Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Doğum şəhadətnamənizin elektron sistemə necə yazıldığını bilirsinizmi? – Yoxladın, çox vacibdir

By Vüsal Rafiqoğlu
31.07.2025 2 Min Read

Sovet dövründə verilmiş doğum haqqında şəhadətnamələr qeydiyyat şöbələrinin arxivindən elektron sistemə salınır. Hər kəsin “ASAN xidmət” mərkəzinə üz tutub şəhadətnaməsini elektron sistemdəki şəhadətnamə ilə tutuşdurması məsləhətdir, çünki bu prosesdə yol verilən səhvlər bir sıra problem yaradır.

Əvvəla, sovet dövrünün şəhadətnamələrinin bəzisi tam rusca yazılıb. İndi qeydiyyat şöbələrinin işçiləri rusca yazılmış ad-soyadları, ata-ana adlarını elektron sistemə heç də həmişə səlis oturda bilmirlər.

İkincisi, vaxtilə doğum haqqında şəhadətnamələrdə yol verilən hərf səhvlərinin bəzisi sonradan – pasport, şəxsiyyət vəsiqəsi alanda düzəldilib. Amma elektron sistemə qeydiyyat şöbələrinin arxivindəki səhv variantlar daxil edilir.

Üçüncüsü, doğum haqqında şəhadətnamələrin hələ birbaşa elektron sistemə salınmaqla verilmədiyi dövrlərdə bu tip şəhadətnamələrin arxivdəki kökü ilə sonradan ata-anaya, vətəndaşın özünə verilən variantı heç də həmişə üst-üstə düşməyib. Tutalım, uşaq doğulanda arxivdə ilk olaraq ad Mamed kimi qeyd olunub. Şəhadətnamə tərtib olunub valideynlərə təqdim ediləndə isə ad Məmməd, yaxud Məhəmməd kimi yazılıb. Beləliklə, qeydiyyat şöbələrinin arxivində, yəni şəhadətnamənin kökündə ad Mameddir, illər uzunudur vətəndaşın yararlandığı şəhadətnamədə və digər sənədlərində isə adı Məmməd, yaxud Məhəmməddir. Problem ondadır ki, şəhadətnamələr elektron sistemə arxivdəki kökə əsaslanmaqla daxil edilir. Ona görə də elektron sistemdəki adlar vətəndaşın digər sənədlərdəki adına uyğun gəlmir.

Dördüncüsü, bəzən uşaq doğulanda ona verilən ad az sonra – şəhadətnamə alınanda dəyişdirilib. Belə hallar xüsusən sovet dövründə çox olub. Yeni doğulan uşağın adı arxivdə kökdə, tutalım, ilkin olaraq Həsən kimi qeyd edilib, valideynlər gedib şəhadətnaməni alanda isə uşağın adını tam fərqli, məsələn, Orxan yazdırıblar, sonradan da bütün sənədlərə məhz Orxan adı qeyd olunub, uşaq bu adla böyüyüb, rəsmi sənədlərdə adı həmişə Orxan kimi gedib. Lakin indi elektron sistemdə onun adı Həsən gedir.

Ən böyük problem də ondadır ki, doğum haqqında sənədin tələb olunduğu ciddi hüquqi prosedurlar zamanı, tutalım, varisliklə əlaqədar rəsmiləşdirmədə “ASAN xidmət” “Həsən”i Orxan, “Mamed”i Məhəmməd kimi tanımaqdan imtina edir, yəni varisliyi rəsmiləşdirmir. Orxana deyilir ki, getsin ona şəhadətnamənin yazıldığı qeydiyyat şöbəsinə, sənədin kökündə “Həsən”i ləğv elətdirib “Orxan” yazdırsın. Orxan qeydiyyat şöbəsinə gedir və təbii ki, şöbə bu düzəlişi etməkdən boyun qaçırır. Nəticədə bir yol qalır: məhkəməyə müraciət edib, “Həsən”in “Orxan” olduğunu sübuta yetirmək.

Artıq bir sıra Azərbaycan vətəndaşları bu cür hallarla üzləşməkdədir. Nəzərə alsaq ki, bir müddət sonra sənədlə əlaqəli əməliyyatların hamısı elektron sistemlə aparıla, kağız daşıyıcıların ümumiyyətlə üzünə də baxan olmaya bilər, o halda problemin qabaracağı, dərinləşəcəyi şübhəsizdir. Hələlik heç də hər yetkin vətəndaş hər dəm doğum haqqında şəhadətnaməsindən istifadə etmir, amma bir gün nə vaxtsa bu şəhadətnamə tələb olunacaq. Sistemdə onun, yaxud ata-anasının ad-soyadının başqa sənədlərdəki ad-soyadlara uyğun gəlib-gəlmədiyi məhz o vaxt bilinəcək və həmin vaxt vətəndaşın ya bəxti gətirəcək, heç bir problem olmayacaq, ya da vətəndaş, necə deyərlər, durduğu yerdə işə düşəcək, arxivlərin, məhkəmələrin qapısını döymək məcburiyyətində qalacaq./Medianews.az/

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda yenə zəlzələ oldu

Next

Bu rayonda yas mərasimləri LƏĞV OLUNDU

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv