Kanalda boğulan Natiq Vətən müharibəsi şəhidinin qardaşı imiş
Tərtərdə kanalda boğularaq ölən şəxs – Natiq Namiq oğlu Hüseynov şəhid Adil Hüseynovun qardaşı imiş.
ARANTV.AZ “Qafqazinfo”ya istinadən bildirir ki, onlar ailədə 2 qardaş olublar. Kiçik qardaş Adil Hüseynov Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Natiq isə bu gün Tərtər kanalında faciəli şəkildə həlak olub.
Fotoda: Vətən müharibəsi şəhidi Adil Hüseynov


Fotoda: Natiq Hüseynov


