Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“Dünyada liderlik böhranı yaşanır, Azərbaycanın isə güclü lideri var”

By Vüsal Rafiqoğlu
20.08.2025 3 Min Read

Son illər qlobal siyasət arenasında müşahidə olunan ən mühüm məqamlardan biri Avropa siyasi elitasının dərinləşən böhranıdır. Avropanın ənənəvi liderləri – Fransa, Almaniya və digər Qərb dövlətlərinin siyasi simaları uzun illər qlobal proseslərdə istiqamətverici rol oynasalar da, bu gün həmin dövlətlərdə liderlik boşluğu, qərarsızlıq və daxili çəkişmələr açıq şəkildə nəzərə çarpır. Avropa siyasi elitasının çöküşü artıq təkcə ekspert dairələrinin deyil, həm də beynəlxalq ictimaiyyətin gündəmindədir.

Almaniyada uzun müddət Angela Merkelin nizamlı və balanslaşdırılmış siyasətindən sonra hakimiyyətə gələn yeni nəsil siyasətçilərin zəifliyi özünü göstərdi. Olaf Şoltsun qərarsız, bəzən də ziddiyyətli mövqeləri Berlinin liderlik rolunu ciddi şəkildə kölgədə qoydu. Fransada isə Emmanuel Makron özünü “Avropanın lideri” kimi təqdim etməyə çalışsa da, daxildə sarı jiletlər hərəkatı, sosial-iqtisadi böhranlar və kütləvi etirazlar onun siyasi nüfuzunu sarsıtdı. İtaliya, İspaniya, Belçika və digər ölkələrdə də vəziyyət eynidir – parçalanmış siyasi sistemlər, tez-tez dəyişən hökumətlər və populist dalğalar.

ABŞ prezidenti Donald Trampın sərt ritorikası, qeyri-ənənəvi siyasi üslubu və populist, lakin kütlələrə təsir edən çıxışları Avropanın zəif liderlərinin fonunda daha da diqqət çəkir.  Trampın Avropa liderləri ilə birgə görüşündən yayılan foto müzakirələrə səbəb olub. Fotoda Tramp Avropa liderləri ilə eyni masa arxasında əyləşib. Lakin diqqəti çəkən məqam Trampın masanın bir tərəfində “müəllim” rolunda oturması, Avropanın prezident və baş nazirlərinin isə qarşı tərəfdə tələbə kimi düzülməsidir. Fotoda Avropa rəhbərlərinin üz ifadələri də maraqlı idi: bəziləri diqqətlə dinləyirdi, bəziləri isə kənara baxaraq narazı görünürdü. Amma ümumi mənzərə bir idi – Avropa liderləri qarşılarında oturan Trampı dinləmək məcburiyyətində qalmışdılar.

Maraqlı müqayisə isə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə ilə bağlıdır. Əgər ötən gün Avropa liderləri Trampın qarşısında tələbə kimi oturmuşdularsa, Azərbaycan Prezidenti 8 avqust tarixində onunla bərabərhüquqlu tərəfdaş kimi əyləşmişdi. Trampın yanında oturan İlham Əliyev heç bir kompleks və fərq hiss etdirmədən, tam bərabərhüquqlu tərəfdaş mövqeyində çıxış etdi. Onun davranışı, siyasi duruşu, qətiyyətli baxışları göstərirdi ki, əsl liderlik milli maraqları müdafiə etməkdən, dövlətçilik ənənəsini qorumaqdan keçir.

Efirdə halı pisləşən deputat Modern.az-a DANIŞDI | Modern.az

Mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlu Musavat.com-a danışıb. Millət vəkili də qeyd edib ki, dünyada liderlik böhranı yaşandığı zamanda Azərbaycanın çox güclü lideri var:

“Hazırda beynəlxalq münasibətlər sistemində dərin bir liderlik problemi mövcuddur. Yaranmış münaqişələrin, müharibələrin səbəblərindən biri də mövcud liderlərin düzgün, uzaqgörən qərarlar qəbul edə bilməməsidir. Bu, xüsusilə Avropada daha qabarıq şəkildə özünü göstərir və demək olar ki, artıq böhran həddinə çatıb. Başqa sözlə desək, Avropada ciddi liderlik böhranı yaşanır. Biz bunu Trampın Avropa Birliyi liderləri ilə görüşündə də açıq-aydın gördük. Ona görə də lidersizlik bugünkü dünya nizamındakı xaosun əsas səbəblərindən biri sayılır.

Bizim isə bəxtimiz onda gətirib ki, tarixin bu mürəkkəb və ziddiyyətli mərhələsində çox güclü liderimiz var. Dəqiq qərarlar qəbul etmək, düzgün və uzaqgörən mövqe sərgiləmək, hansı qərarın nə vaxt qəbul olunacağını və nə zaman icra olunacağını müəyyənləşdirmək kimi yüksək liderlik keyfiyyətlərinə malik olan Prezidentimiz var. Bu şəxs Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir.

Azərbaycan Prezidenti hər addımında yeni liderlik keyfiyyətlərini nümayiş etdirir. ABŞ Prezidenti ilə görüş zamanı da biz bir daha liderliyin əsl mahiyyətini gördük və bütün dünya da buna şahid oldu. ABŞ-ın özünəməxsus liderlik keyfiyyətləri var ki, bunun da əsas göstəricilərindən biri daxili inamdır. Avropa liderləri və digər dünya liderləri ABŞ Prezidenti ilə görüşərkən çox vaxt bu inam qarşısında aciz qalırlar. Lakin Azərbaycan Prezidenti ABŞ Prezidenti ilə görüşündə öz liderlik keyfiyyətlərinin nə qədər güclü olduğunu bir daha nümayiş etdirdi. Bu görüş sadəcə rəsmi protokol çərçivəsində deyil, dostcasına və səmimi ab-havada keçən, yaddaşlarda qalacaq bir hadisəyə çevrildi.

İndiyədək bir çox dövlət başçıları Trampın qarşısında əzilmiş və geri çəkilmiş vəziyyətdə görünürdülər. Amma Azərbaycan Prezidenti əsl dövlət başçısına xas bütün keyfiyyətləri nümayiş etdirərək, prezidentliyin necə olmalı olduğunu ortaya qoydu.

Sosial psixologiya izah edir ki, iki şəxs – xüsusən də iki lider – görüşəndə onların psixoloji enerjisi toqquşur. Əgər tərəflərdən birinin psixoloji enerjisi daha güclüdürsə bu, artıq əvvəlcədən onun üstünlüyünü şərtləndirir. Bu enerjini yaradan isə daxili inamdır – öz gücünə arxalanmaq, gördüyün işin doğruluğuna inanmaq, siyasi liderliyin mənbəyindən güc almaqdır. Bu mənbə isə xalqın sevgisidir, xalqın səsvermə ilə dəstəyidir, xalqına arxalanmaq bacarığıdır.

Azərbaycan Prezidentində bütün bu keyfiyyətlər mövcuddur. Ona görə də dövlət başçımız Avropa liderləri ilə müqayisədə tamamilə fərqli bir nümunə yaradır. Hesab edirəm ki, bu, siyasi liderliyin təsnifatında xüsusi öyrənilməli və araşdırılmalı mövzudur”.

 

Xalidə Gəray
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ərəblər Şəhidlər Xiyabanına axın etdi, Azərbaycan xalqından üzr istədilər – Video

Next

Gəncə şəhərində bazalt məhsullarının istehsalı müəssisəsinin təməli qoyulub – FOTOLAR

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv