Şabranda avtomobil divara çırpılıb, ölən və xəsarət alanlar var
Şabranda avtomobil divara çırpılıb.
“Report” xəbər verir ki, 2001-ci il təvəllüdlü Süleymanov Ramazan Kamran oğlu idarə etdiyi qara rəngli, “Daewoo Gentra” markalı, 01 CH 178 dövlət qeydiyyat nişanlı avtomobil ilə Şabran şəhəri Heydər Əliyev prospektində yerləşən Tofiq Abbasov adına tam orta məktəbin yaxınlığında yerləşən yaşayış evinin darvazasına çırpılıb.
Hadisə nəticəsində sürücü Ramazan Süleymanov ölüb, avtomobildə olan iki nəfər sərnişin – 2005-ci il təvəllüdlü Əhmədov Kamal Orucəli oğlu və 2001-ci il təvəllüdlü Kərimov Ümid Dadaş oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.