Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Taksidə kondisioner davası – kim haqlıdır?

By Vüsal Rafiqoğlu
27.08.2025 4 Min Read

Ekspert: “Bu məsələdə birmənalı olaraq sərnişin haqlıdır, ona görə ki… ”

Bakıda taksi sürücüsü ilə sərnişin arasında maraqlı mübahisə yaşanıb. Səbəb isə adi görünsə də, müzakirələrə yol açacaq qədər aktualdır – kondisioner.

Hadisə “ekonom” tarifli taksi sifarişi zamanı qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərə görə, avtomobilə əyləşən xanım sərnişin isti havaya dözə bilmədiyini deyərək sürücüdən kondisioneri işə salmasını tələb edib. Lakin sürücü buna razı olmayıb və bildirib ki, kondisioner xidməti yalnız “komfort” tarifində mümkündür.

Paylaşılan video ictimaiyyət arasında geniş rezonans doğurub. İstifadəçilərin bir hissəsi sərnişini müdafiə edərək bildirir ki, istər “ekonom”, istərsə də “komfort” tarifində olsun, hər bir taksidə minimum rahatlıq, yəni kondisioner  təmin edilməlidir.

Digərləri isə sürücünü haqlı hesab edirlər: “Əgər sərnişin daha komfortlu şərait istəyirsə, deməli, uyğun tarif seçməlidir. Ekonom maşınlarda əlavə xidmətlərin olmaması normaldır”.

Üçüncü qrup isə məsələnin nə sərnişinin, nə də sürücünün tam günahı olmadığını düşünür. Onların fikrincə, əsas problem taksi şirkətlərinin xidmət şərtlərinin qeyri-müəyyənliyi və bu barədə sərnişinlərin əvvəlcədən məlumatlandırılmamasıdır.

Bəs məsələnin hüquqi tərəf necədir? Ekspertlərin sözlərinə görə, taksi xidmətində “kondisioner” məsələsi qanunvericiliklə tənzimlənmir. Yəni sürücü kondisioneri yandırmaqdan imtina etdikdə onu cərimələmək və ya məcbur etmək üçün hüquqi əsas yoxdur. Burada yalnız şirkətin daxili qaydaları rol oynayır. Əgər şirkət “ekonom” tarifində kondisioneri məcburi xidmət kimi göstərməyibsə, sürücü də özünü haqlı saya bilər. Qeyd edək ki, məsələnin dəqiq izahı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 183 nömrəli Qərarına baxmaq kifayətdir. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinə dair tələblərin 2.1-ci bəndində qeyd olunur: “Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi ilə təchiz edilməlidir”.

Maraqlıdır ki, hadisə əksəriyyətin gündəlik qarşılaşdığı “xırda, amma prinsipial” problemlərdən biridir. Müzakirələr də göstərir ki, həm sürücünün, həm də sərnişinin arqumentləri var. Amma əsas sual hələ də açıq qalır: taksidə kondisioner mütləq xidmət sayılmalıdır, yoxsa seçim imkanı olaraq qalmalıdır?

Eldəniz Cəfərov: 'Bakının mərkəzində tramvayları bərpa etmək mümkün deyil'

Eldəniz Cəfərov

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, bu məsələdə birmənalı olaraq sərnişin haqlıdır: “Əvvəla qeyd edim ki, istər ictimai nəqliyyatda, istərsə də taksidə sürücü, yəni daşıyıcı tərəf sərnişini komfortlu, təhlükəsiz və keyfiyyətli şəkildə daşımağı təmin etməlidir. Bu baxımdan, taksinin ”ekonom” və ya “standart” sinif olması heç bir fərq yaratmır. Çünki sürücülər fəaliyyətə başlamazdan öncə daşıyıcı şirkət qarşısında öhdəlik götürürlər ki, sərnişinləri təhlükəsiz və komfortlu şəkildə daşıyacaqlar. Bu səbəbdən də sözügedən məsələdə birmənalı olaraq sərnişin haqlıdır.

Lakin qeyd edilməlidir ki, sərnişin hər zaman tam haqlı olmaya bilər. Sürücülərin də hüquqları mövcuddur və onlar da qanunla qorunmalıdır. Necə ki, sürücülərin öhdəlikləri var, eyni zamanda onların hüquqları da tanınmalıdır. Amma konkret bu məsələdə, kondisionerin işlədilməsi ilə bağlı mübahisədə sərnişin tamamilə haqlıdır.

Bəs niyə hələ də belə hallar yaşanır? Daşınma xidməti elə bir sahədir ki, burada sərnişinlə sürücü arasında birbaşa ünsiyyət olur. İnsan faktoru olduğuna görə müəyyən anlaşılmazlıqlar zaman-zaman ortaya çıxır. Ola bilər ki, sürücünün imtinası məlumatsızlıqdan irəli gəlmiş olsun. Yəni bəzən sürücülər yanlış məlumat alırlar ki, guya “ekonom” sinifdə kondisionerin işlədilməsi vacib deyil. Bu, tamamilə səhvdir. Qanunvericiliyə görə, istənilən daşıyıcı şirkət yayda avtomobildə soyutma, qışda isə istilik sisteminin işləməsini təmin etməlidir. Bu, rəsmi qaydalarda da açıq şəkildə göstərilir”.

Eldəniz Cəfərov vurğulayıb ki, burada əsas məsuliyyət daşıyıcı şirkətlərin üzərinə düşür: “Maarifləndirici və məlumatlandırıcı işləri də məhz onlar həyata keçirməlidirlər. Qanunvericiliyə əsasən, taksi fəaliyyətində yaranan hər hansı nöqsana görə cavabdeh tərəf birbaşa daşıyıcı şirkətdir. Əgər sürücü icazəsiz fəaliyyət göstərirsə, yaxud qeydiyyatda bir avtomobil olduğu halda başqa avtomobillə xidmət göstərirsə, bütün hallarda cavabdehlik şirkətlərin üzərinə düşür. Bununla yanaşı, tənzimləyici qurum daşıyıcılar üzərində nəzarəti həyata keçirir ki, onlar qaydaları pozmasınlar.

Ümumiyyətlə, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcə müvafiq qurumlarda xüsusi kurslardan keçirlər. Daha sonra imtahan verirlər. Bu imtahanlar yalnız yol hərəkəti qaydalarını yox, həm də etik davranış, sərnişinlə ünsiyyət, xidmət standartları kimi məsələləri əhatə edir. Bu qaydalar hər bir sürücü tərəfindən öyrənilməli və icra olunmalıdır”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bizim.media-nın  sorğusunu belə cavablayıb: “Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı həm taksi sifarişi operatoruna, həm də AYNA-nın sosial şəbəkə hesabları üzərindən, eləcə də “141” Çağrı Mərkəzinə müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatları təqdim etmələri xahiş olunur.

Sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlara sifarişdən imtina etmələri, eyni zamanda həm bu halda, həm də taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və s. hadisə haqqında AYNA-ya məlumat vermələri xahiş olunur.

Taksi vasitəsilə sərnişindaşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılacaq və taksi sifarişi operatorları ilə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün tədbir görüləcək. Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyuldu

Next

Xocalının Ballıca kənd sakinlərinə sertifikatlar verilib – FOTO 

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv