İdman 

Azərbaycanlı “Ağ Canavar” ermənini tatamiyə çıxmağına peşman etdi – VİDEO

Rusiyanın Anapa şəhərində keçirilən kikboksinq üzrə Diamond Dünya Kubokunda daha bir idmançımız erməni rəqibi üzərində qələbə qazanıb.

ARANTV.AZ-ın xəbərinə görə, Eduard Məmmədovun tələbəsi, yeniyetmələrdə yeganə dünya və Avropa çempionumuz, “Ağ Canavar” ləqəbli Amin Quliyev (-47 kq) Ermənistan idmançısı Yuri Dövlətbəyyanı 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, dünən Elvin Məmmədov (-42 kq) erməni idmançı David Aleksanyana 2:1 qalib gəlmişdi. oxu.az

Daha çox xəbərlər