Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycanda kazino oyunları leqallaşdı

By Vüsal Rafiqoğlu
31.07.2025 3 Min Read

Yaxın 6 ayda hökumət kazinoların hüquqi və texniki fəaliyyət qaydalarını müəyyən edəcək

Xəzər dənizinin (gölünün) Azərbaycanamənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunları təşkil ediləcək. Prezident İlham Əliyev bununla bağlı Mülki, Cinayət, İnzibati Xətalar Məcəllələrinə, “İnformasiya,  informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun  maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün)Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib.

Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kazino oyunlarının təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. Qeyd edək ki, 2024-cü il mayın 7-də “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanun qəbul edilib. Tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyən həmin qanun süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edib. Qanun süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinin tənzimlənməsini, o cümlədən süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarının müəyyən edilməsini nəzərdə tutur.

NAXÇIVANDA YENİ HƏBSLƏRİN ANONSU - Yeni nazir əvəzi… | No Comment

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, bu dəyişikliklər kifayət qədər genişmiqyaslıdır və yaxın illərdə Azərbaycanda yeni iqtisadi, hüquqi və sosial reallıqlar yarada bilər: “Qanunun qüvvəyə minməsi ilə Azərbaycanda, konkret olaraq Xəzərin Azərbaycana aid hissəsində süni yaradılan torpaq sahələrində kazino oyunları leqal status alır. Bu, postsovet məkanında Rusiya, Qazaxıstan, Gürcüstan nümunələrində olduğu kimi xüsusi zonalarda kazinoların fəaliyyətinə icazə verilməsi modelinə oxşar yanaşmadır”.

Natiq Ələsgərov Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklərə də toxunub. Deyib ki, bu dəyişikliklər o deməkdir ki, həm oyun qaydaları, həm də qaydaların pozulmasına görə konkret məsuliyyət müəyyən ediləcək: “Məsələn, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasına qarşı mübarizə ilə bağlı qanunlara dəyişikliklər kazino biznesinin maliyyə şəffaflığı üçün əsas olacaq. Nazirlər Kabineti 6 ay müddətində beynəlxalq təcrübəyə uyğun normativ aktlar hazırlayacaq. Yəni yaxın 6 ayda hökumət kazinoların hüquqi və texniki fəaliyyət qaydalarını müəyyən edəcək. Süni adalarda bu obyektlərin tikintisi üçün investorlar cəlb ediləcək. Ehtimal ki, beynəlxalq operatorlarla əməkdaşlıq ediləcək. Lisenziyalar və rüsumlar xüsusi qaydada tənzimlənəcək, böyük ehtimalla yüksək vergi tətbiq olunacaq. Bu, oyunların təşkili, iştirakçıların hüquqları, operatorların lisenziyalaşdırılması və vergi mexanizmləri kimi məsələləri əhatə edəcək”.

Natiq Ələsgərov hesab edir ki, bu qərar Azərbaycanın turizm potensialını artırmaq məqsədi daşıyır: “Qonşu Gürcüstanın Batumi nümunəsi göstərir ki, kazinolar xarici turistlərin axınını gücləndirə bilər. Xəzərdə süni torpaq sahələrinin yaradılması həm də yeni hotellər, əyləncə və istirahət mərkəzləri üçün geniş imkanlar deməkdir. 2000-ci illərin ortalarında Gürcüstan hökuməti Batuminin inkişafı üçün xüsusi qumar zonası konsepsiyasını qəbul etdi. Bu konsepsiyaya uyğun qumar oyunlarına icazə verildi və Batumiyə həm qonşu ölkələrdən, həm də Avropadan turist axını artdı. Kazinolar yalnız oyun zalı deyil, hotel, restoran, əyləncə mərkəzləri ilə birlikdə inkişaf etdi. Gürcüstan qumar biznesindən yüksək lisenziya rüsumları və vergilər hesabına büdcəsini gücləndirdi. Batumi bir neçə ilə bölgənin ən məşhur turizm və əyləncə məkanlarından birinə çevrildi. Xəzərin süni adalarında yaradılacaq kazinolar turistlər üçün yeni cazibə zonası olacaq. Xüsusilə qonşu ölkələr – Rusiya, İran, Orta Asiyadan varlı turistlərin ölkəyə gəlməsi yüksək investisiya axınını təmin edəcək. Belə layihələrdə beynəlxalq kazino operatorlarının iştirakı gözlənilir. Hotelçilik, xidmət və əyləncə sektorunda minlərlə yeni iş yeri açılacaq”.

Hüquqşünasa görə,  kazino biznesinin riskləri də var: “Batumi modeli göstərdi ki, qumar biznesi ilə bərabər ludopatiya (qumar asılılığı), ailə büdcələrinin dağılması və kriminal hallar kimi problemləri də artırır. Azərbaycan bu riskləri nəzərə almalı, sərt lisenziyalaşdırma və oyun qaydaları tətbiq etməli, qumar zallarına yerli vətəndaşların girişini məhdudlaşdırmaq barədə düşünməlidir. Məsələn, Gürcüstan və Qazaxıstanda bu praktikadan istifadə olunur. Əgər beynəlxalq təcrübə düzgün tətbiq edilsə, Xəzərdə yaradılacaq kazino zonası Azərbaycan iqtisadiyyatına əlavə milyardlarla dollar qazandıra bilər. Bu, həm də ölkəni regional əyləncə və turizm mərkəzinə çevirə bilər. Amma bu iş yalnız maliyyə yox, həm də sosial məsuliyyətlə aparılmalıdır. Əks halda, Batumi uğuru yerinə yeni sosial problemlər dalğası yarana bilər”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakı niyə Vatikanla yeni sənəd imzaladı?

Next

Ana dilimiz – milli müstəqilliyimizin rəmzi

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv