Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Naxçıvanın pulu tən yarı kəsildi – nə baş verir?

By Vüsal Rafiqoğlu
31.07.2025 4 Min Read

Əslən muxtar respublikadan olan siyasətçilər hesab edirlər ki, 85 milyon manat dotasiya olduqca aşağı məbləğdir, bunun səbəbləri isə…

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə 85 milyon manat dotasiya ayrılıb. Bunu Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sosial şəbəkə hesablarında bildirib. Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,3% azdır.

Xatırladaq ki, bu il mərkəzləşdirilmiş büdcədən Naxçıvana 285,7 milyon manat dotasiya ayrılması nəzərdə tutulur. Beləliklə, 6 aylıq dotasiya təxminən 60% icra edilib.

Bu vəsaitin azaldılması Naxçıvanın öz resursları hesabına inkişaf etdirilməsinə hesablanıb. Yada salaq ki, oxşar qərar bir neçə il qabaq Azərbaycanın bölgələri ilə bağlı verilib. Regionların iqtisadi inkişafına ayrılan vəsaitlər demək olar ki, dayandırılıb. Hazırda yerli icra orqanları və bütövlükdə bölgə özü-özünü dirçəltməli, saxlamalıdır. Üstəlik, bunun üçün potensial da var. Sadəcə, sahibkarlığın və aqrar sektorun inkişafı labüddür ki, rayonlarda daha çox iş yerləri açılsın.

İndi isə muxtar respublika ilə bağlı nəticəni görmək olar. Demək olar ki, Naxçıvan dotasiyadan yarıbayarı məhrum edilib. Bu da bölgənin öz potensialı hesabına inkişaf etməsi üçün nəzərdə tutulub.

Sadəcə, muxtar respublika ilə bağlı açıq qalan məsələlər var. Əvvəla, Naxçıvan rayonlardan xeyli fərqlənir. Yəni eksterritorial bölgədir.

Bu mənada dotasiyanın 43 faiz azaldılması bölgəyə necə təsir edəcək? Hazırda Zəngəzur dəhlizi də açılmayıb ki, quru yol təminatı olsun. Naxçıvanın Türkiyə və İrana quru çıxışı var. O baxımdan dotasiyanın azalması hansı iqtisadi nəticələrə səbəb ola bilər?

Heydər Oğuz

Əslən Naxçıvandan olan siyasi şərhçi Heydər Oğuz bildirdi ki, 85 milyon manat dotasiya  olduqca aşağı məbləğdir. Onun fikrincə, rəsmi Bakının Naxçıvana bu yeni yanaşması yerli rəhbərliyə etimadsızlığın əlamətidir və mərkəzi hakimiyyət öz mövqeyində kifayət qədər haqlıdır: “Naxçıvanın indiki hakimiyyəti ilk işə başladığı zamanlar Azərbaycan büdcəsindən təkcə tikinti sektoruna 145 milyon manat ayrılmışdı. Amma Prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi Fuad Nəcəfli ilin axırına qədər həmin büdcədən 5 qəpik də xərcləyə bilmədi. Çünki Naxçıvandakı bütün tenderləri öz yaxın qohum və qardaşlarına vermək üçün saxtalıqlara yol vermişdi. Bu da Azərbaycanın müvafiq qurumları, o cümlədən Hesablamalar Palatası tərəfindən təsbit olunmuş və tenderin nəticələri ləğv olunmuşdur. Həmin hadisədən sonra Naxçıvanda audit yoxlamaları başlamış və bir çox yeyintilər ortaya çıxarılmışdı. Bu barədə Hesablamalar Palatasının çox sayda rəsmi məlumatları yayımlanmışdır. Yəni hansısa özəl mənbələrə deyil, açıq qaynaqlara əsaslanaraq bu fikirləri səsləndirirəm. Təbii ki, bu qədər yeyintinin və təcrübəsiz idarəçiyin hökm sürdüyü muxtar respublikaya heç bir mərkəzi hakimiyyət güvənə bilməz və ayrılan dotasiyalar da göstərir ki, Azərbaycan hakimiyyəti də güvənmir”.

Həmsöhbətimizin fikrincə, Naxçıvan Muxtar Respublikası çox ciddi iqtisadi potensiala malikdir və Azərbaycan hakimiyyəti də onun potensialından faydalanmaq üçün bir sıra proqramlar hazırlayıb: “Məsələn, ötən il Naxçıvanda Sənaye Parkı yaradıldı. Fərmana əsasən, 310 hektar ərazidə yaradılacaq yeni Sənaye Parkında qeyri-neft sənayesi məhsullarının istehsalı nəzərdə tutulur. Bu isə nəticə etibarilə Naxçıvanda ixrac fəaliyyətinin genişlənməsi nəticəsində əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və kadr potensialının formalaşmasına ciddi töhfələr verəcək. Maraqlıdır ki, Naxçıvanın yerli hakimiyyəti bütün bu prosesdən kənarda saxlanılacaq və Muxtar Respublikanın iqtisadi inkişafı birbaşa Bakının nəzarəti altında olacaq”.

Heydər Oğuz dedi ki, Naxçıvanda  100-dən çox filiz və 80-dən çox qeyri-filiz yataqları da var. Mis, molibden, qurğuşun, qızıl, gümüş və s. kimi. Bu yaxınlarda onlardan biri Culfa rayonunda yerləşir: “”Ortakənd” qızıl yatağının istismarı üçün aktiv hazırlıq işləri aparılır və yatağın qzıl ehtiyatının 542 min unsiya olduğu bildirilir. Naxçıvanda həmçinin 250-dən çox mineral su mövcuddur ki, bu da Azərbaycanın mineral su ehtiyatının 60%-ni təşkil edir. Naxçıvan-Süst duz yatağında 90 milyon ton duz ehtiyatı var. Əlavə Nehrəm və Şəkərabad Qoşadizə duz yataqları mövcuddur. Bu yataqlarda 1,2 milyard ton duz olduğu proqnozlaşdırılır. Onu da xatırladım ki, ölkə üzrə daşduz yataqları yalnız Naxçıvanda mövcuddur. Bir sözlə, Naxçıvan öz təbii sərvətləri və coğrafi mövqeyi ilə Azərbaycanın ən ümid verən bölgələrindəndir. Amma bu potensialı ortaya çıxarmaq üçün muxtar respublikanın işini bilən idarəçilərə ehtiyacı var. Görünən isə odur ki, Naxçıvandakı yerli hökumət paytaxtın etimadını tam doğrulda bilmir, bu da ordakı quruculuq işlərini ləngidir. Və mərkəzi hakimiyyət məcburiyyət qarşısında qalıb Naxçıvanı da Bakıdan idarə edir. Dotasiyaların azalmasının da əsas səbəbi budur”.

WhatsApp Image 2025-07-30 at 16.08.33.jpeg (677 KB)

Mətləb Aslanov

Əslən Naxçıvandan olan, AĞ Partiya başqanının köməkçisi Mətləb Aslanov bu addımın atılmasında əvvəlki Vasif Talıbov dönəminin əsas rol oynadığını qeyd edib: “Naxçıvana ayrılan dotasiya mərhələli şəkildə azaldılmalı idi. Naxçıvan, sadəcə, bir bölgə deyil, strateji əhəmiyyətə malik muxtar respublikadır. Burada sosial-iqtisadi sabitlik həm əhalinin rifahı, həm də Azərbaycanın ümumi təhlükəsizlik maraqları baxımından son dərəcə vacibdir. Əvvəlki rəhbərlik dövründə Naxçıvana ayrılan dotasiyaların böyük hissəsi mənimsənilib. Ayrılan vəsaitlər nə əhalinin rifahına, nə də infrastrukturun inkişafına xərclənib. Bu fakt artıq cəmiyyətə məlumdur. Yeni rəhbərlik – Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli isə əvvəlki illərdə ayrılmış vəsaitin böyük hissəsini xərcləməyərək büdcəyə geri qaytardı. Görülməli olan işlər icra edilmədi, tenderlər keçirilmədi. Ola bilsin ki, bu, ölkə rəhbərliyinin bu il üçün dotasiyanı azaltmaq qərarında rol oynadı. Amma unudulmamalıdır ki, əvvəlki rəhbərliyin korrupsiya əməllərinə görə bölgə əhalisi çətinlik çəkməməlidir. Rəhbərlik dəyişikliyindən sonra bir çox iş yerləri bağlanıb. Naxçıvan camaatı zəhmətsevər, işlək insanlardır. Amma iş yerlərinin olmaması insanları qonşu dövlətlərə üz tutmağa məcbur edir. Bu, strateji bölgədə əhalinin azalması kimi çox ciddi təhlükə yaradır.

Naxçıvanın Azərbaycanın digər bölgələri ilə birbaşa quru əlaqəsinin olmaması isə vəziyyəti daha da ağırlaşdırır. Gediş-gəliş hər zaman çətin olub. Zəngəzur dəhlizi hələ açılmayıb. Vətəndaşlar təyyarə bileti almaq üçün uzun növbələrdə dayanır, çox vaxt bilet ala bilmir və məcburiyyət qarşısında İran üzərindən avtobuslarla Bakıya gedirlər. İran-İsrail qarşıdurması fonunda bölgə dəfələrlə iqtisadi çətinliklər yaşayıb. Bu səbəbdən düşünürük ki, Zəngəzur dəhlizi açılana qədər Naxçıvana xüsusi iqtisadi yanaşma tətbiq olunmalı, dotasiyanın azaldılması isə mərhələli şəkildə həyata keçirilməlidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycandakı “5-ci kolon”un sonu – təhlükə sovuşdu(mu)

Next

Avqustun 1-nə olan hava proqnozu AÇIQLANDI

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv