Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Hörümçək toru”nda çapalayan Rusiya – Acığını niyə Azərbaycandan çıxır?

By Vüsal Rafiqoğlu
20.07.2025 3 Min Read

Gözlənilən idi. Azərbaycan liderinin dünən Xankəndidəki çıxışı ən çox Rusiyaya, onun şovinist çevrələrinə yer edib. Bu da şübhə yox ki, böyük ölçüdə Prezidentin ukraynalı jurnalist Dmitri Qordonun sualına verdiyi cavab və AZAL təyyarəsi ilə bağlı sərgilədiyi prinsipial mövqe ilə birbaşa bağlıdır.

Hərgah İlham Əliyev qeyr-adi heç nə söyləməyib. Sadəcə, erməni təcavüzündən əziyyət çəkmiş ölkə kimi, beynəlxalq hüquqa, onun təməl dəyəri olan ərazi bütövlüyünə sayğılı dövlət kimi Azərbaycanın işğalçılara ənənəvi və dəyişməz yanaşmasını təkrarlayıb, üstəgəl, təyyarəmizi vuran Rusiyanı özünü qonşuya yaraşmayan tərzdə, dikbaş aparmaqda qınayıb. Ardınca ədalətin zəfər çalması üçün Beynəlxalq Məhkəməyə müraciət ediləcəyini bildirib.

Və… o tərəfdə dərhal isteriyanın növbəti dalğası başlayıb. Çıxış bitər-bitməz, Rusiyanın təbliğat maşını ölkəmizi hədəfə alan yeni dezinformasiya buraxıb. Azərbaycan diasporu Ukrayna kəşfiyyatının hərbi-sabotaj əməliyyatlarına cəlb olunmaqda ittiham edilib. Rusiyanın ultra-millətçi, Kremlin nəzarətindəki “Tsargrad TV” kanalı vasitəsilə yayımlanan süjetlərdə iddia edilir ki, Ukraynanın “Pautina” (“Hörümçək toru”) adlı məlum əməliyyatı (Rusiya ərazisindəki strateji bombardmançı təyyarə bazalarına qarşı həyata keçirilmiş diversiya) guya Azərbaycan diasporunun köməyi və maliyyə dəstəyi ilə reallaşıb. Keşkə, daha maraqlı bir nağıl uydursaydılar…

Hələ harasıdır, dünəndən Kremlə yaxın bəzi ekspert dairələrində “Azərbaycana qarşı ən sərt və barışmaz mübarizəyə” hazırlaşmaq çağırışları səslənməyə başlayıb. Onların fikrincə, Bakıya münasibətdə “diplomatik və iqtisadi tədbirlərin bütün spektrindən” istifadə olunmalı, “kifayət etməzsə, hərbi müdaxiləyə belə gedilməlidir”.

Yəni özünə qarşı Qafqazda “ikinci cəbhə” açmaq kimi axmaq və avantürist çağırışlar. Gör hələ üzdəniraq zatulinlər, mironovlar önümüzdəki günlərdə “Azərbaycanı susdurmaq” üçün necə yaxa cıracaq, nələr təklif edəcəklər…

Burda deyiblər, “həm suçlu, həm güclü”. Fəqət, haqlı olmaq üçün güclü olmaq yetərli deyil. Axı Rusiyanın indiki durumuna, faktiki müttəfiqsiz qalmasına və 4 ildir “Hörümçək toru”nda çapalamasına görə günahkar kimdir?

Əlbəttə ki, onun özü. Rusiya rəhbərliyinin qonşu və postsovet ölkələrinə hələ də yuxarıdan-aşağı, “velikorus” xisləti ilə baxması, onları “ikinci sort” dövlət sayması. Rusiya bu oyunu özü başlayıb. Öz ayağına güllə sıxan, Bakı ilə imzaladığı Moskva Bəyannaməsini (22.02.2022) kağız parçasına çevirən də yenə odur – Rusiya!

Konkret olaraq, Azərbaycanın 2022-ci ilin 24 fevralından bu yana şimal qonşumuza nə pisliyi dəyib ki? Bütün yaramazlıqların, neqativ olayların baiskarı, ssenari müəllifi da məlum – Moskva, Kreml. Ötən ilin dekabrında AZAL təyyarəsinin vurulmasına görə Rusiya özünü əgər adekvat qonşu, Moskva Bəyannaməsinə sadiq tərəf kimi aparsaydı, vəziyyət bu həddə çatmaz, Rusiya daha bir sadiq və qiymətli dost-tərəfdaşını itirməzdi…

Hərgah beynində sağlam “boz maddə” gəzdirən ruslar yaxşı bilir ki, Azərbaycanla qarşıdurmada qalib Rusiya olmayacaq. Misal üçün, Rusiyanın “Nezıqar” Teleqram kanalı bu xüsusda diplomatik mənbəyə istinadla məlumat yayıb ki, iki ölkə arasında hərbi toqquşma ehtimalı sıfra bərabərdir (Axar.az). Səbəb isə belə izah edilir: “Rusiya Qafqazda hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər resursu yoxdur. Hərbi güc balansı Rusiyanın xeyrinə deyil. Azərbaycanın NATO üzvü Türkiyə ilə hərbi yardım müqaviləsi var. Belarus və Qazaxıstan rəhbərliyinin Bakıya dəstəyi KTMT ölkələrinin iştirakını tamamilə istisna edir”.

Mənbə daha sonra qeyd edir ki, Rusiyanın son illər Cənubi Qafqazda mövqeləri zəifləyib, 2025-də proses bir az da sürətlənib: “Türkiyə və ABŞ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlamaq təşəbbüsünü ələ keçirib, İranın regionda təsiri kəskin şəkildə azalıb, Türkiyə “Qazprom”u regiondan sıxışdıracaq multiqaz qovşağı qurur. Türkiyə Abxaziyaya marağını artırır. Rusiya Cənubi Qafqazdan sıxışdırılır ki, bu da daxili gündəmə təsir edəcək”.

Belə. Bəlkə də hələ gec deyil. Putin Rusiyasının “Hörümçək toru”ndan qurtulması, ziyanın yarısından qayıtması da mümkünsüz sayılmaz. Ancaq buna Kreml sahibinin siyasi iradəsi çatacaqmı, müdriklik, siyasi uzaqgörənlik bəs edəcəkmi? Ən əsası, Rusiya, nəhayət, qonşulara qarşı yırtıcı münasibətdən, hədə-şantajlardan əl çəkib onlarla hörmətli davranmağa başlayacaqmı?

Görəcəyik. Amma biz möcüzəyə inanmırıq…

Z.SƏFƏROĞLU

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ağdamda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib – VİDEO

Next

Azərbaycanda müəllimləri SEVİNDİRƏCƏK XƏBƏR – VİDEO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv