Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Kurortlar nazirliyi”ndən ciddi narazılıq

By Vüsal Rafiqoğlu
31.07.2025 4 Min Read

AHİK-in yollayış sistemi etimadı doğrultmadı – vətəndaşlar narazıdır, ekspert islahat çağırışı edir; Natiq Cəfərli: “İnsanlar qrup şəklində məhkəməyə müraciət etsinlər”

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından  (AHİK) narazılıqlar artır. Buna səbəb isə istirahət  və ya müalicə üçün göndərişlərin verilməsində baş verən haqsızlıqlardır. Minlərlə insan illərlə çalışıb həmkarlar ittifaqlarına pul ödəsələr də, göndəriş əsasında istirahət mərkəzlərinə, sanatoriyalara gedə bilmirlər. Redaksiyamıza müraciət edən insanlar AHİK-in “Qaynar xətt”inin belə işləmədiyini bildiriblər. Eyni zamanda “online” müraciətlərin heç birinin təsdiqlənmədiyini qeyd ediblər.

Çoxsaylı şikayətlərdən sonra guya şəffaflığın təmin olunması məqsədilə onlayn müraciət sistemi istifadəyə verilib. Bu portal üzərindən qeydiyyatdan keçərək tətil üçün “putyovka” almağa çalışsalar da, müraciət edənlərin böyük əksəriyyəti əsassız şəkildə rədd cavabı aldıqlarını bildirir.

“Yeni Müsavat” əməkdaşının dövlət qurumunda çalışan yaxını AHİK-in yeni sistemindən narazılığını belə ifadə edir: “İyunun 4-də istirahət üçün ilk müraciətimi etdim, amma yalnız 19 iyulda mənə imtina cavabı gəldi. İkinci dəfə 18 iyulda yenidən sistem üzərindən müraciət etdim, bu dəfə də 25 iyulda yenə imtina aldım. Daha sonra Qaxdakı istirahət mərkəzindən mənə zəng gəldi ki, guya yer yoxdur, bu səbəbdən mənə yönləndirmə olunmayıb. İşə axın ki,  AHİK-ə müraciət etmişdim, amma mənə istirahət mərkəzinin özü zəng vurur. Bu necə sistemdir?! Soruşanda dedilər ki, guya AHİK-dən göstəriş verilib ki, zəngləri istirahət mərkəzləri etsin. Bu isə tamamilə qeyri-peşəkar və dolaşıq mexanizmdir. Sanki məsuliyyəti üzərindən atmaq cəhdidir. Onu da deyim ki, illərdir dövlət qurumunda çalışıram və ilk dəfə idi ki, bu haqqımdan istifadə etmək istəyirdim”.

Vətəndaşın sözlərinə görə, bu cür yanaşma bu quruma və yeni yaratdıqları online sistemə olan inamı ciddi şəkildə sarsıdır: “Yaxınlarımız arasında da müraciət edənlər olub. Onlara elə istirahət mərkəzləri təklif olunub ki, yol kənarındadır, heç bir normal şəraiti yoxdur. Amma eyni zamanda sosial şəbəkələrdə, tanış çevrəsində görünür ki, ən yaxşı hotellərə, istirahət mərkəzlərinə ”əlçatan” olanlar da var. Sadə vətəndaş üçün isə bu yerlərə düşmək demək olar ki, mümkünsüzdür”.

Sosial şəbəkələrdə də AHİK-in yeni sistemindən narazılıq artır, vətəndaşlar fırıldaq, qeyri-şəffaflıq və biganəlikdən şikayətlənir. Pərvin Vəliyev adlı Facebook istifadəçisi AHİK-in fəaliyyətini sərt şəkildə tənqid edir və onu “yeni fırıldaq növü” adlandırır: “Hər ay işçilərin əmək haqqından müəyyən miqdarda pul tutulur. Sonra ”e-ahik” adlı bir portal yaradıblar. Bu portala guya istirahət mərkəzləri, hotellərin adlarını yazırlar. Amma əslində yer olmayan hotellərin adları göstərilir. Beləliklə, müraciət edənlərin hamısına imtina cavabı verilir. Saytda yerləşdirilən telefon nömrələri isə ya saxtadır, ya da cavab verən yoxdur. Şəhər və daxili nömrələr, ümumiyyətlə, götürülmür. Şikayətə baxan da yoxdur”.

İlqar Quliyev adlı digər Facebook istifadəçisi isə AHİK-in təqdim etdiyi məlumatların reallıqla üst-üstə düşmədiyini konkret misalla izah edir: “Avqust ayı üçün Qaxdakı “Eden Park” hoteli üzrə “ailə paketi” kateqoriyasında müraciət etdim. Cavab gəldi ki, boş otaq yoxdur, ona görə imtina edildi. AHİK tövsiyə etdi ki, növbəti aylar üçün yenidən müraciət edim. Sentyabr ayının 1-i üçün təkrar müraciət etdim – yenə eyni cavab: guya boş otaq yoxdur. Amma işin maraqlı tərəfi odur ki, hotelə özüm zəng etdim, qəbuldan  mənə bildirdi ki, sentyabr ayına istənilən kateqoriyada boş otaqlar mövcuddur. AHİK-in mərkəzi operatorları isə hər zamankı kimi zənglərə cavab vermirlər, əlaqə yoxdur, şikayət imkanı yox dərəcəsindədir”.

Natiq Cəfərli REAL Partiyasının Siyasi Komitəsinin yeni sədri seçilib

Natiq Cəfərli 

İqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a mövzu ilə bağlı danışarkən qeyd edib ki, həmkarlar ittifaqları ilə bağlı ciddi islahatlara ehtiyac var: “Çünki bu qurum formal bir xarakter daşıyır. İnsanların maaşından müəyyən üzvlük haqqı tutulur, amma  onlara hansısa praktik kömək edilmir. Ona görə də Həmkarlar Konfederasiyası 1 milyon 400 minə yaxın insanı birləşdirsə də, üzvlük haqqı toplasa da, onların həyatında iştirak etmir.  Ona görə qanunvericilikdə də bu nəzərdə tutulub. Həmkarlar təşkilatına üzv olan insanlar özləri toplantı keçirib, həmkarlar təşkilatlarından narazılıqlarını və onlara iradlarını bildirə bilərlər. Təəssüf ki, bizdə bu praktika yoxdur. İstənilən halda həmkarlar ittifaqına üzv olan şəxslər qrup şəkilndə məktublarla ya AHİK-in özünə, ya da məhkəmələrə müraciət edərək öz haqlarını qoruya bilərlər”.

Bəs  dünyada həmkarlar ittifaqları bu işi necə təşkil edir və hansı təcrübələr var? Bir çox Avropa ölkələrində həmkarlar ittifaqları dövlətlə əməkdaşlıq çərçivəsində üzvlərin istirahət və sağlamlıq ehtiyaclarını qarşılayan sistemlər qurub. Estoniyada, Finlandiyada, Almaniyada rəqəmsal müraciət platformaları vasitəsilə yollayış almaq mümkündür. Müraciətlər elektron şəkildə, şəxsiyyət identifikasiyası ilə aparılır, növbəlilik və sosial meyarlar əsas götürülür.

Finlandiya həmkarlar ittifaqları öz sanatoriya və istirahət mərkəzlərinə malikdir və üzvlər sistemə daxil olaraq onlayn formada yerlər bron edə bilirlər. Şəxslərə fərdi yox, bərabər əsaslı xidmətlər təklif olunur. Şərqi Avropanın bəzi ölkələrində isə istirahət göndərişləri sosial həssas qruplara prioritet verilməklə bölüşdürülür. Çexiyada, Slovakiyada və Polşada çoxuşaqlı ailələrə, aztəminatlılara, əlilliyi olanlara və ya sağlamlıq problemi yaşayanlara xüsusi üstünlük verilir. Müraciətləri müstəqil komissiyalar qiymətləndirir və səbəblər tam şəkildə açıqlanır. Qəbul olunmayan müraciətlərin səbəbi rəsmi məktubla izah olunur və şikayət mexanizmləri işləkdir.

Fransada həmkarlar ittifaqları sanatoriya və istirahət proqramlarını müstəqil nəzarət orqanlarının iştirakı ilə həyata keçirir. Nəzarət şuralarında üzvlər, maliyyə mütəxəssisləri və ictimai nümayəndələr təmsil olunur. Hər ilin sonunda həmkarlar ittifaqları üzvlərinə maliyyə hesabatı və fəaliyyət analizi təqdim edir. Bu isə inamı gücləndirir, sui-istifadə hallarının qarşısını alır.

Azərbaycanda da müraciətlərin şəxsiyyət vəsiqəsi ilə identifikasiyası, avtomatik qərar mexanizmləri qurulmalıdır. Eyni şəxslərin təkrar yollanması əvəzinə, üzvlər ədalətli növbə əsasında xidmət almalıdır. Həmkarlar ittifaqı fondlarının idarəsi müstəqil orqanların iştirakı ilə həyata keçirilməlidir. Hər ilin sonunda AHİK topladığı və xərclədiyi vəsaitlə bağlı ictimai hesabat təqdim etməlidir. Aztəminatlı və sosial həssas təbəqələr üçün xüsusi yerlər ayrılmalıdır. Həmkarlar ittifaqları yalnız əmək hüquqlarının müdafiəçisi deyil, eyni zamanda üzvlərinin sosial rifahını təmin edən bir qurumdur. Bu səbəbdən onların şəffaflığı, ədalətliliyi və hesabatlılığı cəmiyyətin sosial balansına birbaşa təsir edir. Azərbaycan da bu sahədə beynəlxalq təcrübələri öyrənərək və tətbiq edərək həm vətəndaş məmnuniyyətini, həm də həmkarlar ittifaqlarına olan inamı artıra bilər.

Qeyd edək ki, məsələ ilə bağlı AHİK-in mətbuat xidmətinə müraciət etmişik, hələ də cavab verilməyib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ev yıxan “adətlərimiz”- başlıq pulu, cehiz davası…

Next

Azərbaycanlıların ucuz bazarı hədəfdə

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv