Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Ev yıxan “adətlərimiz”- başlıq pulu, cehiz davası…

By Vüsal Rafiqoğlu
31.07.2025 5 Min Read

Bəzi valideynlər hələ də cehiz, başlıq pulu kimi köhnə anlayışlara köklənmiş şəkildə düşünürlər, bu da sonda…

Azərbaycanda cehiz, qızıl, başlıq pulu və ev təmiri – bu sözlər sadəcə maddi məsələlərin adı deyil, gənclərin həyatını, rahatlığını məhdudlaşdıran, gələcək arzularını zəncirə vuran ənənələrin simvoludur. Bu yaxınlarda rayonlardan birində cehiz məsələsinə görə gənc oğlanın canına qıyması bu ənənələrin nə qədər faciəvi nəticələrə səbəb olduğunu bir daha gündəmə gətirdi.

Tənqidçi, publisist Günel Novruz Kulis.az-da yayımlanan müəllif yazısında son hadisəyə işıq salaraq mental problemləri qələmə alıb. Onun qeydlərinə görə, bu ənənələr yüzilliklərdən gələn bir yük kimi, cəmiyyətimizin ruhunu boğan, insanları seçim azadlığından məhrum edən, sanki görünməz, amma qırılmaz tellərlə hörülmüş tələyə çevrilib. Sitat: “Hər il minlərlə gəncin ailə qurmaq arzusu maddi narahatlıqların, sosial təzyiqlərin, valideynlərin “ənənə qoruyuculuğu” adı altında süni şəkildə yaratdığı ağır öhdəliklərin altında əzilib məhv olur”.

Qeyd edək ki, Ağdaşın Ləki qəsəbəsində cehiz məsələsi üzündən 23 yaşlı gəncin həyatına son qoyduğu iddia edilir. Hadisədən sonra oğlan evi qızın ailəsini, qız evi isə oğlanın ailəsini günahlandırır. İnsanlar da bu məsələdə ikiyə bölünüb. Yaşanan faciə bir ailənin dramı deyil. Bu, cəmiyyətin üzləşdiyi dərin sosial və məişət problemidir. Cehiz ənənəsi çox vaxt yeni qurulan ailələrdə təməlin özündə çatların yaranmasına səbəb olur. Əvvəllər ağsaqqal və ağbirçəklərin vasitəçiliyi ilə münaqişələrin sülh yolu ilə həll olunması mümkün idi, lakin indi bu institut zəifləyib. Bundan başqa, gənclərin erkən yaşda ailə qurması da psixoloji və sosial gərginlikləri artırır. Son illər başlıq məsələsi aradan qalxsa da, cehiz mövzusu yenə də ailələr arasında nifaq toxumu səpir.

Sosial şəbəkələrdə cinayət aləminin üzvləri qəhrəmanlaşdırılır" | Modern.az

Üzeyir Şəfiyev 

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, cehiz, başlıq pulu kimi anlayışlar müasir həyat tərzi fonunda artıq öz aktuallığını itirib: “Əslində bu məsələlər müasir dövrdə, bu cür həyat reallıqları şəraitində gündəmdə olmamalıdır. Çünki başlıq pulu və cehiz anlayışları daha çox ənənəvi və patriarxal cəmiyyətlərə xas olan dəyərlərdir. Bu, orta əsr düşüncə tərzinin təzahürüdür və müasir cəmiyyətə uyğun deyil. Təəssüf ki, bəzi valideynlər hələ də köhnə düşüncə tərzinə əsaslanaraq, qızları üçün cehiz toplamaqla məşğuldurlar. Halbuki qız müəyyən bir yaşa çatıb ailə quranda həmin cehizin heç bir funksional və estetik əhəmiyyəti qalmır. Çünki zövqlər, tələblər, texnologiyalar və dizayn trendləri hər il dəyişir. 10-15 il əvvəl alınan əşyalar bu gün sadəcə köhnəlmiş, yararsız bir yığının simvoluna çevrilir”.

Sosioloq əlavə edib ki, bu gün gənclər əvvəlki nəsillərdən tam fərqli bir dövrün və düşüncənin daşıyıcılarıdır: “Yeni nəsil artıq bu ənənələrlə maraqlanmır. Onlar fərqli bir dövrün ruhunda yetişirlər. Təəssüf ki, bəzi valideynlər bu dəyişikliklə barışmaqda çətinlik çəkirlər və hələ də cehiz, başlıq pulu kimi anlayışlara köklənmiş şəkildə düşünürlər. Halbuki müasir dövrdə vacib olan gənclərə doğru tərbiyə vermək, onlara təhsil imkanları yaratmaq və həyatda ayaqda dura bilmələrinə dəstək olmaqdır.

Əgər valideynin imkanı varsa, övladına mənzil şəraitində yardımçı ola bilər. Amma cehiz və başlıq pulu toplamaq uğrunda mübahisələr, qarşıdurmalar yaratmaq ailə qurmaq istəyən gənclərə yalnız zərər verir. Ailənin dayanıqlığı üçün əsas olan anlayış, qarşılıqlı hörmət və sevgidir, maddi yük yox.

Bu gün cəmiyyətdə cehiz və başlıq puluna əsaslanan konfliktlər boş və əsassızdır. Çünki sevgi və qarşılıqlı anlaşma üzərində qurulan ailə modeli istənilən maddi əşyadan daha dəyərlidir. Cehiz və başlıq pulu kimi anlayışlar artıq köhnəlmiş sosial stereotiplərdir. Gənclərin həyat tərzi ilə bu ənənələr arasında kəskin uçurum yaranıb. Ailə xoşbəxtliyinin açarı cehiz və ya başlıq pulu deyil. Ailəni möhkəm edən qarşılıqlı anlayış, sevgiyə əsaslanan münasibət və birgə yaşam üçün yaradılan uyğun şəraitdir”.

Aydın Xan Əbilov: “Vasif Talıbovun övladlarının adları bu tip hadisələrdə  hər zaman hallanıb” – Yenimedia.net – Sosial-Analitik Portal

Aydın Xan Əbilov

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında müasir dövrdə toyların kommersiyta xarakteri daşıdığını deyib: “Azərbaycan cəmiyyətində toy, ailə münasibətləri, nikaha daxil olmaq və boşanma proseslərinə həmişə kəskin münasibət olub. Həm ictimai müzakirələrdə, həm sosial mediada, həm də ümumilikdə cəmiyyətdə bu mövzularda ictimai qınaq və tənqidlər xüsusilə güclü şəkildə özünü göstərir. Çünki istər gənclərin evlənməsi, istərsə də toyla bağlı baş verən hadisələr həmişə insanlarımızı maraqlandırıb və demək olar ki, bütün ailələrin başlıca mövzusuna çevrilib. Ümumiyyətlə, dünyada olduğu kimi, Azərbaycanda da toy və nikah mədəniyyəti, eləcə də boşanma ilə bağlı məsələlər uzun illər ictimai debatların mərkəzində dayanıb. Bu sahədə tam ortaq məxrəcə gəlinməsə də, proseslər müəyyən qədər dəyişir, bəzi məsələlər isə zamanla islah olunur. Son illər xüsusilə toy və cehiz mövzusunda cəmiyyətdə kəskin polemikalar gedir. Ən son baş verən faciəli hadisə – bir gəncin çılçıraq səbəbilə intihar etməsi – sadəcə, fərdi bir dram deyil, həm də müasir Azərbaycan cəmiyyətində ailə institutu ətrafında baş verən ciddi sarsıntılardan biri kimi dəyərləndirilir. Biz nəzərə almalıyıq ki, iki şəxs nikaha daxil olur, toy məclisi təşkil edirsə, bu, onların şəxsi və fərdi xoşbəxtlik günü kimi qəbul edilməlidir. Təəssüf ki, son illər biz toyları daha çox kommersiya xarakterli bir konsertə, yaxud bir növ “biznes hadisəsinə” çevirmişik. Toylara gedib “pul atmaq”, sonrakı toyda həmin məbləği geri almaq kimi anlayışlar formalaşıb. Bir tərəfdən bahalı şadlıq sarayları, digər tərəfdən müğənnilər, bir başqa tərəfdən isə toy biznesi ilə məşğul olan kreativ sənaye sahələrinin nümayəndələri, üstəlik cehiz, zinət əşyaları, geyim və digər gözləntilər – bütün bunlar elə ciddi psixoloji və maddi yük yaradır ki, nəticədə 30-40 yaşlı subay gənclər evlənməkdən imtina etməyə başlayırlar”.

Aydın Xana görə, evlənənlərin təxminən 60-70 faizi nikahı boşanma ilə başa vurur: “Səbəblər soruşulduqda isə önə daha çox cehiz mübahisələri, iqtisadi problemlər, ailə məsuliyyətinin gənclər tərəfindən qəbul edilməməsi və valideyn müdaxilələri çıxır. Baldız, qayınana, qayın kimi anlayışlar ətrafında yaranan münaqişələr isə bu prosesi daha da dərinləşdirir. Nəticədə gənclərimiz evlənmək istəmir, xarici ölkələrə üz tutur, əcnəbi gəlin və ya bəylə evlənməyə üstünlük verirlər. Çünki orada toylar daha sadə keçirilir, ailə məsuliyyəti tərəflər arasında bərabər bölüşdürülür, valideyn müdaxiləsi isə minimuma endirilir. Valideynlər, sadəcə, dəstək rolunu oynayır və toy kommersiya modeli kimi təqdim edilmir.

Azərbaycanda isə elçilik mərhələsində dərhal bəyin diplomu varmı, evi, maşını, işi varmı kimi suallar verilir. Bunu bir məntiq çərçivəsində başa düşmək olar, amma eyni yanaşma gəlinə tətbiq olunmur. Heç kim soruşmur ki, gəlinin işi varmı, gəlir mənbəyi nədir? Sanki ailəni yalnız kişi təmin etməli, qadın isə yalnız cehiz gətirməlidir. Halbuki müasir ailə modeli bərabərlik üzərində qurulmalıdır. Hər iki tərəf müstəqil, eyni hüquqa malik insanlar sayılmalıdır. Əgər boşanma zamanı alınmış daşınmaz və daşınar əmlak bölünürsə, cehiz də həmin qayda ilə bölünməlidir. Əgər qızıl, zinət əşyaları gəlinin adına rəsmiləşdirilibsə və ona qaytarılırsa, cehiz də kişi ilə bərabər şəkildə bölüşdürülməlidir. Ailə quruculuğu yalnız bir tərəfin yükü olmamalıdır. Bu mövzuların açıq şəkildə və səmimi müzakirəsi cəmiyyətimizin nikah və ailə institutunun daha sağlam formalaşmasına töhfə verə bilər”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sərhədi pozan 4 xarici vətəndaş saxlanıldı – FOTOLAR

Next

“Kurortlar nazirliyi”ndən ciddi narazılıq

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv