Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Kremlin korşalmış “sülh” doktrinası – Hədəf…

By Vüsal Rafiqoğlu
08.07.2025 3 Min Read

Rusiyanın bölgədə Bakı və İrəvan üçün sülh qarantoru olmaq şansı hələ qalırmı? – şərh

Bakı-Moskva və İrəvan-Moskva münasibətlərində özünü göstərən gərginlik, şübhəsiz, Rusiyanın bölgədə təsirinin və ona etimadın azalması ilə birbaşa bağlıdır. Bununla belə, müşahidə edilən həm də odur ki, Kreml Güney Qafqaza qayıdıb əvvəlki statusunu bərpa etmək, hansısa “vasitəçilik” planlarından əl çəkməyib.

Eyni zamanda xəbər yayılıb ki, Moskva Cənubi Qafqaz və Mərkəzi Asiyada rusdilli əhaliyə qarşı “təzyiqlərin artdığı” iddiası ilə bu ölkələrə qarşı sərt sanksiya paketi hazırlayır. Kreml bu ölkələrdə rus dilindən istifadənin məhdudlaşdırılması ilə bağlı qanunların qəbulunu “dil hüquqlarının pozulması” kimi qiymətləndirir. Moskva tərəfindən müzakirəyə çıxarılan əsas tədbirlər bunlardır:

– vizaların tətbiqi;

– pul köçürmələrinə məhdudiyyətlər (bu, əsasən Rusiyada işləyən miqrantlara ciddi təsir göstərəcək);

– əmək kvotaları;

– rus şirkətlərinin iştirakı ilə həyata keçirilən logistika və infrastruktur layihələrinin dayandırılması.

Sanksiyaların əsas hədəfində Tacikistan, Özbəkistan, Qırğızıstan və Cənubi Qafqaz ölkələri dayanır.

Bundan əlavə, Rusiya sərhədyanı bölgələrdə hərbi təlimlər və “ruslara təhlükə yaranacağı təqdirdə humanitar müdaxilə” də daxil olmaqla, güc tətbiqi ssenarilərini də istisna etmir.

Bu arada rəsmi Moskva yenə də özünün iştirakı olmadan gedən sülh prosesini dolayısıyla təhdid edib. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iddia edib ki, ABŞ və Aİ-nin Rusiyanı Ermənistan-Azərbaycan normallaşma prosesindən kənarlaşdırmaq istəyi regionda təhlükəsizlik təhdidlərini artırır.

“Biz hesab edirik ki, sülh prosesini regional paradiqmada, dostlar dairəsində, yəni Cənubi Qafqaz ölkələri və qonşu tərəfdaş dövlətlər çərçivəsində, kənardan destruktiv müdaxilə istisna olmaqla, aparmaq vacibdir”, – Rusiya XİN rəhbəri vurğulayıb.

Lavrovun sözlərinə görə, Moskva 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları əsasında Bakı və İrəvan arasında danışıqların uğurla başa çatması üçün hər iki tərəfin məqbul sayacağı formada və həcmdə tərəfdaşlıq yardımı göstərməyə hazırdır.

Sual yaranır: Rusiyanın bölgədə sülh qarantoru olmaq şansı hələ qalırmı? Moskva 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli sənədlərdən niyə möhkəm yapışıb? Ən əsası, doğrudanmı Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəyir? Bəs o halda Bakı və İrəvana sonuncu təzyiq rıçaqının əldən çıxması necə olsun?

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə 

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqeyi zəifləyir: “Çünki Kreml regiona tərəfdaş kimi deyil, vassal kimi baxır. Bu münasibət isə bütün bölgə xalqlarını və dövlətlərini narazı saldırıb bezdirir. Rusiya isə yenə ənənəvi üsullarla davranır. Həmçinin regionda öz mövqeyini gücləndirmək üçün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması deyil, prosesi idarə edəcək müstəvidə davam etdirməkdə maraqlıdır. Ona görə də 2020-2022-ci il razılaşmalarına dayanır. Rusiya Zəngəzur dəhlizinə nəzarət və regional kommunikasiyaların açılması üzrə işçi qrupunda yer almaqla öz nəzarətində almağa çalışır. Hazırda Ermənistanda anti-Rusiya siyasəti davam edir. Paşinyan Rusiyanın bütün vasitəçiliyindən imtina edir. Zəngəzur dəhlizinə Rusiyanın nəzarətinə qarşı çıxır. Qərb isə Cənubi Qafqazda aktiv şəkildə öz mövqeyini gücləndirməyə çalışır. ABŞ-ın Zəngəzur dəhlizinə bir özəl şirkətlə nəzarət etmək planı da Rusiyanı narahat edir. Rusiya məhz Qərbin artan rolunu özünün geosiyasi maraqlarına təhdid kimi qiymətləndirir. Rusiyanın 2020-2023-cü illərdə vasitəçiliyi heç bir nəticə vermədi. Sadəcə, Rusiya manipulyasiya edərək, çalışırdı ki, Azərbaycan və Ermənistanı birbaşa Moskvaya tabe etdirsin. Rusiyanın bütün hərəkətləri konkret olaraq Qərbi regiona buraxmamaqdan ibarətdir. Hazırda Rusiya yenidən aktivləşir. Ermənistanda Gümrü bazasını möhkəmləndirmək istiqamətində addımlar atır. Bununla regionda Azərbaycanı və Ermənistanı təhdid edir. Qarabağ kartı əldən çıxsa da Rusiya Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif edir. Azərbaycan və Ermənistan bundan imtina edir. Çünki bilirlər ki, vasitəçilik sülh müqaviləsinin imzalanmasına deyil, imzalanmamasına xidmət edəcək”.

Politoloqun fikrincə, Rusiya görür ki, Zəngəzur dəhlizinə nəzarət şanslarınıi itirir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə irəliləyişlər var. Ona görə də necə olur-olsun vsaitəçilik məsələsində israr edir: “Məqsəd isə prosesin irəliləməsinin qarşısını kəsməkdər. Hətta Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsinin mzalanması baş versə belə, bu hadisə regionun Moskvanın tam nəzarətinə keçməsi deməkdir. Təbii ki, Rusiya çalışır ki, hər iki ölkəyə təzyiqlər etsin. Bu təzyiqlər davam edəcək. Təzyiqlər Ermənistana bir formada, Azərbaycana isə başqa bir formada ediləcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rusiyanı “ürəyindən vuracaq” sanksiyalar – Azərbaycana yan təsirləri

Next

ANAMA işə qəbul elan edir

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv