələr vəd edir.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqaz ənənəvi hegemon rolunu oynayan Rusiyanın təsir dairəsindən çıxmağa başlayıb. İndi Kreml bu regiona təsir mexanizmlərinin mütləq əksəriyyətini itirmək üzrədir. Üstəlik, Rusiyanın hələ də qoruyub, saxladığı təsir mexanizmləri də əvvəlki kimi effektiv xarakter daşımır. Və bütün bunlara baxmayaraq, Rusiya Cənubi Qafqaza nəzarət faktorlarını bərpa etməyə can atır.

Məsələ ondadır ki, Kreml Rusiyadan boşalan yerin ABŞ və Qərb tərəfindən doldurula biləcətindən ciddi şəkildə narahatdır. Xüsusilə də, Rusiyanın cənub sərhədlərində Qərb dövlətlərinə aid hərbi-siyasi alətlərin yerləşdirilmə ehtimalı Kremldə yaxın gələcək üçün real təhlükə qaynağı hesab olunur. Üstəlik, Cənubi Qafqazdan sonra ABŞ və Qərbin Xəzəryanı və Orta Asiya regionlarına da yerləşmə imkanları qazana biləcəyini nəzərə alır. Və bu səbəbdən də, Kreml həm Cənubi Qafqaza nəzarəti bərpa etməyə, həm də Qərbin Rusiya sərhədlərində yeni blokada vəziyyəti yaratma cəhdlərinin qarşısını elə bu regionda almağa çalışır.

zengezur-dehliz-karidor.jpeg (277 KB)

Ancaq hazırda Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərin Rusiyanın xeyrinə olduğunu iddia etmək olduqca çətindir. Xüsusilə də, geopolitik istiqamətlərlə yanaşı, geostrateji və geoiqtisadi proseslər də Rusiyanın maraqlarına zidd məzmun daşıyır. Ən əsasısa, Kreml bütün bu proseslərdən demək olar ki, kənarda qalıb. Yəni, Cənubi Qafqazın gələcək taleyini müəyyən edəcək önəml hadisələr indi Kremlin geopolitik iradəsindən kənar baş verməkdədir. Və bu baxımdan, Cənubi Qafqazın yenidən dizayn olunması prosesində Rusiyanın iştirak etmək şansının elə də cəlbedici olmadığı inkaredilməz reallıqdır.

Maraqlıdır ki, Cənubi Qafqazın yenidən dizayn olunmasını təmin edəcək faktorlar əsasən, iki önəmli proses üzərində indeksləşib. Birinci proses məhz Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması ilə birbaşa bağlıdır. Kreml bu prosesin birmənalı şəkildə Rusiyanın nəzarəti və vasitəçiliyi altında olmasında maraqlıdır. Çünki yalnız bu halda, Kreml vaxtilə özünün yaratdığı problemin həllini əngəlləyə, yaxud da heç olmasa, mümkün qədər uzada bilər. Və bu, Kreml üçün Cənubi Qafqaza real nəzarət mexanizminin Rusiyanın əlində qalması anlamı daşıyardı.

Halbuki, indi Rusiya regional sülh prosesindən kənarda qalıb. Ukraynada “savaş bataqlığı”na salınmış Rusiya Cənubi Qafqazda sülh prosesinə müdaxilə etmək şansını itirməklə də barışmalı olmuşdu. Belə ki, Ermənistan bütün vasitələrlə Rusiyanın vasitəçiliyi ilə sülh danışıqlarında iştirakdan yayınırdı. Rəsmi İrəvan Qərbin – ABŞ, Avropa Birliyi və Fransanın vasitəçiliyini ön plana çıxartmağa çalışırdı. ABŞ, Avropa Birliyi və Fransanın ermənipərəst mövqeyi isə Azərbaycanın maraqlarına qətiyyən cavab vermirdi. Və bu səbəbdən də, rəsmi Bakı Ermənistanla ikitərəfli, birbaşa təmaslarla danışıqlar modelinə üstünlük verdi.

zengezur-xezer-Снимок.JPG (49 KB)

Əslində, həmin mərhələdə rəsmi Bakının israr etdiyi bu model Rusiyanın da maraqlarına cavab verirdi. Çünki Kremldə hesab edirdilər ki, əgər, Ukrayna savaşında zəifləmiş Rusiya masada yoxdursa, ABŞ, Avropa Birliyi və Fransanın da kənarda qalması daha sərfəli variantdır. Ancaq Azərbaycan və Ermənistan yekun sülh sazişinin tam mətnini kənar vasitəçilərin pozucu müdaxiləsi olmadan ikitərəfli təmaslarla artıq razılaşdırıblar. Və bundan sonra Azərbaycanın iki prinsipial şərtinin də Ermənistan tərəfindən icra ediləcəyi təqdirdə, yalnız sülh sənədinin rəsmən imzalanması qalıb.

Belə anlaşılır ki, Kremlin bütün cəhdlərinə baxmayaraq, Rusiyanın yenidən Cənubi Qafqazın sülh masasına qayıtması mümkün olmayacaq. Deməli, Kreml üçün indi strateji hədəf olaraq, yalnız Zəngəzur dəhlizi qalıb. Bəzi məlumatlara görə, Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin məhz yekun sülh sazişinin imzalanmasından sonra açılması barədə qeyri-rəsmi anlaşma mövcuddur. Kremldə isə hesab edirlər ki, Rusiya Zəngəzur dəhlizindən də kənarda saxlanıla bilər. Və bu önəmli geoiqtisadi dəhlizə Qərb dövlətlərinin xüsusi maraq göstərməsi hazırda Rusiya siyasi dairələrində ciddi narahatlıq doğurub.

Məsələ ondadır ki, qeyri-rəsmi məlumatlara görə, ABŞ da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Eyni zamanda, Ağ Evin Azərbaycan və Ermənistana Zəngəzur dəhlizinin ABŞ şirkətinin nəzarəti altında açılmasını təklif etməsi barədə də hələlik rəsmən təsdiqlənməmiş iddialar mövcuddur. Əgər, bu həqiqətdirsə, Azərbaycan və Ermənistan da bu təklifə pozitiv reaksiya verərsə, onda Rusiyanın Zəngəzur dəhlizindən uzaq qalacağı qətiyyən şübhə doğurmur. Və bu, o deməkdir ki, Rusiyanın Cənubi Qafqazı tam nəzarət altında saxlamasına imkan verə biləcək daha bir önəmli mexanizm Kremlin əlindən çıxmaq üzrədir.

zengezur-dehliz-yeni-dizayn-Снимок.JPG (50 KB)

Maraqlıdır ki, son vaxtlar Rusiya da Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərən İrana qoşulub. Cənubi Qafqaza qonşu olan bu iki dövlət indi Zəngəzur dəhlizinin bloklanması üçün bütün imkanlarını səfərbər etmiş kimi görünür. Hətta bəzi iddialara görə, son vaxtlar Rusiyanın həm Azərbaycana, həm də Ermənistana paralel şəkildə təzyiq göstərməyə çalışmasının arxasında məhz Zəngəzur dəhlizi ilə bağlı məsələ dayanır. Və Kremlin hələlik bu məsələdə uğur qazana bildiyini iddia etmək isə demək olar ki, mümkün deyil.

Onu da qeyd etmək lazımdır ki, Rusiya və İranın müqavimətinə baxmayaraq, Zəngəzur dəhlizi indi ABŞ və Avropa Birliyinin, eləcə də, Çin və Asiya dövlətlərinin ciddi maraq dairəsindədir. Ona görə də, bu önəmli geoiqtisadi layihənin əvvəl-axır reallığa çevrilmə ehtimalı kifayət qədər yüksək görünür. Hətta Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana son səfəri zamanı Xankəndidən bəyan edib ki, Zəngəzur dəhlizinin açılması Orta Dəhliz üçün strateji addım olacaq. Türkiyə lideri vurğulayıb ki, dəyişən dünyanın fərqli şərtləri yeni addımların atılmasını zəruri edir və geoiqtisadi qazanc qaynaqlarının reallaşdırılması vacibdir.

Göründüyü kimi, müqavimət göstərən Rusiya və İran istisna olmaqla, Zəngəzur dəhlizi həm iki qütəni, həm də Cənubi Qafqazı təmsil edən dövlətlərin marağındadır. Ona görə də, hesab etmək olar ki, Cənubi Qafqaza yönəlik qlobal maraqlar əsasən Zəngəzur dəhlizi üzərində düyünlənib. Və bu regiona nəzarət uğrunda mübarizənin yekun nəticələri böyük ehtimalla Zəngəzur dəhlizinin də gələcək taleyini təyin edə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Pezeşkian ona qarşı sui-qəsddən danışdı: “İclas zamanı bombaladılar”

Next

Ordu quruculuğunda Heydər Əliyev fenomeni

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv