Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Çində yeni dünya düzəninin konturları cızılır

By Vüsal Rafiqoğlu
01.09.2025 3 Min Read

Son günlər dünya siyasətində diqqətlər Çinə yönəlib. Tiencində keçirilən sammit, ardınca isə Pekində baş tutacaq hərbi parad təkcə rəsmi tədbir deyil. Bu, Çin lideri Si Cinpinin illərdir formalaşdırmağa çalışdığı qlobal təsir strategiyasının açıq nümayişidir.

Vaşinqton isə qəribədir ki, bir çox hallarda bu oyunda Cinpinə kömək edir.

“New York Times” yazır ki, ABŞ öz müttəfiqləri ilə mübahisəyə girərək, tərəfdaşlarına tariflər tətbiq edərkən Çin fürsət pəncərəsini maksimum dərəcədə dəyərləndirir.

Vaşinqtonun Hindistan mallarına rüsumları ikiqat artırması bu ölkədə ABŞ-a nə qədər güvənmək olar sualını doğurdu.

Rusiyaya münasibətdə də yeridilən siyasət göz önündədir. Çində Putin özünü olduqca rahat hiss edir. Ukrayna müharibəsi səbəbilə Qərbdə təcrid olunan Kreml sahibi Pekində tərəfdaş statusundadır. Onun Trampla Alyaskada keçirdiyi isti görüş isə Çinin Moskva ilə yaxınlaşmanı daha da dərinləşdirməsinə stimul verir.

Sammit və ardınca düzənlənəcək hərbi parad təkcə siyasi deyil, ideoloji məna da daşıyır. Çin lideri müharibəni Çinin və Sovet İttifaqının həlledici teatrı kimi təqdim etməyə çalışır. Putin də bu mövqeyi dəstəkləyir. Məqsəd Qərbin qələbə iddiasını kölgədə qoymaq, Moskva və Pekinin rolunu ön plana çıxarmaqdır.

Çində indi faktiki olaraq yeni blok formalaşır. Pekinə toplaşan liderlər iqtisadi inkişaf və siyasi dəstək üçün getdikcə daha çox Şərqə üz tutan dövlətlərin başçılarıdır. Hətta Bayden administrasiyası dövründə ABŞ-la yaxınlaşan Hindistan belə indi diqqətini yenidən Çinə yönəldir. Modinin 7 ildən sonra Pekinə ilk səfəri təsadüfi deyil. Çin lideri isə iki nəhəng dövlətin rəqib deyil, tərəfdaş olmasının lazım gəldiyini bildirərək “əjdaha və filin rəqsi” metaforası ilə əməkdaşlığa çağırış edib.

Maraqlıdır ki, Donald Trampın siyasəti Çini daha da gücləndirir. Onun sərt tarifləri, Putinə simpatiyası, Avropa və Asiya müttəfiqləri ilə gərgin münasibətləri ABŞ-ın qlobal lider statusunu sarsıdır. Vaşinqtonun tərəfdaşları artıq açıq şəkildə bildirirlər ki, Amerika dünyada sabitliyi qoruyan yox, pozan gücə çevrilməkdədir.

Bu fonda Pekin çoxqütblü dünya gündəliyini irəli sürür. Rusiya sanksiyalar altında ikən Çinlə daha da yaxınlaşır. İkitərəfli ticarət, xüsusilə də enerji sahəsində əməkdaşlıq, ABŞ-ın təzyiqlərinə rəğmən, yüksəlişdədir. Çin Hindistandan fərqli olaraq heç bir sanksiya riski olmadan Rusiya neftini alır.

Sammit və parad isə Si Cinpin və Vladimir Putinə bu müttəfiqliyi canlı, güclü və uzunmüddətli olduğunu göstərmək imkanı verir.

Bu proseslər fonunda Avropanın əsas liderləri də boş dayanmaq fikrində deyil. Sentyabrın 4-də Parisdə Tramp, Zelenski və Avropa liderlərinin qapalı görüşü keçiriləcək. Burada Ukraynanın təhlükəsizlik təminatları və hətta Avropa qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi müzakirə olunacaq.

Yəni dünya gücləri qarşı-qarşıya yeni bir mərhələyə qədəm qoyur:

Şərq Çinin başçılıq etdiyi çoxqütblü dünya nizamı qurmaq istəyir;

Qərb birlikdə hərəkət edərək sabitliyi qorumağa çalışır.

Pekində keçirilən sammit və parad artıq göstərir ki, beynəlxalq münasibətlərdə yeni balans formalaşır və Şərq indi sadəcə iştirakçı yox, qlobal oyunun əsas oyunçusu olmaq niyyətindədir.

kamran2022.jpg (23 KB)

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, Çində baş verənlərə yalnız diplomatik mərasim kimi baxmaq sadəlövhlük olardı:

“Pekin indi artıq yeni dünya düzəninin memarı rolunda çıxış edir. Si Cinpin hərbi paradı, tarixi narrativləri və siyasi sammitləri bir araya gətirməklə dünyaya “Amerikanın yaratdığı nizam artıq işləmək gücündə deyil” mesajını verir. Məsələ ondadır ki, ABŞ öz səhvləri ilə bu prosesi sürətləndirir. Tramp administrasiyasının sərt tarifləri və müttəfiqlərə qarşı sərgilədiyi aqressiv yanaşma Vaşinqtonun etibarlılığını sual altına qoyub. Hindistan kimi böyük dövlətlər belə artıq öz gələcəyini ABŞ-a deyil, Çində görməyə başlayıb. Bu isə qlobal geopolitik oyunda ciddi dönüş nöqtəsidir.

Putin faktiki olaraq təcrid olunduğu Qərb dünyasından çıxış yolunu Pekində tapır. Si Cinpin isə onu “fəxri qonaq” kimi qəbul etməklə həm Rusiyanın, həm də öz mövqeyini möhkəmləndirir. 80 illik yubiley fonunda təqdim edilən mesaj Qələbənin müəllifi təkcə Qərb deyil, Şərqdir. Bu, artıq ideoloji mübarizədir və Çin burada da meydanı boş qoymaq niyyətində deyil”.

Siyasi şərhçinin sözlərinə əsasən, ən mühüm məqam isə odur ki, yeni koalisiya formalaşır:

“Rusiya, Hindistan, Türkiyə, Pakistan və digərləri Çinin siyasi orbitinə daxil olur. Bunun iqtisadi nəticələri çox ciddi ola bilər. Neft, qaz, logistika marşrutları və yeni texnologiya bazarları artıq ABŞ-dan deyil, Pekindən idarə olunmağa doğru gedir.

Qərb indi Parisdə toplaşaraq öz cavabını hazırlamağa çalışır. Amma burada da ciddi problemlər var. Trampın mövqeyi ilə Avropa liderlərinin yanaşmaları üst-üstə düşmür. Bu isə kollektiv qərar qəbulunu çətinləşdirir.

Beləliklə, hazırda ABŞ hegemonluqdan çoxqütblü sistemə doğru məcburi keçid yaşayır. Çin isə bunu diplomatiya, hərbi güc və iqtisadi cazibə ilə reallığa çevirir. Bu, sadəcə bir sammit və ya parad deyil, yeni dünya düzəninin konturlarının cızılmasıdır”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

YAP Bərdə rayon təşkilatının kollektivi fəallarla birlikdə Vətən Müharibəsi Qəhrəmanının və Birinci Qarabağ müharibəsi şəhidinin ailəsində olublar.

Next

DİQQƏT! Sənədləşmə prosesində bu evlərə SƏNƏD VERİLMƏYƏCƏK

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv