Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Naxçıvan ikiqat rəhlükəsizlik ZƏMANƏTİ ALIR – Türkiyənin o qərarı…

By Vüsal Rafiqoğlu
25.07.2025 3 Min Read

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsinin Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqə yaradacaq strateji dəmir yolu layihəsi üçün 2,4 milyard avro məbləğində xarici maliyyə cəlb etdiyini açıqlayıb.

Nazirin sözlərinə görə, bu maliyyə Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin inşasını da əhatə edir. Layihənin reallaşması ilə Şərqi Anadolu bölgəsi birbaşa Asiya ilə dəmir yolu vasitəsilə bağlanacaq və bu xətt eyni zamanda Türkiyə ilə Naxçıvanı birləşdirəcək.

Qeyd olunur ki, bu dəmir yolu xətti Zəngəzur dəhlizi ilə paralel və ya tamamlayıcı rol oynayacaq, Azərbaycanın qərb rayonları ilə Türkiyə arasında alternativ quru və dəmir yolu bağlantısı yaradacaq. Layihə həm logistika, həm də geosiyasi inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında Zəngəzur dəhlizinin açılmasının ticarəti canlandıracağını və bu məsələnin konsensus yolu ilə həll edilə biləcəyini bildirib. O qeyd edib ki, Zəngəzur dəhlizi, təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, bölgədəki digər ölkələrə də fayda verəcək: “Biz bu yola geoiqtisadi ölçülərinə görə həlledici məsələ kimi baxırıq. Bu dəhliz bölgəmizin regiondan kənarındakı əraziləri də birləşdirəcək və ticarəti canlandıracaq. Bizim əsas gözləntimiz ondan ibarətdir ki, bu yol münaqişə mənbəyinə deyil, konsensusun simvoluna çevrilsin. İnanıram ki, biz region ölkələri olaraq konsensus yolu ilə bu məsələni həll edə bilərik. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük önəm verir. O, dəhlizin tez zamanda istifadəyə verilməsinə çalışır. Onun həm Azərbaycan, həm də region üçün istifadə edilməsini istəyir. İnanıram ki, biz bu məsələni birlikdə həll edəcəyik”.

Yeri gəlmişkən, bu günlərdə İspaniyanın “Periodista Digital” portalı mənbələrə istinad edərək bildirmişdi ki, Ermənistan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı ABŞ-ın təklifini qəbul edib. İddiaya görə, Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin 42 kilometrlik hissəsini ABŞ-ın özəl şirkəti idarə edəcək. Rəsmi İrəvan isə belə bir memorandumla bağlı razılaşmanın olmadığını bildirərək, yayılmış məlumatı təkzib edib. Hökumət həmçinin bu xəbəri “manipulyativ təbliğatın təzahürü” adlandırıb.

Xalid Kərimli: “ƏDV-nin geri qaytarılması tikinti sektorunun  şəffaflaşdırılmasını genişləndirir”

Xalid Kərimli 

Mövzunu iqtisadçı Xalid Kərimli ilə davam etdirdik. O, “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Zəngəzur dəhlizi layihəsinin işə düşməsinə az qalıb: “Azərbaycan 2020-ci ildən etibarən dəmir yolu xəttinin çəkilişinə başladı. Müəyyən qədər riskli olsa da, Zəngilan və Naxçıvana dəmir yolu xətti bərpa edilir. SSRİ dövründə Naxçıvanla Türkiyəni birləşdirən dəmir yolu xətti olmayıb. Sonrakı dövrdə, Ermənistanın Azərbaycanın Qarabağ bölgəsini işğal etməsi nəticəsində məsələ geri plana atıldı. İndi isə ideya yenidən aktuallaşıb. Zəngəzur dəhlizi təkcə Naxçıvan üçün yox, bütün Mərkəzi Asiya, hətta Çin üçün əhəmiyyətlidir. Bu dəhlizin işə düşməsi bir çox dövlət üçün strateji cəhətdən əlverişlidir.

İstənilən halda dəmir yolu xəttinin Naxçıvanla birləşdirilməsi Naxçıvandan yükdaşımaların alternativ elementini formalaşdıracaq. Digər tərəfdən, İranla razılaşdırılmış Araz dəhlizi var. Hesab edirəm ki, layihənin bölgə üçün xüsusi təhlükəsizlik zəmanəti təmin etməsi barədə danışmaq hələ tezdir. Proses gərgin mərhələdədir. Dövlətlər hər hansı formada dəhlizin statusu barədə razılığa gəlsələr belə, bunun xüsusi zəmanət yaradacağı qənaətində deyiləm. Sözsüz ki, layihə Azərbaycan iqtisadiyyatı üçün önəm kəsb edir. O cümlədən Naxçıvanın blokadadan çıxması, Azərbaycan-Türkiyə ticarət əlaqələri, eyni zamanda Türkiyə-Mərkəzi Asiya əlaqələri üçün də dəhlizin işə düşməsi vacibdir.

Dəhlizin üç elementi var idi: enerji, quru yol və dəmir yolu. Görünən odur ki, dövlətlər dəmir yolu xətti ilə bağlı konsensusa yaxınlaşırlar. Digər iki elementlə bağlı hələ ki dəqiq məlumat yoxdur. Yəqin ki, bu, kompleks yanaşma ilə bağlıdır. Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqə yaradacaq strateji dəmir yolu layihəsi üçün 2,4 milyard avro məbləğində xarici maliyyə cəlb etməsi prosesə ciddi şəkildə qoşulduğu göstərir. Bu da Türkiyənin layihənin reallaşacağına dair inamının göstəricidir. Düşünürəm ki, Zəngəzur dəhlizi ilə bağlı müqavilələr imzalandıqdan sonra bölgədə təhlükəsizliyə yaşıl işıq yandırılmış olacaq”.

Xatırladaq ki, Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bir neçə gün öncəki açıqlamasında bildirib ki, Azərbaycanla razılaşma əldə edildiyi təqdirdə Ermənistan Sünik vilayətində (Qərbi Zəngəzur) 42 km uzunluğunda dəmir yolunun tikintisinə başlamağa hazırdır. Sitat: “Azərbaycanla razılaşma olmadan bu dəmir yolu Ermənistanda daxili yük daşımaları üçün belə istifadə edilə bilməz. Bu səbəbdən Azərbaycanla razılaşma əldə edilən kimi dəmir yolunun tikintisinə başlanacaq. Ermənistan qonşuları ilə bütün nəqliyyat yollarının açılmasında maraqlıdır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Rusiya gedir, Azərbaycan gəlir…” – Ermənistanda təlaş

Next

Ölkədə 15 manata satılan təhlükə – ALMAYIN!

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv