Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Əbu-Dabidə 5 saatlıq tarixi görüş

By Vüsal Rafiqoğlu
11.07.2025 5 Min Read

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən danışıqlarda mühüm anlaşmalar əldə olundu; sülh müqaviləsinin imzalanması istiqamətində daha bir mərhələ qət edildi; liderlərin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə apardığı danışıqların detalları

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Sülh razılaşmasının əldə olunması istiqamətində reallaşan bu tarixi görüş  5 saat çəkib və ilkin məlumatlar kifayət qədər ümidvericidir.

Görüşdə Azərbaycan tərəfdən Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, baş nazirin müavini Mqer Qriqoryan və parlament sədrinin müavini Ruben Rubinyan iştirak ediblər.

“Report”un Əbu-Dabiyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə əsasən, Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb. Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib.

Əldə olunan önəmli razılaşmalardan biri budur ki, Azərbaycan və Ermənistan arasında delimitasiya istiqamətində  işlər davam etdiriləcək. Qeyd edilib ki, sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.

“Caliber”in əldə etdiyi məlumata görə, fikir və təklif mübadiləsi nəticəsində həm maraqların üst-üstə düşdüyü məqamlar, həm də hələ də mövcud olan fikir ayrılıqları müəyyənləşib. Nəticədə texniki səviyyədə – ixtisaslaşmış işçi qruplar vasitəsilə, eləcə də yüksək siyasi səviyyədə təmasların davam etdirilməsi barədə ümumi razılıq əldə olunub. Bu isə danışıqlar prosesində yeni mərhələyə keçidin baş verdiyini göstərir.

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan regional kommunikasiyaların blokdan çıxarılması funksiyalarının beynəlxalq təşkilatlara verilməsi variantına münasibət bildirib. Nazir müavini “AzadlıqRadiosu”nun erməni xidmətinə bildirib ki, bu variant Ermənistanın bəyan etdiyi prinsiplərə tam uyğun gələrsə, həyata keçirilə bilər. Safaryan yola nəzarəti başqa təşkilatın həyata keçirə bilməsi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, burada “nəzarət” sözü yanlış ifadədir. “Bir daha təkrar edirəm: bu proses Ermənistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Əgər bu prinsiplərə uyğundursa, bəli, həyata keçirilə bilər. Bu müzakirə mövzusudur, qarşılıqlılıq təmin edilməlidir”, – deyə Mnatsakan Safaryan qeyd edib.

Qeyd edək ki, bundan öncə Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyinə dair iddialar yayılmışdı.

Paşinyana yaxın erməni mediası xəbər verir ki, Əbu-Dabidə keçirilən Azərbaycan-Ermənistan danışıqları müsbət və hətta uğurlu qiymətləndirilir. Erməni mediasına görə, görüş zamanı məhsuldar müzakirələr aparılıb, gündəlikdəki bütün məsələlər ətraflı şəkildə nəzərdən keçirilib. Tərəflər mövqelərini xeyli dərəcədə yaxınlaşdırmağa nail olublar.

Azərbaycan və Ermənistan XİN görüşdən sonra bəyanat yayıb. Hər iki bəyanatda bildirilib  ki, görüş zamanı dövlətlərarası münasibətlərin normallaşdırılması üçün gündəliyin müxtəlif aspektləri müzakirə olunub. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin müzakirəsi üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi qərara alınıb.

Bəyanatlarda deyilir ki,  sərhədin delimitasiyası prosesində irəliləyişlərin olduğunu qeyd edən ölkə rəhbərləri bu istiqamətdə əməli işlərin davam etdirilməsi ilə bağlı müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər: “Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqların və etimadın möhkəmləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə razılığa gəliblər”.

Əbu-Dabi görüşünə beynəlxalq reaksiyalar da var.

“Avropa İttifaqı bu gün hər iki tərəfin elan etdiyi kimi, iyulun 10-da Əbu-Dabidə Ermənistan və Azərbaycan liderləri arasında keçirilən görüşü alqışlayır”. Bu fikirləri bizim.media-ya açıqlamasında Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Anitta Hipper deyib.

Azərbaycan və Ermənistan bu məsələdə razılığa gəldi

Hipper normallaşma prosesində atılan bütün addımların Aİ tərəfindən dəstəkləndiyini bildirib. “Avropa İttifaqı iki ölkə arasında normallaşma prosesini güclü şəkildə dəstəkləyir. Daha əvvəl qeyd edildiyi kimi, biz 2025-ci ilin martında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə danışıqların yekunlaşdırılmasını alqışladıq. Bu, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm addımdır”, – deyə A.Hipper əlavə edib.

“Rusiya Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanması üçün təmasları alqışlayır”. Bunu isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Peskovun sözlərinə görə, Moskva dialoq faktını təqdir edir: “Biz, əlbəttə ki, belə bir birbaşa dialoq faktını alqışlayırıq və müxtəlif səviyyələrdə dəfələrlə demişik ki, sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını alqışlayacağıq. Məhz belə bir sazişin imzalanması regionda proqnozlaşdırıla bilən, sabitlik və sülh əlavə edəcək çox mühüm amilə çevriləcək. Biz bu prosesi tam dəstəkləyirik”.

Qeyd edək ki, görüşdən öncə ABŞ dövlət katibi və Dövlət Departamentindən də dəstək açıqlamaları gəlib.

Arzu Nağıyev: “Minimum əməkhaqqının artırılması vətəndaşların sosial  rifahını yaxşılaşdıracaq”

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik, korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, danışıqlar prosesində əsas məqam vasitəçi olmadan ikitərəfli formatın davam etdirilməsi barədə razılaşmadır: “Hazırda bir çox ölkələr bu danışıqlarda vasitəçilik rolunda çıxış etmək uğrunda çalışırlar. Eyni zamanda sərhədlərin delimitasiya və demarkasiya məsələsi də davam etdiriləcək. Təbii ki, Azərbaycan üçün əsas maraq doğuran məsələ sülh müqaviləsinin imzalanması və regionda davamlı sülhün bərqərar olmasıdır. Azərbaycan tərəfi bu istiqamətdə bir sıra məsələləri gündəmə gətirib və konkret tələblər irəli sürüb. Bu gün baş tutacaq görüşdə də yalnız deklarativ bəyanatlarla kifayətlənmədilər, artıq imzalanması mümkün olan müqavilənin detalları və onların reallaşdırılması məsələləri əsas müzakirə mövzusu oldu. Hazırda Ermənistan Konstitusiyasında ediləcək dəyişikliklər, eyni zamanda Avropa İttifaqının müşahidəçilərinin sərhəddə apardığı fəaliyyətin dayandırılması və ATƏT-in Minsk Qrupunun ləğv olunması məsələləri əsas prioritetlər sırasındadır. Bu üç məsələyə Ermənistan aydınlıq gətirməlidir və bu proseslər öz həllini tapmalıdır”. A.Nağıyev qeyd etdi ki, bundan əlavə, əsas problemlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır: “Həmçinin dəhlizin açılması ilə bağlı Rusiya, İran və digər dövlətlərin mövqeləri də hələ tam aydın deyil. Azərbaycanın isə mövqeyi birmənalıdır: Zəngəzur dəhlizi açılmalıdır! Son zamanlar ABŞ-ın bu dəhlizə nəzarət edə biləcəyi ilə bağlı bəyanatlar səslənib. Bu kimi məsələlərə də aydınlıq gətirilməlidir. Eyni zamanda Ermənistan Konstitusiyasında ediləcək dəyişikliklərin necə həyata keçiriləcəyi, Ermənistan vətəndaşlarının və seçicilərinin bu proseslərə münasibəti, Türkiyənin və digər regional və beynəlxalq aktorların bu məsələlərdə rolu, Orta Dəhlizin region və beynəlxalq səviyyədə doğura biləcəyi müsbət nəticələr də müzakirə mövzusu oldu. Hesab edirəm ki, iki lider arasında son vaxtlar yaranmış gərginliklərə də bu görüş zamanı aydınlıq gətirmək imkanı yaranıb”.

Beləliklə, Ermənistanın da artıq etiraf etdiyi kimi, Azərbaycanın israrı nəticəsində ikitərəfli formatda reallaşan Əbu-Dabi görüşü sülh müqaviləsinin razılaşdırılması istiqamətində çox mühüm mərhələ oldu. Rəsmi Bakının ötən ildən başlayaraq həm sərhədlərin delimitasiyası və demarkasiyası, həm də işğal altındakı kəndlərimizin 4-ünün azad olunması ilə nəticələnən vasitəçilərsiz danışıqlar formatı hər iki tərəfi qane edir və sülh imkanlarını artırır. Bu mənada BƏƏ danışıqları sülhün əldə olunması baxımından çox mühüm dönüşə səbəb olacaq, əgər təxribatçı qüvvələr yenidən dövriyyəyə girib, Ermənistanı qeyri-konstruktiv mövqeyə sürükləməsələr…

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Dini təqvimdə narazılıq yaradan fərqlilik

Next

Nazir imtahandan kəsilən müəllimlərdən DANIŞDI

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv