Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Orta məktəblərin saxta uğurları və təhsilin gerçək bərbadlığı

By Vüsal Rafiqoğlu
01.09.2025 2 Min Read

Ölkə boyunca ali məktəblərə qəbul imtahanlarının nəticələri ilə bağlı növbəti valideyn sevincləri dalğasını arxada qoyduq. Ali təhsil pilləsinə qədəm qoyan hər bir gənci təbrik edirik. Övladın uğuru hər bir ailə üçün sevinc və qürurdur. Amma bu sevincin kölgəsində gizlənən çox ciddi bir reallıq var: həmin uğurların böyük əksəriyyəti dövlət məktəblərinin yox, valideynlərin maddi vəsaiti hesabına əldə edilmiş repetitorların zəhmətinin nəticəsidir.

Statistikaya baxsaq, görərik ki, ali məktəblərə qəbul olunan abituriyentlərin 80 faizindən çoxu ən azı bir fənn üzrə ödənişli repetitor dəstəyi alıb. 600 baldan yuxarı nəticə göstərənlərin isə təxminən 95 faizi sistemli şəkildə kurslara və repetitor yanına gedib. Bu rəqəmlər artıq göstərir ki, məktəb yalnız formal bir “attestat verən” müəssisədir, real təhsil isə valideynin cibindən ödənilən əlavə xərclərin məhsuludur.

Əslində isə reallıq bundan ibarətdir ki, bu gün orta məktəblərdə şagirdlərin aldığı biliklə ali məktəb imtahanlarında yüksək nəticə göstərmək mümkünsüzdür. Bu iki faktın ortaya çıxardığı nəticədir: tədrisin keyfiyyətinin aşağı olması və Dövlət İmtahan Mərkəzinin test sualları ilə Təhsil Nazirliyinin tədris proqramı arasında kəskin uyğunsuzluq.

Bunun özü də təhsil sisteminin necə formal xarakter daşıdığını sübut edir. Məktəb rəhbərliyi üçün əsas olan real təhsil yox, “rəqəmlərlə vitrin düzəltmək”dir. Bugünkü reallıqda valideynin çiyninə ağır yük düşür: 9–11-ci sinifdə oxuyan bir şagirdin aylıq hazırlıq xərci orta hesabla 250–300 manat arasında dəyişir. Əgər şagird üç fənn üzrə hazırlaşırsa, bu məbləğ 600–700 manata qədər yüksəlir. İki övladı eyni vaxtda imtahana hazırlaşan bir ailə üçün isə bu, faktiki aylıq maaş qədər bir yük deməkdir.

İmkanı olan ailələr uşaqlarını hazırlığa yönəldir, imkanı çatmayanların övladları isə məktəbin verdiyi bəsit biliklərlə məhdud qalır. Bu isə artıq cəmiyyətdə ciddi sosial uçurum yaradır: imkanı olan oxuyur, imkanı olmayan isə savadsızlığa məhkum edilir.

Məsələ yalnız maddi yük deyil. Uşaqların həyat keyfiyyəti də bu sistemin qurbanına çevrilib. Orta məktəbdə dərslər formal keçir, sonra repetitor yanına get, daha sonra ev tapşırığı… Gündəlik 10–12 saat dərs yükü altında uşaqlar nə asudə vaxt tapa bilir, nə də öz istedad və maraqlarını inkişaf etdirə bilir. Nəticədə uşaqlıq yaşantıları repetitor otaqlarında itib-batır.

Bəs çıxış yolu nədir? Əgər doğrudan da gənclərin uğuru cəmiyyətin uğuru sayılırsa, bu vəziyyətlə barışmaq olmaz. Bir neçə əsas addım zəruridir:

-Orta məktəblərdə real dərs keyfiyyəti təmin edilməli, imtahan proqramı ilə tədris proqramı uyğunlaşdırılmalıdır;

-Məktəblərdə ödənişsiz əlavə məşğələlər təşkil olunmalı, repetitor bazarına ehtiyac minimuma endirilməli, bu prosesə xüsusilə repetitor müəllimlər cəlb edilməli və onlara bunun üçün dövlət hesabından pul ayrılmalıdır;

-Müəllimlərin əməkhaqqı nəticələrə uyğun şəkildə ödənilməli, peşəkarlıq səviyyəsi ciddi yoxlanmalıdır;

-Şagirdlərin psixoloji sağlamlığı, istedad yönümlü inkişafı və asudə vaxtının qorunması təhsil siyasətinin əsas prioritetlərindən biri olmalıdır.

Bu gün sosial şəbəkələrdə gördüyümüz “uğur paylaşımları” əslində uğurun yox, faciənin göstəricisidir. Çünki o nəticələr məktəbin yox, repetitorun, yəni valideynin cibindən çıxan pulun məhsuludur.

Əsl uğur o olardı ki, şagird məktəbin verdiyi biliklə ali məktəbə qəbul olsun, repetitor bazarına möhtac qalmasın. Bugünkü təhsil sistemi isə əksinə valideynləri maddi yük altında əzir, uşaqların sağlamlığını və gələcəyini təhlükə altına salır.

Uğuru “Facebook statusu” ilə ölçmək asandır. Çətin olan isə məktəbi həqiqətən bilik verən, gələcək formalaşdıran, uşaqlara şəxsiyyət kimi dəyər qazandıran bir ocağa çevirməkdir.

Samir Əsədli
VHP Mərkəzi İcra Aparatının rəhbəri

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident: Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi 90 faiz artıb

Next

Ermənistanın “bacısı”nın cəhdi uğursuz olacaq- “Azərbaycanın tezliklə…”

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv