Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Rusiya Azərbaycana hücum edərmi?..

By Vüsal Rafiqoğlu
26.07.2025 4 Min Read

“Olar, ya olmaz? Rusiya hücum edər, yaxud etməz?” – əslində bu qəbildən olan suallar ciddi şəkildə gündəmi zəbt etməməlidir, çünki bir görün, indi hansı dövrdür, hansı zəmanədir?

Amma çox təəssüf ki, belə “sual”lar tamam-kamal predmetsiz də deyillər, hətta onlar haqqında müəyyən “ehtimal”la da danışmaq lazım gəlir.

Bilirsiniz, niyə? Hazırda regionun da, dünyanın da, hətta Rusiyanın özünün də problemi ondadır ki, bu ölkəni öz hərəkətlərinin nəticələrinin fərqində olmayan adamlar idarə edir.

Adətən bir siyasətçi, hətta bir nəzəriyyəçi-politoloq hansısa layihə, plan və ya təklif hazırlayarkən öncə riskləri müəyyən etməyə, onları qiymətləndirməyə, öz təkliflərinin hansı nəticələrə gətirib çıxaracağını aydınlaşdırmağa çalışır.

Amma Vladimir Putin və komandası belə deyil, bunların beyinlərində bircə fikir var ki, Rusiyasız dünya, daha doğrusu isə, Rusiyanın maraqları və iddiaları nəzərə alınmayan dünya nəyə və kimə lazımdır?

Bəli, bunlar ambisiyalarının nəinki başqa ölkələr və millətlər üçün, hətta öz ölkələri üçün hansı nəticələrə gətirəcəyinin qəti fərqində deyillər. Məgər Ukrayna buna sübut deyilmi? Putin düşünürdü ki, bir-iki həftəyə müharibəni bitirəcək, amma o, bir neçə ildir ki, davam edir!

Kreml bəlkə zənn edirdi ki, bu savaşı minimal itkilərlə başa vura biləcək, amma yüz minlərlə. bəzi hesablamalara görə bir milyondan artıq rusiyalı həlak olub bu savaşda!

Ruslara lazım idimi bu? Bütün bunlar bir daha sübut etmirmi ki, bəs Putini və komandasını öz avantüralarının nəticələri qətiyyən maraqlandırmır, onlar bunun fərqində deyillər, əsas odur, Rusiya savaş aparsın, regionçün də, dünya üçün də problem olsun, çünki onlar yalnız bu yolla digər ölkələri və millətləri özlərilə hesablaşmağa məcbur edərlər, sivil rəqabət bunlar üçün deyil, çünki bu müstəvidə çoxdan və birdəfəlik uduzublar…

Zor, təcavüz, siyasi şantaj – bunların silahı budur. İddialarının da əsas ünvanı keçmiş sovet məkanıdır. Bu istiqamətdəki iddialarını əsaslandırmaq üçün gündə bir “nəzəriyyə” uydururlar. İndi məlum olur ki, bunları post – sovet məkanında hətta rusların da yox, rusdillilərin və rus dilinin problemləri “narahat” edir…

Bilirsinizmi, dünyada “linqvistik azlıqlar” deyilən anlayış var, amma hamı daha çox “etno-linqvistik azlıqlar”dan danışmağa üstünlük verir, çünki sırf “linqvistik azlıqlar” süni bir fenomen də ola bilir. Məsələn, post-sovet məkanındakı rusdillilər. Bunların böyük əksəriyyəti etnik rus deyillər və daha çox keçmiş rus-sovet imperiyasının öz koloniyalarına “hədiyyə”sidir.

Ən qəribəsi budur ki, bu adamların çoxu qəbul etmək istəmir ki, artıq dövran dəyişib, imperiya daha yoxdur, daha heç kim Kremlə və yaxud da Leninin mavzoleyinə rus dilində şikayət ərizəsi yazmır, zəhmət çəkin, dövlətinizin rəsmi dilini, öz ana dilinizi öyrənin…

O ki qaldı post-sovet məkanındakı etnik ruslara, bu, bir az başqa məsələdir. Onların öz mədəniyyətlərini, dillərini yaşatmaq haqları var. Müasir dövlətlər də bu haqqı-hüququ tanıyır və onlara mane olmur.

Amma burada bir məqam var. Keçmiş sovet məkanındakı etnik ruslar qəbul etməlidirlər ki, onlar daha əlahiddə hüquq və haqlara malik etnik icma deyillər, yaşadıqları ölkələrdəki digər xalqlardan sadəcə biridirlər.

Onlar da yaşaqdıqları dövlətin dilini və digər atributlarını qəbul etməlidirlər. O ki qaldı onların öz mədəni haqlarına, buyursunlar öz mədəniyyət mərkəzlərini, məktəblərini, dini ocaqlarını yaşatsınlar. Bircə şərtlə ki, qəbul etsinlər: dövlət sadəcə, bu haqları tanıyır və onların reallaşmasına mane olmur, çünki əksər dövlətlər polietnikdir, onların ərazisində onlarla xalq yaşayır və dövlət durub bunların hamısı üçün məktəb, mədəniyyət mərkəzi açası deyil ki! Bütün bunları daha çox etnik icmalar özləri həll etməldir. Əlbəttə, lazım gələndə dövlət də bu məsələlərdə yardımçı ola bilər onlara. Məsələn, periodik olaraq rus pravoslav kilsəsinə də maliyyə yardımları edilir Azərbaycan dövləti tərəfindən və ehtiyac olsa bu dəstək bir az da genişlənidirilə və artırıla bilər: əlbəttə ki, həm də imkan daxilində…

O ki qaldı Azərbaycanda rus dilinin perspektivlərinə, birincisi, əlavə dil bilmək insanlar üçün həm də əlavə üstünlüklər yaradır.

Bundan başqa, düşünürük, rus dilinin hələki digər önəmli tərəfləri də var. Bizim işgüzar-biznes əlaqələrimizin bir hissəsi Rusiya və post-sovet məkanı ilə bağlıdır.

Məsələn, səhv etmirəmsə, Azərbaycana turistlər ən çox MDB məkanından gəlir və turizm biznesini inkişaf etdirməkçün bu məqamı hələki nəzərə almamaq mümkün deyil.

Özü də tək bizdə belə deyil. Çoxdanın, 90-cı illərin əvvəllərinin söhbətidir. Bir dostum qardaş Türkiyədən, Antaliyadan istirahətdən qayıtmışdı. Deyirdi ki, rus dilini çox yaxşı bildiyimçün məni buraxmaq istəmir, hətta iş də təklif edirdilər…

İkincisi, Rusiyada Azərbaycanla maraqlananlar var: həm peşəkar, həm də qeyri-peşəkar səviyyədə. Ona görə də rusdilli nəşrlərimiz, radiolarımız, hətta televiziyalarımız olmalıdır ki, həm bu qəbildən olanların maraqları təmin olsun, həm də biz keçmiş sovet məkanı kimi siyasi-coğrafi areala özümüz və ölkəmiz haqda həqiqətləri çatdıra bilək.

Amma rus dili məsələsinin Kreml tərəfindən təzyiq və təcavüz alətinə çevirmək cəhdlərinə gəldikdə, bizə elə gəlir ki, bu da Duqin kimi Kreml münəccimlərnin növbəti tapıntısıdır.

Birincisi, rusdillilərin Rusiyaya heç bir aidiyyəti yoxdur, çünki bunlar etnik ruslar deyillər, yeni əksəriyyəti postsovet ölkələrinin öz doğmaca xalqlarının nümayəndələridirlər.

İkincisi, hətta söhbət etnik ruslardan gedirsə, bunun üçün də müvafiq beynəlxalq institutlar, diplomatik təmaslar var ki, bu üsullarla belə “problemlər”i də həll etmək olar. Məsələn, Moskva on illərdir ki, keçmiş Pribaltikadakı rusların hüquqlarının “tapdanmasından” dad edir. Amma gəl, indiyədək bir nəfər rus Pribaltikadan köçüb Rusiyaya gəlməyibdir…

Fəqət, Kreml nağıllarına – “ittiham”larına davam edir. Niyə? Yoxsa Moskvanın durub rusları müdafiə etmək üçün Baltik respublikaarına hücum etmək fikri var? İnanın, Kreml üçün belə ehtimal heç də fantastik görünmür və onların yolunu bağlayan budur ki, bu üç dövlət NATO-nun və Aİ-nin üzvüdür.

Amma baxın, Vladimir Putin və dəstəsi həmin “ittiham”ı Ukraynayla bağlı səsləndirmirmi? Guya demirmi ki, məqsədləri Ukraynadakı rusları və rusdilliləri “müdafiə etməkdir”?..

Fəqət, bütün bunlara rəğmən yenə düşünürük ki, Kremlin bu avantürasından da bir şey çıxmayacaq. Həm də onlar post-sovet ölkələrinə növbəti “səlib yürüşü” edə bilməyəcəklər. Xüsusən də Azərbaycanla bağlı planları heç bir halda alınmaycaq. Burada bir məqamı da qeyd etmək istərdik.

Mümkündür ki, elə bizim azərbaycanlıların arasında da kimlərsə Kremlə hansısa “ümid”lərlə baxır. Amma onları məyus etmək zorundayıq. Bilirsiniz, türklərə “böyük qardaş” lazım deyil, çünki türk özü yetərincə böyük millətdir.

Mən bunu digər müsəlman millətləri haqqında deyərdim. Məsələn, ərəblərin “böyük qardaş” nəyinə lazımdır? Baxın, görün, dünyada nə qədər ərəb dövləti vardır? Görün, nə qədər ərəb var bu dünyada? Ağılları və fərasətləri olsa, çalmalarını başlarından çıxarıb qarşılarına qoysalar və yaxşıca düşünsələr, anlayarlar ki, elə onlara da heç bir “böyük qardaş” – filan lazım deyil…

Hüseynbala Səlimov
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Devrilmiş prezidentin xələfi – Pezeşkianın aqibəti Bənisədrinki kimi ola bilər

Next

Prezident İlham Əliyev Maldiv liderini təbrik edib

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv