Əbu-Dabidə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü BAŞLADIFOTOVİDEO
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş start götürüb.
ARANTV.AZ xəbər verir ki, tərəflər sülh müqaviləsinin yekun variantını müzakirə edirlər.
Görüşün keçirildiyi zalda RealTV-nin xüsusi müxbiri Vəfa Ağabalayeva da var. O, danışıqlar prosesinin startından ilk videoları yayımlayıb. Musavat.com həmin görüntüləri təqdim edir.
Xatırladaq ki, ABŞ bu görüşə birbaşa dəstək verir. Ekspertlər bildirirlər ki, yaxın həftələrdə yekun sülh sənədinin imzalanması ehtimalı ciddi şəkildə artıb.


