Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Türmələrə rəis niyə tapılmır?

By Vüsal Rafiqoğlu
26.07.2025 3 Min Read

Hüquqşünas: “12 və 15 saylı həbsxanaların boş qalan rəis kresloları bu məsuliyyətin nə qədər ağır olduğunu göstərir”

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 cəzaçəkmə müəssisəsində rəis vəzifəsi boşdur. “Qaynarinfo”nun məlumatına görə, ədliyyə naziri Fərid Əhmədov 2 gün əvvəl Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rəşad Əhmədovu vəzifəsindən azad edib. Nazirin digər əmri ilə o, Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinə təyin olunub.

Bu ilin iyul ayında məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasında dam örtüyünün uçması zamanı aldığı xəsarətdən dünyasını dəyişən Mövlam Mustafayevin cəza çəkdiyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsi isə 7 aydır boşdur.

Bu ilin yanvar ayında ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Babək İsgəndərov 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad olunaraq, Penitensiar Xidmətin Lənkəran penitensiar kompleksinə rəis təyin olunub.

12 saylı cəzaçəkmə müəssisəsinin rəis əvəzi vəzifəsi isə Cavid Səfərova tapşırılmışdı. Əldə etdiyimiz məlumata görə, uçqun hadisəsindən sonra rəis əvəzi vəzifəsi Cavid Səfərovdan alınaraq başqa bir şəxsə həvalə edilib.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən bildirilib ki, Penitensiar Xidmətin 12 və 15 saylı cəzaçəkmə müəssisələrində rəis vəzifəsinə hələlik təyinat  yoxdur.  Bu iki cəzaçəkmə müəssisəsində rəis təyinatının bu qədər gecikməsi normaldırmı?

Bakıda təmtəraqlı ehsan qadağası - nə vaxt, harada?

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, cəzaçəkmə müəssisələrinə rəhbərlik təkcə inzibati vəzifə deyil, həm də böyük mənəvi və hüquqi məsuliyyətdir: “12 və 15 saylı həbsxanaların boş qalan rəis kresloları bu məsuliyyətin nə qədər ağır olduğunu göstərir. Əslində məsələ təkcə kadr çatışmazlığı deyil. Burada bir neçə səbəb var. Birincisi, bu müəssisələrdə cəza çəkən kontingent təhlükəlidir, burada qayda-qanun qorumaq həm şəxsi risk, həm də ciddi peşəkarlıq tələb edir. İkincisi, 12 saylı müəssisədə baş verən dam uçması və məhkumun ölümü rəhbər postunu göz önündə və “atəş altında” bir mövqeyə çevirib. Bu kresloda oturan hər kəs biləcək ki, ən xırda insidentin belə məsuliyyəti onun üzərinə düşəcək. Həmçinin nəzərə almaq lazımdır ki, penitensiar sistemdə kadr təyinatı çox həssas məsələdir. Burada sırf idarəçilik bacarığı yox, həm də psixoloji davamlılıq, böhran situasiyalarını idarə etmək qabiliyyəti, hüquqi məsuliyyət hissi tələb olunur. Buna görə də nazirlik tez təyin edək prinsipi ilə deyil, düşünülmüş və ölçülmüş seçim yolu ilə gedir. Ona görə də bu vəzifələrin boş qalması bir tərəfdən problemlidir, digər tərəfdən göstərir ki, sistemdə kadr məsələsinə yanaşma daha diqqətli və məsuliyyətlidir. Tələsik edilən təyinat səhv ola bilər, amma gecikən, lakin doğru seçilmiş kadr bütöv sistemi qoruyar”.

Masahibimizə görə, 12 və 15 saylı cəzaçəkmə müəssisələri rejimlərinə görə biri digərindən fərqlənir: “12 saylı cəzaçəkmə müəssisəsi ciddi rejimli müəssisədir. Burada əsasən ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş, uzunmüddətli, 10 ildən yuxarı cəza çəkən məhkumlar yerləşdirilir. Bu tip müəssisədə qaydaların icrası və nizam-intizamın qorunması olduqca çətin olur. 15 saylı cəzaçəkmə müəssisəsi isə qapalı rejimli müəssisədir. Burada da ciddi nəzarət altında saxlanılan, təhlükəli hesab edilən məhkumlar cəza çəkir.

Yəni hər 2 müəssisə problemsiz sayılmayan, yüksək riskli kontingent üçün nəzərdə tutulub. Bu müəssisələrdə rejim fərqli olsa da, orada vəziyyətin nəzarət altında saxlanılması o qədər də asan məsələ deyil”.

Hüquqşünas deyib ki,  müəssisədə dam örtüyünün uçması nəticəsində məhkumun ölümü rəhbərlik üçün ciddi imic zərbəsidir:  “Hadisədən sonra məsuliyyət yükü artıb, vəzifəyə gəlmək istəyənlərin sayı da azalıb. Bu müəssisələrdə rəis olmaq həm şəxsi təhlükəsizlik baxımından, həm də hüquqi məsuliyyət baxımından çətin və risklidir. Hər hansı insident zamanı bütün ittiham ilk növbədə müəssisə rəhbərinə yönəlir.

Bu baxımdan belə müəssisələrə rəis təyinatı da çətindir. Ədliyyə Nazirliyində tez-tez rotasiyalar olur, lakin belə ağır müəssisələrə yeni təyinat üçün kifayət qədər təcrübəli kadr tapmaq asan deyil. Əlbəttə ki, təyinatın bu qədər gecikməsi tam normal deyil. Adətən belə vəzifələr uzun müddət boş qalmır. Nazirliyin ehtiyatlı kadr seçimi apardığı görünür. Çünki belə müəssisələrə peşəkar və təcrübəli rəhbər tələb olunur. Digər ehtimal da budur ki, namizədlərlə bağlı daxili yoxlamalar, razılaşmalar uzanır”.

Natiq Ələsgərov deyib ki, 12 və 15 saylı müəssisələrdə rəis vəzifələrinin boş qalması yüksək riskli cəzaçəkmə müəssisələri olmasındadır: “Son illərdə baş verən uçqun, ölüm, intizam problemləri həmin postları “riskli kresloya” çevirib. Nazirliyin addımları göstərir ki, burada tələsik deyil, daha çox məsuliyyətli kadr seçimi aparılır”.

Elşən MƏMMƏDƏLİYEV,

“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Plastik cərrahlarla bağlı məsələ ABŞ-a “sıçradı”

Next

Azərbaycan sərmayəsi Özbəkistanın enerji sektorunda

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv