Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Tarixi Zəfərimizin formalaşdırdığı yeni şüur

By Vüsal Rafiqoğlu
17.07.2025 3 Min Read

Rövşən Məhərrəmov: “Məktəblərdə silahdan istifadənin öyrədilməsi faydalı olardı”

Son illər Azərbaycanda vətənpərvərlik ruhunun nəzərəçarpacaq dərəcədə yüksəldiyi müşahidə olunur. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra bu hiss daha da güclənib, cəmiyyətin bütün təbəqələrində özünü göstərib. Qazanılan tarixi Qələbə xalqımızın milli birliyini və dövlətinə olan inamını daha da artırıb.

Vətənpərvərlik hissi insanın doğma yurduna, xalqına, mədəniyyətinə, tarix və dəyərlərinə bağlılığını əks etdirən ən ali mənəvi dəyərlərdən biridir. Bu dəyərin formalaşması və möhkəmləndirilməsi təkcə müharibə və ya fövqəladə vəziyyətlərlə məhdudlaşmamalıdır. Sülh dövründə də vətənpərvərliyin inkişafı üçün davamlı tədbirlər görülməli, xüsusilə də təhsil, mədəniyyət və informasiya sahələrində bu istiqamətdə ardıcıl fəaliyyətlər həyata keçirilməlidir.

Təhsil müəssisələrinin bu prosesdə rolu əvəzsizdir. Məktəblərdə və universitetlərdə vətənə sevgi, dövlətçilik ənənələri və milli kimlik kimi mövzuların sistemli şəkildə şagird və tələbələrə aşılanması, gələcək nəsillərin milli ruhda formalaşmasına şərait yaradır. Dərs proqramlarında tarixi qələbələrin, qəhrəmanlıq nümunələrinin, xalqımızın mübarizə və dirəniş tarixinin xüsusi yer tutması bu baxımdan vacibdir.

Bundan əlavə, vətənpərvərlik tərbiyəsi, sadəcə, nəzəri deyil, eyni zamanda praktik fəaliyyətlərlə də dəstəklənməlidir. Gənclərin hərbi-idman yarışlarına cəlb edilməsi, təlimlərdə iştirak etməsi, muzeylərə və tarixi abidələrə ekskursiyalar vasitəsilə tarixlə tanış olması onların bu hissi daha dərindən dərk etməsinə imkan yaradır. Bu cür tədbirlər vətənə bağlılığı gücləndirir və gələcəkdə onları daha şüurlu vətəndaşlara çevirir.

Vətənpərvərlik dəyərləri bir günün və ya bir hadisənin nəticəsi kimi formalaşmır. Bu, uzunmüddətli və davamlı təbliğatın, ailə tərbiyəsinin, təhsil sisteminin və dövlət siyasətinin vəhdətindən doğan mənəvi haldır. Azərbaycanın gələcəyi üçün milli mənlik şüuruna malik, vətəninə sadiq gənclərin yetişdirilməsi strateji prioritet olmalıdır.

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Rövşən Məhərrəmov

Azərbaycan Hərbi Polisinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat” a açıqlamasında bildirdi ki, son illərdə Azərbaycanda vətənpərvərlik ruhu xeyli yüksəlib. Polkovnik təbliğatın önəmindən danışarkən vurğuladı ki, söhbət təkcə gənclərdən getmir, cəmiyyətin bütün yaş kateqoriyalarından olan şəxslərdən gedir:

“44 günlük Vətən müharibəsindən sonra, yəni torpaqlarımız 30 illik işğaldan azad edildikdən sonra gənclərdə ruh yüksəkliyi daha da artdı. Müzəffər ordumuz günü-gündən güclənir. Hesab edirəm ki, vətənpərvərliyin geniş şəkildə təbliği ilk növbədə təhsil sahəsindən başlamalıdır. Məktəblərdə bu istiqamətdə dərs saatlarının artırılmasına ehtiyac var. Gənclər gələcəyin əsgərləri, hərbçiləridir. Müharibə görmüş, ehtiyatda olan çox sayda zabitlər olsa da, məktəblərdə həmin zabitlərin bilik və savadından istifadə olunmur. Onların məktəblərdə müəllim kimi qəbul edilməsində müəyyən çətinliklər var.

Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi bu məsələyə diqqət yetirməlidir, müharibə iştirakçısı olan ehtiyatda olan zabitlərimizi, o cümlədən ali təhsili olan zabitləri məktəblərə cəlb etmək lazımdır. Bundan başqa, məktəblərdə dərnəklər yaratmaq olar. Şəhidlərimizin qəhrəmanlıqları müxtəlif vasitələrlə təbliğ edilməlidir. Nəzərə almaq lazımdır ki, hərbi xidmət keçəcək gənclər fərqli ailələrdə böyüyürlər. Düşüncəsi, dünyagörüşü fərqli olan gənclər birgə xidmətdə vəzifə borcları yerinə yetirirlər”.

Polkovnik ümumtəhsil məktəblərində hərbi-idman oyunlarının keçirilməsinə də diqqət çəkdi: “Əvvəllər məktəblilər arasında məktəb, rayon, respublika birinciliyi uğrunda hərbi-idman yarışları keçirilərdi. Təəssüf ki, bu gün bu istiqamətdə də fəaliyyət çox zəifdir, iş səthi aparılır. Fikrimcə, məktəblərdə silahdan istifadənin öyrədilməsi faydalı olardı. Bundan əlavə, məktəblilər hərbi muzeylərə, Hərbi Qənimətlər Parkına aparılmalı, nümayiş olunan texnika və silahlar barədə məlumat verilməlidir. 44 günlük Vətən müharibəsində iştirak etmiş, ehtiyata buraxılmış zabitlərin dəvət olunması da məqsədəuyğun olar.

Onu da qeyd etmək lazımdır ki, tədbirlər sistemli şəkildə həyata keçirilməlidir. KİV və s. vasitəsilə nə qədər təbliğat olsa da, praktiki təcrübə gələcək üçün daha faydalıdır. Ümumtəhsil məktəblərində hərbi sahə ilə əlaqədar mühüm ilkin bilgiləri praktiki cəhətdən izah edəcək şəxslərin təcrübəsindən yararlanmaq lazımdır. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə televiziyalarda vətənpərvərlik ruhunda çox sayda film, veriliş nümayiş olundu, amma son zamanlar sanki təbliğat bir qədər zəifləyib. 3 min şəhidimiz, 11 minə yaxın qazimiz var. Biz qələbəni unutmamalı, gələcək nəsillərə qələbənin necə əldə  olunduğunu çatdırmalıyıq”.

Yazını hazırladı: Nigar HƏSƏNLİ

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Pis günlər geridə qaldı: İyulun ikinci yarısında ən şanslı olacaq 5 BÜRC – siyahıdasınız?

Next

Tələbələrdən tutulan pullar: hər ay 100 min manat hara gedir?

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv