Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Market arabalarına minib, video çəkənlər – Özbaşınalıq ayaq açıb yeriyir, gigiyena pozulur

By Vüsal Rafiqoğlu
01.09.2025 2 Min Read

Yəqin ki, bilməyən yoxdur, market arabaları orada satılan qida və qeyri-qida məhsullarını qoymağımız üçün nəzərdə tutulub. Arabaların gigiyenik cəhətdən təmiz olması birbaşa bizim, bizim sağlamlığımız və ərzaqlarımızın təmizliyi üçün vacibdir. Amma təəssüf ki, hələ də bunu dərk etməyən insanlarla eyni mühiti bölüşürük. Heç kim istəməz, ərzaqlarını qoyduğu arabanın səthinə kiminsə ayağı, ya da bədəninin hansısa bir üzvü dəysin. Doğrudur, marketlərdə məişət texnikalarından, çörəyə qədər hər şey satılır, amma onların heç biri istifadə olunmadığı üçün təmiz hesab olunur.

Son zamanlarda şəbəkələrdə bir paylaşım diqqətimizi çəkdi. Arabanın içərisinə oturaraq, kreativlik adı altında video çəkilib. Baxanda asanlıqla görmək olur ki, ayaqlar arabanın səthinə toxunur. Sonra isə hansısa birimiz o arabaya aldığımız ərzaqları qoyacağıq, həm də heç nədən xəbərimiz olmadan. Bilməyəcəyik ki, bura kiminsə ayağı toxunub, kimsə oturub, video çəkib.

Maraqlısı budur ki, həmin video çəkiləndə market rəhbərliyi hara baxıb? Hər yer kamera olduğu halda niyə bir nəfər çıxıb bir söz deməyib?

Məsələ təkcə bununla da yekunlaşmır. Bəzi valideynlərin də hərəkəti “trend” yaradan “tiktok” fenomenlərindən fərqlənmir. 3-4 yaşlı uşaqlarıyla başa çıxa bilməyənlər onları ayaqqabısı olduğu halda həmin arabalara oturdurlar. Kənardan baxanda məsumcasına görünən bu hərəkət isə bir çox istehlakçıları narahat edir. Bir qisim isə əksinə: Bildirirlər ki, “onsuz da, aldıqlarını evə gedəndə yuyursunuz. Ayaqqabı toxunsa nə olacaq ki?”.

Bəzi böyük marketlərdə məhz azyaşlıların oturması üçün arabalar var. Lakin onlar dura-dura digər arabalara çirkli ayaqqabı və geyimlərlə minilməsi heç bir halda yolverilməz kimi görünür. Bu tip görüntülər insanların haqlı narazılığına səbəb olur. Sosial şəbəkələrdə çoxları bunu “antisanitariyanın bariz nümunəsi” adlandıraraq market rəhbərliyini məsuliyyətli olmağa çağırır. Vətəndaşlar hesab edir ki, mağazalarda “arabada oturmaq qadağandır” tipli xəbərdarlıqlar asılmalı, işçilər də belə hallara qarşı xəbərdarlıq etməlidirlər.

“Qida təhlükəsizliyi haqqında” qanuna görə ərzaq məhsullarının satışı və daşınması zamanı sanitariya-gigiyena tələblərinə əməl olunmalıdır. Market rəhbərliyi ərzaqla təmasda olan vasitələrin təmizliyinə görə məsuliyyət daşıyır.

Görünən odur ki, ticarət və ictimai iaşə obyektlərində bu cür mənfi hallar ictimai qınağa məruz qalmayınca, hələ hər kəs ürəyi istəyəni, ağlına gələni edəcək.

Lent.az-ın sorğusuna məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, daxil olan şikayət əsasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq araşdırmalar aparılıb və iri ticarət şəbəkələrinə məktub ünvanlanıb.

“Təkərli hərəkət edən market arabaları qida və qeyri-qida məhsullarının daşınması üçün nəzərdə tutulub. Uşaqların ayaqqabı ilə həmin arabaların içərisində daşınması və hərəkət etdirilməsi qida məhsullarında çarpaz çirklənməyə şərait yaradır ki, bu da istehlakçılarda haqlı narazılıqlara səbəb olur.

“Qida təhlükəsizliyi haqqında” Qanunun 18.1-ci maddəsinə əsasən, qida və yem məhsullarının saxlanması və daşınması onların təhlükəsizliyini təmin edən və ilkin xüsusiyyətlərini qoruyan şəraitdə, qida təhlükəsizliyi sahəsində müəyyən olunmuş tələblərə uyğun həyata keçirilməlidir.

Ticarət şəbəkələrinin rəhbərləri tərəfindən bu sahədə qanunvericilikdə nəzərdə tutulan tələblərə ciddi əməl olunmalıdır. Buna görə məsuliyyət daşıyırlar.

Qeyd olunan hallarla qarşılaşan istehlakçılar hüquqlarının müdafiəsini ticarət şəbəkələrinin məsul şəxslərindən tələb edə, eyni zamanda Agentliyin “1003 – Çağrı Mərkəzi”nə zəng vuraraq məlumat verə bilərlər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kompot əvəzinə su, ət əvəzinə piy? – Abşeronda uşaq bağçasında QALMAQALVİDEO

Next

AQTA: Epizootik vəziyyətlə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv