Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Prezidentin xəbərdarlığı hansı paytaxtlaradır?

By Vüsal Rafiqoğlu
23.08.2025 4 Min Read

Dövlət başçısı xüsusi ilə Xəzərdə ordunun gücləndirildiyini açıqladı, “təhlükəsizliyimizin qarantı özümüzük” mesajı verdi; deputat: “Təxribatların cavabı veriləcək” 

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı köç prosesi-məskunlaşma da davam edir. Avqustun 20-də Kəlbəcər şəhərinə ilk köç karvanı yola salındı və Prezident İlham Əliyev, birinci-vitse Prezident Mehriban xanım Əliyeva  Kəlbəcər rayonuna səfər edərək, Kəlbəcərin işğaldan sonrakı ilk sakinləri ilə görüşdü. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə hər səfəri yeni bir mərhələnin başlanğıcını qoyur, yeni bir inkişaf tendensiyası başlayır. 

Kəlbəcər rayonunda da yeni yaşayış kompleksinin, istirahət parkının bünövrəsi qoyuldu, “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışı edildi, eyni zamanda dövlət başçısı rayona gediş-gəlişi asanlaşdıran Toğanalı-Murovdağ-İstisu Tunelinin texniki açılışını da etdi. Beləliklə, Kəlbəcər rayonu da öz doğma sakinlərini qarşıladı, Kəlbəcərin Azərbaycan iqtisadiyyatına, ölkəmizin digər ərazilərinə daha yaxından inteqrasiya imkanları yarandı. Prezident İlham Əliyev Kəlbəcərə yeni köçmüş sakinlərlə görüşündə olduqca maraqlı və əhatəli çıxış etdi. Prezidentin sakinlərlə söhbətində diqqət çəkən məqamlardan biri də xalqımızın başına gətirilən soyqırımları heç zaman unutmamaq çağırışı və Azərbaycana qarşı bundan sonra hər hansı təxribat etmək fikrinə düşənlərə xəbərdarlıq etməsi oldu. Prezident İlham Əliyev fikrini bu cür ifadə etdi: “Biz düşməndən qisasımızı döyüş meydanında aldıq.

Biz bir daha xalqımızın böyüklüyünü göstərdik. Onların bizə etdiklərini biz onlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan silinməyəcək. O cümlədən kəlbəcərlilərə qarşı edilən hərbi cinayətlər, soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdən olan vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşilik heç vaxt yaddaşımızdan silinməyəcək və silinməməlidir. Bunu mən həm müharibəni qazanan ölkənin Ali Baş Komandanı kimi və bu gün Ermənistanla, məğlub edilmiş Ermənistanla sülh prosesinin iştirakçısı kimi deyirəm. Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik.

Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, – sayını demək istəmirəm, amma böyük sayda, – xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb.Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük – dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq”.Siyasi ekspertlər hesab edir ki, Prezidentin bu açıqlaması birbaşa Rusiyaya, İrana, bizi təhdid edən mərkəzlərə, erməni revanşistlərinədir.

440076.jpg (61 KB)

Hikmət Babaoğlu

Deputat Hikmət Babaoğlu bu barədə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti demək olar bütün çıxışlarında həm mövcud geosiyasi və geostrateji reallıqları şərh edir, qiymətləndirmə aparır və gələcək perspektivlərlə bağlı proqnozlar verir, həm də milli yaddaşa, milli mentalitetimizə xitab edir: “Kəlbəcər şəhərində kəlbəcərlilərin öz tarixi yurdlarına qayıtması ilə bağlı keçirilən bu mühüm tədbirdə də cənab Prezident yenə milli kimliyimizə, milli yaddaşımıza xitab edərək bir neçə mühüm məsələlərə toxundu. Dedi ki, faktiki olaraq ABŞ-da paraflanmış sazişdən sonra Ermənistan və Azərbaycan arasında müharibə riski azalıb və problem qalmayıb, ancaq biz heç zaman Kəlbəcərdə kəlbəcərlilərin başına gətirilən hərbi cinayətləri, Xocalı soyqırımı kimi ermənilərin törətdiyi hərbi cinayətləri unutmamalıyıq. Yəni bu, birbaşa hər birimizi ayıq-sayıq olmağa, unutqan olmamağa çağıran strateji bir tezisdir. Biz Ermənistanla bundan sonra əlaqələri yaradarkən heç vaxt ermənilərin xalqımıza qarşı törətdikləri cinayətləri unutmamalıyıq. Bu, çox mühüm bir məsələdir. Bu çağırış hər bir azərbaycanlının daxili vicdanının səsinə çevrilməlidir”.

Deputatın sözlərinə görə, ikinci mühüm məsələ ondan ibarətdir ki, bu gün müharibə aparan ölkələrin hər biri sonra hansısa əlavə şərtlərdə belə, sülh üçün perspektivlər əldə etməyə çalışsalar da, dərhal bu sülhün qorunması üçün zəruri təhlükəsizlik təminatı almağa çalışırlar: “Hazırda bir mürəkkəb tarixi mərhələ yaşanır ki, heç bir dövlət təkbaşına sülhü qorumaq üçün təhlükəsizlik zəmanəti vermir. Azərbaycan isə bir neçə məsələni birdəfəlik həll edib. Azərbaycan əldə etdiyi qələbənin və regional sülhün təminatçısı özüdür. Yəni kənardan sülhün qorunması üçün heç bir təminatçıya, heç bir vasitəçiyə və ya himayəçiyə ehtiyacımız yoxdur. Bu, əldə etdiyimiz tarixi qələbənin daha bir tarixi tərəfidir. Ona görə də Azərbaycan Prezidenti qeyd etdi ki, biz hərbi arsenalımızı, hərbi gücümüzü artırmaqla və müasirləşdirməklə daimi sülhü qorumalı olacağıq. Ona görə də hər hansı xəstə təxəyyül yenidən Azərbaycana qarşı təxribatlara cəhd edərsə daha sərt cavabını alacaq. Prezidentimizin sözləri hələ də qələbəmizi həzm edə bilməyən, hər fürsətdə Azərbaycana qarşı həm informasiya platformasında, həm diplomatik-siyasi platformada təxribatlar törətməyə çalışanlara yenidən qətiyyətli cavab və mesaj idi. Yəni Azərbaycan özü yaratdığı sülhü özü qorumaq, saxlamaq gücünə malikdir. Bu gün belədir, sabah da belə olacaq. Mənə belə gəlir ki, Azərbaycan Prezidenti tərəfindən verilən bu mesaj artıq öz lazımi ünvanlarına çatıb. Onlar da bunu, mənə belə gəlir, nəzərə alacaqlar”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakı-Moskva arasında mühüm gəlişmə – 7 ayda…

Next

İsti havada soyuq dondurmanın zərərləri: Həkimlərdən xəbərdarlıq

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv