Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

İrandan Azərbaycana daha bir absurd ittiham – Cavab gecikmədi

By Vüsal Rafiqoğlu
09.08.2025 3 Min Read

Tehran Bakıya böhtan atmaqdan əl çəkmir; Aydın Mirzəzadə: “Münasibətlərin bu cür olması cənub qonşumuz üçün ziyanlıdır”

İran Ali Rəhbərinin Təbrizdəki “Aşura” Korpusundakı nümayəndəsi Əbdolarəhim Sarai Azərbaycana qarşı şər-böhtanla çıxış edib. “Tasnim” xəbər verir ki, o, İsrailin Azərbaycan üzərində “tam hökmran” olduğunu iddia edib.

Sarainin sözlərinə görə, “sionist rejim”in Azərbaycanda geniş şəkildə mövcudluğu ölkənin, eləcə də qonşu dövlətlərin təhlükəsizliyi və müstəqilliyinə təhlükə yaradır. O, İsraildən gələn təyyarələrin guya vaxtaşırı İran sərhədi yaxınlığında tikilmiş hava limanına (ehtimal ki, Füzuli hava limanı nəzərdə tutulur – red.) getməsinə diqqət çəkib.

“Bu aydın və birmənalı mövcudluq sionist rejimin Azərbaycan Respublikası üzərində tam hökmranlığına dəlalət edir”, – Xameneinin nümayəndəsi iddia edib və hakimiyyəti və xalqı məsələyə diqqəti artırmağa çağırıb.

Onun fikrincə, bu təsir İslam ölkələrinin maraqlarını zəiflətməyə yönəlib. “İran öz təhlükəsizliyini və ərazi bütövlüyünü qorumağa həmişə böyük əhəmiyyət verib və istənilən dağıdıcı hərəkətlərə qarşı çıxacaq” – xoflu məmur əlavə edib. İranın rəsmi səviyyədə bu cür ittihamları nə qədər çəkəcək? Tehran bununla nəyə nail olmaq istəyir?

Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ | Modern.az

Aydın Mirzəzadə

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, münasibətlərin bu cür olması sadəcə cənub qonşumuz üçün ziyanlıdır: “İranda xarici siyasətə məsul olmayan şəxslərin vaxtaşırı İranın xarici siyasəti ilə bağlı mövqe bildirmələri çox böyük təəccüb doğurur. Ali rəhbərin korpusdakı nümayəndəsinin xarici siyasətlə nə əlaqəsi var? İranın xarici siyasətini ali rəhbər, prezident və xarici işlər naziri müəyyən edir. Bunlar da ölkələrinin bu və ya digər xarici dövlətlərlə münasibətlərinə rəy bildirirlər. İran prezidenti Azərbaycanla münasibətlərin yüksək səviyyədə olması ilə bağlı arzusunu ifadə edib. Bu istiqamətdə də işlər gedir. İranın hansısa bir hərbi dairədən olan nümayəndəsinin Azərbaycanın daxili işlərinə qarışmağa yönəlik fikir bildirməsinə hesab edirəm ki, ilk növbədə, bu ölkənin hakimiyyət orqanlarının artıq münasibət bildirməsi lazımdır. Ölkələrarası münasibətlərin birinci şərti bir-birinin daxili işlərinə qarışmamaqdır. Azərbaycan heç zaman İran hökumətinin digər ölkələrlə münasibətinə nə rəsmi şəkildə, nə də ayrı-ayrı politoloqların dili ilə mövqe bildirməyib. Bunu etikadan kənar hesab edirik. Azərbaycanın kimlə yaxşı münasibətdə olacağı, kiminlə yaxşı əlaqələr quracağı daxili işimizdir. Milli maraqlarımıza uyğun olaraq da belə hərəkət edirik. Digər tərəfdən olmayan bir məsələni zorla Azərbaycanın üzərinə atma cəhdinin özü çox qəribə görünür. Rəsmi Bakı dəfələrlə bildirib ki, Azərbaycan ərazisindən digər ölkələrə qarşı heç zaman istifadə edilmir və edilməyəcək də. Çox istərdim ki, bəyanat verərkən ilk növbədə, reallıqları nəzərə alsınlar. Əks halda Azərbaycan-İran münasibətlərini pozmağa çalışırlarsa, o zaman sual olunur, münasibətlərin pozulması ilk növbədə, kimə ziyan vuracaq?”

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev 

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev qeyd etdi ki, İranda Ali Dini Şuraya yaxın mühafizəkar qanadın Azərbaycan əleyhinə müxtəlif ittiham səsləndirmələri ilk hadisə deyil: “Bu ilin əvvəllərindən müxtəlif ittihamlar daha intensiv hal alıb. Amma məsələ ondadır ki, İranda  Azərbaycana qarşı belə münasibətin əleyhinə olan siyasətçilər də mövcuddur. O başqa məsələdir ki, bu fərqli yanaşmalar münasibətləri kökündən qopartmamaq üçün razılaşdırılmış plan da ola bilər. Doğurdan da Azərbaycana qarşı qərəzli münasibətin iki dövlətin gələcək əməkdaşlığına ciddi ziyan vuracağını səmimi düşünənlərin olması da mövcuddur. Hətta məlum mühafizəkar qanadın təmsilçilərinin İran prezidenti Məsud Pezeşkianı Azərbaycana səfərinə görə tənqid atəşinə tutduqlarını  bu yaxınlarda görmüşük. Hesab edirəm ki, bizə qarşı olan bəyanatlar ilk növbədə Qarabağı tamamilə azad etdikdən sonra regionda güc mərkəzinə çevrilməz, Ermənistanla sülh müqaviləsi danışıqlarının müsbət sonluğa doğru getməsi, bu proseslərin gedişatında Zəngəzur dəhlizinin açılmasının artıq real görünməsi səbəbindəndir. Yəni hazırkı vəziyyətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin güclənməsi, kənardan çox cəlbedici görünməsi, əvəzində İranda iqtisadi çöküşün günü- gündən artması daxildə siyasi gərginliyin artmasına səbəb ola bilər. 44 günlük müharibədən sonra bu günlərə qədər dəhlizin açılmamasının özlərinin xidməti olduqlarını deyənlər son günlər panik vəziyyətdədirlər. Bütün bunlardan dolayı Azərbaycanın İran vətəndaşları arasında  qalxan nüfuzuna xələl gətirmə cəhdləri yalnız İsraillə əməkdaşlığımızı qabartmaqda görürlər. Halbuki, artıq bu təbliğat da işləmir. Bu günlərdə prezident Məsud Pezeşkianın oğlunun aparılan təbliğatın,  Azərbaycana qarşı ittihamların yanlış olduğunu söyləməsi və fəaliyyətin ancaq dostluq istiqamətində olması çağırışları qərəzli fikirlərin əleyhinə tutarlı cavab idi. Bu bəyanat İran xalqı arasında ciddi dəstək qazandı. Bütün bunlara baxmayaraq reallıqları görmək istəməyən qüvvələr İranda hələ də çoxdur. Amma onların planlarını alt-üst edəcək siyasət də ortadadır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qəbələdə yanğın törədən şəxs saxlanıldı

Next

Deputat Vaşinqton görüşündən danışdı: “Bu, həm də yeni bir dövrün başlanğıcıdır”

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv