Gündəm 

Ətin qiymətini dövlət tənzimləyəcək – Bahalaşmanın qarşısını almaq üçün

Qırğızıstanda ət qiymətlərini ölkənin Kənd Təsərrüfatı Nazirliyi tənzimləyəcək.

ARANTV.AZ  xəbər verir ki, məlumatı nazirliyin mətbuat xidməti yayıb. Bildirilir ki, qərar Nazirlər Kabineti sədrinin müavini – su təsərrüfatı, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobayevin sədrliyi ilə keçirilən iclasda qəbul edilib.

Məlumata görə, dövlət tənzimləməsinin məqsədi ətin bahalaşmasının qarşısını almaq, mal-qaranın sərhəddən keçirilməsinə nəzarət etmək, mal-qaranın ixracına kəmiyyət məhdudiyyətləri qoymaqdır.

Nazirlik yanında Baytarlıq, Heyvandarlıq, Otlaq və Yem Təsərrüfatlarının İnkişafı Xidmətinə mal-qaranın daşınması ilə məşğul olan fərdi sahibkarlar üzərində baytarlıq-sanitariya nəzarətini gücləndirmək, sərhəd xidməti ilə birlikdə qaçaqmalçılıqla mübarizə sahəsində konkret tədbirlər görmək tapşırılıb.

Daha çox xəbərlər