Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Bakı yeni silah müqavilələri imzaladı – nələr alırıq?

By Vüsal Rafiqoğlu
26.07.2025 4 Min Read

Azərbaycan postmüharibə dönəmində arsenalını gücləndirir; nə qədər ki, sülh sənədi yoxdur… – polkovnikin açıqlaması

Türkiyədə səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “İDEF 2025″ 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak edib. Azərbaycan nümayəndə heyəti beynəlxalq sərgidə nümayiş etdirilən dünya üzrə müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib, onların rəhbər heyəti ilə görüşüb.

Keçirilən görüşlər zamanı hərbi-texniki sahədə əməkdaşlığın müxtəlif aspektləri, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Sərgi çərçivəsində Azərbaycan Respublikası müdafiə nazirinin müavini – baş direktor Aqil Qurbanov, Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən MİRAS Hərbi-Sənaye Şirkəti MMC və Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin nümayəndələrinin iştirakı ilə bir sıra müqavilələr imzalanıb.

Lakin bu müqavilələrin təfərrüatı açıqlanmır. Bəs Azərbaycanın hansı silahlara ehtiyacı var, ordumuz indilikdə arsenalını nələrlə zənginləşdirə bilər? Azərbaycan əvvəlki dövrlərdə silah alışında dövlətlər arasında balansı saxlamağa çalışırdı. İndi də bu prioritet qalırmı?

“Yeni Müsavat”ın suallarını cavablandıran polkovnik Şair Ramaldanovun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin silahlanması Ali Baş Komandan, Prezident İlham Əliyevin daimi diqqəti və nəzarəti altındadır. Polkovnikin xatırlatmasına görə, Prezident Laçında olarkən bildirmişdi ki, Azərbaycan Ordusuna nə lazımdırsa, o da alınacaq: “Mənə elə gəlir ki, bu qısa cümlədə çox böyük məna var. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin – Azərbaycan Ordusunun ehtiyacından irəli gələrək nə lazımdırsa, onunla da təmin olunur. Bura həmçinin silahlanma da daxildir”.

Polkovnik Şair Ramaldanov: Ordumuz haqqında fikir söyləyənlər obyektiv  olmalıdırlar - AZƏRTAC

Ş.Ramaldanov deyib ki, keçirilən bütün sərgilərdə Azərbaycan Ordusunun nümayəndələri daim iştirak edir və təqdim olunan yeni texnologiyalar, perspektiv modellər, yeni silah növləri öyrənilir: “Zərurətdən irəli gələrək dövlət tərəfindən müvafiq komissiyanın təqdimatı və Müdafiə Nazirliyinin sifarişi əsasında Azərbaycan Ordusu silahlandırılır. Ona görə də bu gün demək olar ki, bütün beynəlxalq sərgilərdə Azərbaycandan yüksək vəzifəli nümayəndələr iştirak edir. Son günlərdə Türkiyədə keçirilən beynəlxalq sərgidə Azərbaycanın müdafiə naziri, cənab general-polkovnik Zakir Həsənov da iştirak edib və müəyyən müqavilələr imzalanıb. Bu müqavilələrin bağlanması üçün Azərbaycan tərəfi müvafiq vəzifəli şəxslərin və mütəxəssislərin hazırladığı təkliflər və rəylər əsasında hansı silahın, hansı miqdarda alınacağı ilə bağlı qərar qəbul edir”.

Polkovnik bildirib ki, Azərbaycan Ordusunun Prezident İlham Əliyev tərəfindən müasir ordu prinsipləri əsasında inkişaf etdirilməsinə əməl olunmaqdadır: “Əlbəttə, bu gün daha çox prioritet sayılan məsələ həm Azərbaycanın apardığı Vətən müharibəsi təcrübəsi, həm də ölkənin coğrafi və geosiyasi xüsusiyyətlərini nəzərə alaraq təhlükəsizliklə bağlı verilən tapşırıqlardan irəli gələn təhlillər əsasında silah və texnikanın sayı, növü, hansı texnikanın alınması ilə bağlı qərarların qəbul edilməsidir. Prezident İlham Əliyevin səyi və diqqəti nəticəsində artıq Azərbaycan Ordusu dünya sıralamasında 56-cı yerdə özünəməxsus yer tutur. Azərbaycanda müdafiə sənayesi hazırda çox sürətlə inkişaf edir və Azərbaycan Ordusu bu sənayenin imkanlarından daha geniş şəkildə faydalanır”.

Müsahibimiz onu da qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan həm böyük texnikaları, həm də baza hissələrini alır, eyni zamanda ölkənin müdafiə sənayesində istehsal olunan və orada quraşdırılacaq müasir avadanlıqların istehsalı ilə məşğul olur: “Düşünürəm ki, Azərbaycan Ordusunda istifadə olunan məhsullar arasında müəyyən istehsal növlərini xüsusilə qeyd etmək olar. Məsələn, mərmi, patron və ya digər çeşidli məhsullara üstünlük verilir. Hər halda, Azərbaycan Ordusu və Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün daima döyüş potensialını və döyüş qabiliyyətini artırmağa istiqamətlənib”.

Xatırladaq ki, bu ilin aprelində Dünya Silah Ticarətinin Təhlili Mərkəzi (CAMTO) hərbi texnika idxal edən ölkələrin illik reytinqini dərc edib. Polşa 2024-cü ildə 15,6 milyard dollarlıq alışla ən böyük silah idxalçısı olub. Azərbaycan bu siyahıda 16-cı yerdədir. 2024-cü ildə Azərbaycan Respublikası 2,22 milyard dollar dəyərində müxtəlif növ silahlar alıb.

Bəzi müşahidəçilər bildirirlər ki, Azərbaycan hazırkı şəraitdə silah əldə etməyə ilk növbədə siyasi məqsədlərə nail olmaq üçün mühüm resurs kimi baxır. Digər məqsəd Ermənistanın güc balansını bərpa etməsinə mane olmaq istəyir. Azərbaycan əsasən Rusiya istehsalı olan ağır silahlar, zirehli texnikalar və İsrail və Türkiyədən alınan raket sistemləri və pilotsuz uçuş aparatları ilə təchiz olunub.

Azərbaycan Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru Qoşunlarından ibarətdir. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində də mühüm işlər aparılır. Ordumuzun hərbi əməkdaşlığında Türkiyənin yeri danılmazdır. Əbəs yerə deyil ki, təkcə 2024-cü ildə Türkiyə və Azərbaycanın istər rəhbərliyi, istərsə də ekspertləri arasında keçirilən görüşlərin sayı 20-dən çox olub.

Bundan başqa, Müdafiə Nazirliyinin rəhbərliyi ilə Slovakiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Serbiya, Çin, Rusiya, Qətər, Belarus, İordaniya və NATO-nun ordu rəhbərliyi arasında bir sıra görüşlər baş tutub. Təbii ki, keçirilən görüşlər hərbi potensialımızın güclənməsi, ölkəmizin döyüş aparma və özünümüdafiə qabiliyyətinin yüksəldilməsi üçün vacibdir.

Ən əsası isə müharibə bitsə də, münaqişə başa çatmayıb. Sadəcə, atəşkəsdir və Ermənistanla sülh danışıqları davam edir. Üstəlik, Fransa, Hindistan, Yunanıstan bu ölkəni silahlandırır. Nə qədər ki, yekun sülh sənədi yoxdur, müdafiə potensialımızı gücləndirməliyik.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yayda necə qidalanmalıyıq?

Next

Devrilmiş prezidentin xələfi – Pezeşkianın aqibəti Bənisədrinki kimi ola bilər

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv