Hadisə 

Talassemiyalı uşaq çimərlikdə günvurmadan öldü – FACİƏ

Sumqayıtda yeniyetmə çimərlikdə ölüb.

Məlumata görə, hadisə şəhər ərazisindəki çimərliklərdən birində baş verib.

14 yaşlı Abşeron rayon sakini Azər Tarverdi oğlu Məcidov halı pisləşdiyi üçün xəstəxanaya aparılıb. Lakin görülən tədbirlərə baxmayaraq, orada ölüb.

Məlumata görə, mərhum yeniyetmə talassemiya xəstəsi olub. Onun çimərlikdə günvurmadan öldüyü qeyd olunur.

Araşdırma aparılır.//Lent.az

Daha çox xəbərlər