Cəmiyyət 

Azərbaycan məktəblərində rus bölmələri bağlanır? – Rəsmi cavab

Bu gün Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması gündəmdə deyil.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazir etiraf edib ki, bu gün ölkədəki məktəblərdə rus dili fəni üzrə müəllim çatışmazlığı var:

“Şagirdin hansı bölmədə oxumasından asılı olmayaraq ana dilini yaxşı bilməsi öncəliyimizdir. Çünki şagird dövlət büdcəsi hesabına təhsil alırsa, ondan Azərbaycan dili biliyini tələb etmək haqqımız da var”.//Report

Daha çox xəbərlər